22 Sentyabr 2022 02:12
989
İDMAN
A- A+
"Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin təntənəli açılış mərasimi olub

"Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin təntənəli açılış mərasimi olub

 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, turnir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan şahmat turnirinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman ictimaiyyətinin nümayəndələri, turnirin iştirakçıları və media nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şuşadan və turnirdən bəhs edən videoçarx nümayiş olunub.
Hamını Qarabağda salamlamaqdan şad olduğunu deyən MOK-un baş katibi Azər Əliyev deyib: "Qədim Şuşada 9 ölkədən şahmatçıları qəbul etmək bizim üçün çox xoşdur".
Şuşanın 2020-ci ildə düşmən işğalından azad edildiyini xatırladan A.Əliyev bildirib: "Artıq Şuşa ikinci beynəlxalq idman yarışına evsahibliyi edir. Cari ildə Şuşada "Əziz Şuşa" adlı velosiped yarışı keçirilmişdi. Ümid edirəm ki, "Shusha Chess" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil ediləcək və hamı Şuşanın yenidən qurulmasının şahidi olacaq".
AŞF-nin prezidenti M.Məmmədov dünyaca məşhur şahmatçıları Şuşada qəbul etməkdən məmnunluğunu ifadə edib. 2022-ci ilin "Şuşa ili" elan olunduğunu xatırladan federasiya prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə 30 illik həsrətə son qoyduğu üçün minnətdarlığını bildirib. O, sonda iştirakçılara dəvəti qəbul etdikləri üçün təşəkkür edib və onlara uğurlar arzulayıb. M.Məmmədov turnirin yüksək səviyyədə təşkilinə görə sponsorlara və tərəfdaşlara minnətdarlığını ifadə edib. 
SOCAR-ın vitse-prezidenti X.Məmmədov bildirib ki, neft sahəsində bir neçə il öncə imzalanmış beynəlxalq müqavilələr Azərbaycan idmanının inkişafına öz töhfəsini verib. Turnirin yüksək səviyyədə təşkil olduğunu qeyd edən SOCAR-ın vitse-prezidenti iştirakçılara uğurlar arzulayıb.
Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, uşaqlığı Şuşada keçib. "Bura əbədi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda sizi salamlamaq qürurvericidir. Şahmatçıların ən ağıllı insanlar olduğu deyilir. Onlar zəka sahibləri olmaqla yanaşı, həm də gözəl duyğuya malikdirlər. Bütün iştirakçılara uğurlar arzulayıram. Şuşa xalıqımızın ürəyidir, biz hamımız bu şəhərə heyranıq. İnanıram ki, qonaqlarımız Şuşanı sevəcək və yenidən burada olmaq istəyəcəklər", - deyə Xalq yazıçısı qeyd edib.
Sonra Şuşa şahmat məktəbinin müəllimi Babaşah Gəncəliyev mükafatlandırılıb. Şahmatın inkişafındakı xidmətlərinə görə plaketi B.Gəncəliyevə AŞF-nin prezidenti M.Məmmədov verib. Açılış mərasiminin maraqlı anlarından biri də Xurşidbanu Natəvanın xəyali obrazının təqdim edilməsi olub. Səhnəcikdə fransalı yazıçı Aleksandr Düma ilə şahmat oynayan görkəmli şairə rəqibini məğlub edib. 
Daha sonra yarışın püşkatma mərasimi olub. Püşkə əsasən, qadınların yarışında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) Günay Məmməzadə, Ülviyyə Fətəliyeva Gülnar Məmmədova, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Kübra Öztürk Güvənli (Türkiyə) Meri Arabidze (Gürcüstan) ilə qarşılaşacaq.
Kişilərin yarışında birinci turda Şəhriyar Məmmədyarov Qədir Hüseynov, Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) Rauf Məmmədov, Vasif Durarbəyli Hao Vanq (Çin), Nustafa Yılmaz (Türkiyə) isə Santoş Qucrati Vidit (Hindistan) ilə üz-üzə gələcək.
Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. Doqquz ölkədən qatılacaq şahmatçılar rapid və blits üzrə yarışacaqlar. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.
"Shusha Chess-2022" şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.
Xatırladaq ki, "Shusha Chess-2022" beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə "Azərxalça" ASC-dir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!