05 Dekabr 2023 17:08
279
CƏMİYYƏT
A- A+
Səttar Möhbalıyev yenidən Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib

Səttar Möhbalıyev yenidən Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib

 

Belçikanın paytaxtı Brüssel şəhərində Pan Avropa Regional Şurası (PARŞ) Baş Assambleyasının 5-ci iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildiriblər ki, tədbirdə PARŞ-ın 2019-2023-cü illər üzrə hesabatı dinlənilib və növbəti 4 il üçün fəaliyyət planı müzakirə olunub. Eləcə də PARŞ-ın prezidenti İrakli Petriaşvili və baş katibi Ester Lanç iclasda çıxış ediblər .

Tədbirdə çıxış edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev ötən dövr ərzində PARŞ-ın fəaliyyətinə toxunub, işçilərin mənafeyi naminə Şuranın əhəmiyyətli qərarlarından, həyata keçirdiyi vacib layihələrdən, həmçinin həmkarlar ittifaqlarının həmrəyliyinin gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan danışıb. AHİK sədri qurumun gənclərlə apardığı işi və gender siyasətini xüsusi olaraq vurğulayıb.

Səttar Möhbalıyev, həmçinin AHİK-in PARŞ ilə birgə layihələri və Azərbaycanda keçirilən tədbirləri barədə məlumat verib. O eləcə də həmkarlar ittifaqlarının maarifləndirilməsi işinə müvafiq beynəlxalq təşkilatların mütəxəssislərinin cəlb edilməsinin vacibliyini qeyd edib və bu məsələnin Baş Assambleyanın gündəliyinə salınması təklifini irəli sürüb. Bildirib ki, bu istiqamətdə AHİK hər zaman olduğu kimi, bundan sonra da PARŞ-a dəstək göstərməyə hazırdır.

S.Möhbalıyev qlobal səviyyədə transmilli korporasiyalarla sosial dialoq qurulmasında, həmçinin sosial ədalətlə bağlı problemlərin həll edilməsində müvafiq beynəlxalq təşkilatların dəstəyinə ehtiyac olduğunu qeyd edib.

Çıxışların və aparılan müzakirələrin ardından gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Həmçinin Baş Assambleyada PARŞ-ın yeni rəhbərliyi və tərkibi seçilib. Moldova Həmkarlar İttifaqları Konfederasiyasının sədri İqor Zubku Şuranın yeni prezidenti olub, Ester Lanç isə baş katib vəzifəsinə təsdiqlənib. AHİK sədri Səttar Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti seçilib.

Yenidən quruma vitse-prezident seçilməsinə görə minnətdarlığını çatdıran Səttar Möhbalıyev bunu Azərbaycan həmkarlar ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!