20 Sentyabr 2024 08:05
363
SİYASƏT
A- A+
Sentyabrın şanlı səhifələri

Sentyabrın şanlı səhifələri


Azərbaycan son illər özünün unudulmaz, yaddaqalan anlarını, günlərini yaşayır, yeni tarixinin qızıl səhifələrini yazır. 

Prezident İlham Əliyevin düşünülmüş siyasi xətti, xalqımızın bir məqsəd uğrunda səfərbərliyi, əldə olunan iqtisadi uğurlar, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, mühüm dövlət proqramlarının, sosial layihələrin həyata keçirilməsi insanların həyatını mənalandırır və daha xoşbəxt gələcəyə yollar açır. 

Düşmən üzərində 44 gündə və 23 saatlıq antiterror tədbirlərində qazanılan tarixi qələbə isə ömrümüzün dəyəri, başımızın ucalığı, qəhrəmanlığımızın nümunəsi, illərimizin bəzəyi, tarixi yaddaşımızın silinməyən, heç vaxt unudulmayacaq anları, günləridir. Sentyabr qələbələrimizə aparan yolun başlanğıcı, həm də erməni faşistlərinin ayağının torpaqlarımızdan silindiyi gündür. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibə və qazanılan parlaq qələbə nəinki xalqımıza, həm də dünyaya sübut etdi ki, Azərbaycan Prezidenti qətiyyətlidir, müdrikdir, sözü ilə əməli birdir. Ordumuz qüdrətlidir, əsgər və zabitlərimiz qorxmazdır, cəsarətlidir, mübarizdir. Xalqımız birdir, həmrəydir, vətən, torpaq uğrunda varlığını, canını qoymağa qadirdir.

Bu əzəmət, qəhrəmanlıq, qələbə əhvali-ruhiyyəsi 23 saatlıq antiterror tədbirlərində özünü daha bariz şəkildə nümayiş etdirdi. İllər boyu yaratdıqları, təbliğ etdikləri, alqışladıqları erməni ordusu, "qəhrəman" erməni əsgəri mifi saatlar içərisində dağıdıldı, məhv edildi. Azərbaycan Ordusu nəyə qadir olduğunu, hansı müqəddəs amallar uğrunda mübarizə apardığını, əsgərlərimiz, zabitlərimiz içdikləri anda necə sadiq qaldıqlarını, torpaq məhəbbətinin, valideyn nəsiyyətinin, el-oba təəssübkeşliyinin  sahibi olduqlarını sübuta yetirdilər. Şuşanın sıldırım qayalarını, çətin aşırımları, meşələri, çayları dişləri, dırnaqları ilə fəth edən, düşmənin tanklarına, toplarına sinələrini gərən, bir neçə saat davam edən antiterror tədbirlərində faşistlərin mövqelərini külə döndərən oğulların şücaəti bu günlərimizin qürur mənbəyi, şərəf səhifəsidir. Bu qələbə haqqın-ədalətin təntənəsi idi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, ancaq uzun illər kağız üzərində qalan dörd qətnaməsinin, bir çox beynəlxalq təşkilatın yerinə yetirilməyən qərarlarının həyata keçirilməsinin ifadəsi idi. Antiterror tədbirləri 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli Bəyanatın maddələrinə Ermənistanın əməl etməməsinə verilən cavabın nümunəsi idi.

İkinci Qarabağ müharibəsindən sonra dövlətimizin başçısı Ermənistan rəhbərliyini imzalanmış sənədlərin tələblərinə əməl etməyə, silahlı birləşmələri Qarabağ torpaqlarından çıxarmağa, regionda sabitlik yaratmağa dəvət etsə də, təcavüzkar dövlət və himayədarları buna əhəmiyyət verməmiş, əksinə, həmin ərazilərdə istehkamlar qurmağa, əlavə qüvvələr cəmləşdirməyə cəhd göstərmişlər. Qarabağa silahlar daşınmış, hərbi təlimçilər gətirilmiş, müharibəyə çağırışlar edilmiş, saysız-hesabsız təxribatlar törədilmişdir. Ərazidə olan maddi sərvətlər vəhşicəsinə talanmağa başlanılmış, Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloji fəalların Şuşa-Laçın yolunda aylarla davam edən etiraz aksiyalarına məhəl qoyulmamışdır. Azərbaycanın dəfələrlə Ermənistana davamlı sülh, ərazilərimizdə silahlı təxribatlara son qoyulması, münasibətləri yaxşılaşdırmaq çağırışları da cavabsız qalırdı, təcavüzkar dövlət sülh danışıqlarından boyun qaçırırdı. Əksinə, düşmən gizli yolla silah əldə edilməsini, ərazilərimizə minaların basdırılmasını sürətləndirirdi. 19 sentyabr 2023-cü il tarixdə erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının şəhid olması, yaralanması, ordumuzun bölmələrinin vaxtaşırı atəşə tutulması, terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində mülki şəxslərin  həlak olması, erməni silahlı birləşmələrinin döyüş mövqelərini möhkəmləndirmələri bir daha göstərdi ki, Ermənistan təcavüz yolundadır, müharibəyə üstünlük verir və torpaqlarımızı yenidən işğal etmək fikrindədir. Belə olan halda antiterror tədbirlərinin görülməsi, qeyri-qanuni erməni birləşmələrinin məhv edilməsi zəruri idi və bu, Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsindən, insanlarımızın həyatının qorunmasından irəli gəlirdi.

Azərbaycan Prezidenti, şanlı ordumuz bu zərurəti reallığa çevirdi. Antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri, hərbi təyinatlı obyektləri tamamilə sıradan çıxarıldı. Düşmən ağ bayraq qaldırdı və təslim oldu. Bu tədbirlər zamanı mülki obyektlərə, əhaliyə zərrəcə ziyan dəyməməsi Azərbaycanın humanistliyini bir daha ortaya qoymaqla dünyaya nümunə oldu. Cəmi 23 saatdan sonra Qarabağdakı xunta rejimi təslim oldu, özünü buraxdı və təcavüzkar rejimin cinayətkar başçıları həbs edildilər. Nəhayət, uzun illər keçdikdən sonra Azərbaycan öz suverenliyini tam bərpa etdi və torpaqlarımız yağılardan tamamilə təmizləndi. 20 sentyabr 2023-cu il tariximizin ən şərəfli səhifələrindən biridir və bu günümüzlə qürur duyuruq. Bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istəyən hər bir ölkə üçün nümunədir. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olunması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər".

Azərbaycan şanlı qələbəsi ilə yeni reallıqlar yaratmaqla yeni dövrə qədəm qoyub. Bu dövr sülh, inkişaf, sağlam münasibətlər, qarşılıqlı əməkdaşlıq dövrüdür. Azərbaycan dövrün reallıqlarını düzgün  qiymətləndirən qalib dövlət olmasına baxmayaraq, sülhə böyük önəm verən ölkə kimi Ermənistanla münasibətləri sağlamlaşdırmaq, əlaqələri möhkəmləndirmək əzmindədir. Ancaq Ermənistan hər vəchlə sülh müqaviləsini imzalamağı ləngidir, xarici dövlətlərin təsiri ilə ölkəmizə qarşı məkrli niyyətlərdən əl çəkmir. Bu ölkə silahlanmaya, özünə havadarlar axtarmağa, ərazisində xarici dövlətlərin hərbi qüvvələrini yerləşdirməyə, yeni təxribatlar törətməyə səy göstərir. ABŞ və Fransa kimi dövlətlərin, Avropa İttifaqının, AŞPA-nın şirnikləndirici vədlərinə, maliyyə vəsaitlərinə aludə olan Ermənistan son günlər Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrini, Kəlbəcər rayonunun ərazilərini atəşə tutmaqla münaqişəni alovlandırmağa çalışır.

Görünür, ermənilər sentyabrın dərslərindən lazımi nəticə çıxarmayıblar, yenidən "dəmir yumruğ"un zərbəsini almaq istəyirlər. Bilməlidirlər ki, növbəti dərs daha acınacaqlı ola bilər və Ermənistanın bir dövlət kimi Yer üzündən silinməsi ilə nəticələnər. Paşinyan başda olmaqla erməni şovinistləri  və onların havadarları öz taleləri barədə ciddi düşünməli, sentyabrda uğradıqları məğlubiyyəti tez-tez xatırlamalı və nəticə çıxarmalıdırlar.


Tahir RZAYEV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!