08 May 2025 14:44
866
Mədəniyyət
A- A+
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konsertdə tələbələrin ifasında Ümummilli Liderə həsr edilmiş, həmçinin onun sevdiyi mahnılar, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub.

Müsabiqədə I, II və III yerlərə layiq görülən tələbələrə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Fevral-may aylarında keçirilən müsabiqəyə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrindən “Şeir”, “Azərbaycan bəstəkarlarının estrada mahnıları”, “Kollektiv ifa”, “Təsnif və xalq mahnıları”, “Rəqs” nominasiyaları üzrə 1000-ə yaxın tələbə qatılıb, 32 peşə təhsil müəssisəsindən 94 nəfər, 26 orta ixtisas təhsili müəssisəsindən 113 nəfər olmaqla, ümumilikdə 207 tələbə respublika mərhələsinə vəsiqə qazanıb. Mədəniyyət və incəsənət xadimləri tərəfindən 5 nominasiya üzrə 125 nəfər qalib müəyyən olunub.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik, hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz xidmətlərini gənclərə aşılamaq, həmçinin gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedad və bacarıqlarını üzə çıxarmaq, onlarda nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə və incəsənətə olan marağı artırmaqdan ibarət olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

15:54
03 Mart

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir  

15:45
03 Mart

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq

15:20
03 Mart

Prezident İlham Əliyev: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik  

15:16
03 Mart

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib YENİLƏNİB-3

15:10
03 Mart

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası plenar sessiyalarla davam edib  

15:01
03 Mart

Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında əməkdaşlıq inkişaf etdiriləcək  

14:59
03 Mart

BAEA İranın nüvə obyektinə ziyan vurulduğunu təsdiqləyib  

14:58
03 Mart

Hakan Fidan: İranın ABŞ bazalarına zərbələri genişmiqyaslı regional böhran riskini artırır

14:35
03 Mart

Yaxın Şərqdə davam edən müharibə Körfəzdə dəniz nəqliyyatını iflic edib

14:31
03 Mart

Latviya səfiri: Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var  

14:29
03 Mart

PUA hücumu Əl-Fuceyradakı neft hasilatı rayonunda yanğına səbəb olub

14:29
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!