18 May 2025 18:35
606
CƏMİYYƏT
A- A+
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

Xalq şairi Bəxtiyar Vahabzadə öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında çox böyük xidmətlər göstərib. Şairin mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət edib. Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə mayın 18-də Şəki şəhərində keçirilən unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransda səsləndirilib.

Tədbirdə AMEA-nın, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Türkiyənin, türkdilli ölkələrin Azərbaycandakı səfirləri, TÜRKPA, TÜRKSOY, Türk Mədəni İrsi Fondu və digər təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, elm adamları, ziyalılar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirib, tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Prezident İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq Şəki şəhərində silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd olunub ki, böyük söz ustası Bəxtiyar Vahabzadə yüz illər boyu formalaşmış yüksək milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması naminə gözəl əsərlər yaradıb. O, çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Baxtiyar Vahabzadə özündən əvvəlki böyük ədib və şairlərin işlərini uğurla davam etdirib. İcra başçısı çıxışında Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısındakı xidmətlərinin danılmaz olduğunu, əsərlərinin daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayıb.

Sonra Bəxtiyar Vahabzadəyə həsr olunan filmin təqdimatı olub.

Konfransda çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli Şəkinin Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük şəxsiyyətlər bəxş etdiyini bildirib. Vurğulanıb ki, bu gün Azərbaycanın böyük mütəfəkkir şairi Bəxtiyar Vahabzadənin yubileyini qeyd edərkən Şəkidə ədəbiyyat, mədəniyyət, ictimai fikir üçün böyük ənənələr yaratmış Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Emin Sabitoğlu, Şirməmməd Hüseynov və onlarla başqalarını xatırlamağı özümüzə borc bilirik.

AMEA-nın prezidenti deyib: “Bəxtiyar Vahabzadə ədəbiyyata çox səlis, Şəkinin havası qədər təmiz, bulaqları qədər saf lirik şeirlərlə gəlib. Onun 50 ildən artıq davam edən yaradıcılığı Azərbaycan xalqının milli mənəvi özünüdərkinə, azərbaycançılıq ideyalarına, xalqımızın azadlığına, bütövlüyünə, milli istiqlalına və Türk dünyasının birliyi uğrunda mübarizəyə həsr olunub. Şairin milli düşüncəsi azərbaycançılıq ideyalarından inkişaf edərək, ümumtürk düşüncəsi səviyyəsinə ədəbiyyatda qaldırılıb. Buna görədir ki, dünyanın böyük sənətkarlarından biri olan Çingiz Aytmatov Bəxtiyar Vahabzadəni milli təfəkkürə malik olan mütəfəkkir şair kimi yüksək qiymətləndirib”.

Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev çıxışında Bəxtiyar Vahabzadənin Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən sevimli, bəxtiyar şairlərindən biri olduğunu bildirib. Vurğulayıb ki, Bəxtiyar Vahabzadə öz yaradıcılığı, düşüncəsi ilə milyonlarla insanın qəlbinə yol tapa bilib, onların ürəyində özünə məhəbbət, sevgi qazanıb.

Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib: “Bəxtiyar Vahabzadə sadəcə Azərbaycan xalqının deyil, eyni zamanda, bütün Türk dünyasının qəlbində özünə yer etmiş, əsərləri, şeirləri, düşüncələri ilə millətimizin müştərək hafizəsində silinməz izlər buraxmış böyük bir şairdir. Onun şeirlərində Vətən, millət, hürriyyət, insan haqları və milli kimlik məsələləri həmişə önə çəkilib”.

Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel bildirib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığında milli ruh, insanlıq dəyərləri, azadlıq ideyaları, Vətənə, tarixə bağlılıq daima ön planda olub. O, təkcə bir şair olaraq deyil, vətəndaşlıq mövqeyinə sahib bir insan kimi də yaddaşımızda dərin iz qoyub.

Konfransda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, TÜRKSOY-un Baş katibi, Qırğızıstan Respublikasının Xalq yazıçısı Sultan Raev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Qırğızıstan Respublikasının ölkəmizdəki səfiri Maksat Mamitkanov, Şimali Kıbrıs Türk Cümhuriyyətinin təmsilçisi Ufuk Turqaner çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar.

Bəxtiyar Vahabzadənin qızı Gülzar Vahabzadə konfransın təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Raevə AMEA-nın fəxri professoru titulu və Kaşqari medalı təqdim olunub.

Konfrans Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə 1,3 milyon ton neft nəql edib  

09:49
16 Yanvar

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın ötən ilin yekunlarına dair iclası keçirilib  

09:49
16 Yanvar

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

09:48
16 Yanvar

Vikipediya tarixin ən populyar sorğularını açıqlayıb  

09:46
16 Yanvar

Aİ İrana qarşı sanksiyaları sərtləşdirə bilər  

09:43
16 Yanvar

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib  

09:42
16 Yanvar

BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirilib  

09:40
16 Yanvar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

09:39
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb  

09:37
16 Yanvar

ABŞ Prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib  

09:18
16 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

09:05
16 Yanvar

Oğul belə olar

09:00
16 Yanvar

Qəhrəmanların ömür və döyüş yolu gənc nəsillər üçün örnəkdir

08:55
16 Yanvar

Tolerantlıq və mədəni müxtəlifliyin Azərbaycan modeli

08:50
16 Yanvar

Tarixi zənginlik və strateji perspektivlər

08:45
16 Yanvar

Ermənistanda seçki gərginliyi: sülh və müharibə partiyalarının qarşıdurması güclənir

08:40
16 Yanvar

2026-cı il sülh ili ola bilər

08:35
16 Yanvar

Yeni ildə ilk sifariş Amerikadan gəldi

08:33
16 Yanvar

Qadın sahibkarlara dəstək davam edir

08:30
16 Yanvar

Su təhlükəsizliyinin qarantı

08:25
16 Yanvar

Doğma torpaqlara qayıdış davam edir

08:20
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!