07 Avqust 2022 00:50
366
CƏMİYYƏT

Şəhid leytenant Babək Əliyevlə vida mərasimi keçirilib

 

Avqustun 5-i Kəlbəcər rayonunda ordumuz tərəfindən yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev doğulduğu Culfa rayonunun Ləkətağ kəndində son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanından doğulduğu Culfa rayonunun Ləkətağ kəndinə gətirilib. Şəhidimizin cənazəsi izdihamla qarşılanıb, qəhrəman Vətən oğlu "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə Ləkətağ kənd qəbiristanlığına son mənzilə yola salınıb.

Şəhidimizin dəfnində Əlahiddə Ümumqoşun Ordunun, muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimində cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər qeyd ediblər ki, şəhid leytenant Babək Əliyev 44 günlük Vətən müharibəsində Kəlbəcərdə, Cəbrayılda, Füzulidə qəhrəmanlıq və şücaətlər göstərib. Həmçinin son günlərdə Azərbaycan Ordusunun keçirdiyi "Qisas" əməliyyatında və digər döyüş əməliyyatlarında fəal iştirak edib. Çıxış edənlər şəhidimizin ailəsinə başsağlığı veriblər.

Sonra üçrəngli Azərbaycan bayrağı şəhidimizin atasına təqdim edilib, yaylım atəşi açılıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video