04 Noyabr 2025 11:18
360
CƏMİYYƏT
A- A+
Şəhid anası: Büsatın bayrağa, Vətənə olan sevgisi sonsuz idi  

Şəhid anası: Büsatın bayrağa, Vətənə olan sevgisi sonsuz idi  


44 günlük Zəfər yürüşü zamanı düşmən tərəfinin illərdir möhkəmləndiyi cəbhə xəttinin yarılmasında canını fəda edən şəhidlərimizdən biri də Büsat Qurbanovdur. 20 yaşlı tankçı Büsat düşmən üzərinə hücuma keçən zaman açılan atəşə baxmayaraq dayanmayıb və düşmən səddinin yarılaraq döyüş yolunun açılmasında şücaəti ilə seçilib və həmin döyüşdə də şəhid olub.

AZƏRTAC-ın bölgə müxbiri Büsat Qurbanovun valideynləri ilə həmsöhbət olub, Büsat haqqında xatirələri qələmə alıb.

İndi onun yaşadığı evdə bir otaq ayrılıb. Bu otaq hər bir ziyarətçiyə Büsatın yarımçıq qalmış arzularından, xatirələrindən söz açır. Həmin otağa daxil olanda 20 yaşlı şəhidin Vətən sevgisinin necə tükənməz olduğu hiss edilir. Qurbanov Büsat Əfsər oğlu 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Büsat orta məktəb illərində də vətənpərvərliyi ilə seçilib. Ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıb, daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətən keşiyində dayanıb.

Şəhid atası Əfsər Qurbanov oğlu Büsatın qısa və şərəfli həyat yolundan qürurla danışır. "Büsat orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollandı və layiqincə Vətən keşiyində dayanaraq xidmətini başa vurdu.

Büsat Vətənə, bayrağa bağlı idi ona görə də xidməti başa vurandan sonra yenidən ordu sıralarına qayıtmaq istəyirdi. O, bu istəyini mənə bildirdi və icazə istədi ki, müddətdən artıq hərbi qulluqçu olaraq Vətən keşiyində dayansın. Onun istəyinə mane olmadım. Büsatın sanki ən böyük arzusu gerçəkləşmişdi, tankçı olaraq xidmətə başladı. Sentyabrın 27-də düşmənin təxribatına qarşı ordumuz tərəfindən başlanan əks hücumda Büsat da tankçı olaraq ilk döyüşdə iştirak etdi. Ön cəbhənin yarılmasında Büsat xüsusi şücaəti ilə seçilənlərdən oldu. Onun Vətən sevgisi o qədər güclü idi ki, son damla qanına qədər döyüşdü və qarşıya qoyulan tapşırığı icra edərək şəhid oldu. Bu gün Büsat kimi şəhidimizin qanı-canı bahasına azad olunan torpaqlarımız artıq azaddır və şəhidlərimizin xatirəsi və qəhrəmanlığı əbədi olaraq yaddaşlarda qalacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərlliyi ilə qüdrətli Azərbaycan ordusu hərb meydanında sözün əsl mənasında tarix yazdı. Allah Bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

Şəhid anası Lətafət Quliyeva deyir ki, Büsat şəhadəti ilə evdən yox, eldən gedən qəhrəmana çevrilib "O, uşaqlıdan Vətənə, bayrağa, millətə bağlı bir övlad idi. Büsatın aprel döyüşlərində hələ 16 yaşı var idi, həmin qələbə vaxtı kəndimizin yaxınlığındakı yüksəkliyə bayraq sancdı, həmin bayraq bu gün də orda dalğalanır. Büsatın bayrağa, Vətənə olan sevgisi sonsuz idi. Hərbiyə də öz istəyi ilə yazılmışdı, Vətən uğrunda da canını fəda edərək şəhidlik məqamına ucaldı. Bu gün Büsat və digər şəhidlərimizin ruhu şaddır, çünki illərin həsrətinə son qoydular, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etdilər. Onlar həm də gələcək nəsillərə məktəb oldular. Şəhidlərimiz ölməzlik qazanan qəhrəmandırlar və hər zaman xatırlanacaqlar.

Qeyd edək ki, Qurbanov Büsat Əfsər oğlu döyüşlərdə göstərdiyi şücaətə görə, "Vətən uğrunda", Cəsur döyüşçü" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!