02 May 2024 14:04
121
SİYASƏT
A- A+

Səfir: Bakı prosesi sivilizasiyalar arasında körpü yaratmaq istəyir  

 

Dünyada bir çox böhranlar, konfliktlər var ki, hələ də həll edilməyib. Hazırda dünyada irqi ayrı-seçkilik kimi bir çox başqa ciddi problemlərlə qarşılaşırıq.

AZƏRTAC xəbər verir ki, bunu Pakistanın UNESCO yanında daimi nümayəndəsi səfir Asim İftixar Əhməd “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Müxtəlifliyin qorunması: multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, dialoq çox önəmli olsa da, sülh üçün kifayət deyil. Bakı prosesi və digər bu kimi platformalar sivilizasiyalar arasında körpü yaratmaq istəyir.

“Hazırda bir çox ölkə ciddi transformasiyalardan keçir. Uzun müddət keçməsinə baxmayaraq, dünya hələ də təhlükəsiz bir yer deyil. Biz istənilən halda müxtəlif uğursuzluqların qarşısında iplərin haraya getdiyini görə biləcəyik, bu isə qarşılıqlı inamsızlığa gətirib çıxarır. BMT Təhlükəsizlik Şurası nə qətnamələrini, nə də qərarlarını tətbiq etmək imkanında deyil. Gündəlikdəki məsələlər də dünyadakı problemləri əks etdirmir. Bizə daha güclü BMT lazımdır. Sivil münasibətlər, pozitiv gələcək qurmalıyıq. Hər bir fərdin səsini eşidərək həmrəyliyin olduğu qarşılıqlı inam şəraitində yaşamalıyıq”, - deyə Asim İftixar Əhməd vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video