24 May 2023 11:45
1094
Səhiyyə
A- A+
Sarayda modul tipli Vərəm Əleyhinə Xəstəxana istifadəyə verilib

Sarayda modul tipli Vərəm Əleyhinə Xəstəxana istifadəyə verilib

 

Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə, dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib. Xəstəxana fəaliyyəti dayandırılmış Saray modul tipli xəstəxana kompleksinin bazasında formalaşdırılıb.

AZƏRTAC xəbər verir ki, xəstəxana vərəmə effektiv nəzarət üçün əlverişli şərtlər və sistemlər yaratmaq, vərəmin bütün formalarının erkən və keyfiyyətli diaqnostikasının hər kəs üçün əlçatan olmasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemli şəkildə apardığı işlərin tərkib hissəsi olaraq fəaliyyətə başlayıb.

Açılış mərasimində TƏBİB-in Müşahidə Şurasının sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, departament rəhbərləri, Qlobal Fondun HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramın Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Saray modul tipli Vərəm Əleyhinə Xəstəxananın direktorları, əməkdaşları və digərləri iştirak ediblər.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov xəstəxananın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Saray modul tipli Vərəm Əleyhinə Xəstəxana inzibati hissə, infeksion xəstəliklər korpuslarından (modul) və köməkçi sahələrdən (qazanxana, yeməkxana, camaşırxana, oksigen anbarı) ibarətdir.

Sahəsi 3 min kvadratmetr olan üç infeksion xəstəliklər korpusu 100 palata və 200 çarpayı yerindən ibarətdir. Xəstəxana daxilində basil ifraz edən xəstələrin digər xəstələrlə, tibb heyəti və əməkdaşlarla, o cümlədən ziyarətçilərlə kontaktlarının azaldılması üçün rekonstruktiv dəyişikliklər aparılıb, vərəm şöbələri və xidməti otaqlar arakəsmələrlə ayrılıb. Bu korpuslarda xüsusi havalandırma sistemi çirkli havanı ventilyasiya qurğusu ilə filtrlərdən keçirərək zərərsizləşdirib, təmizlədikdən sonra palatalara ötürür. Hər korpusun özünün ventilyasiya qurğusu var.

Xəstəxananın Poliklinika şöbəsində ixtisaslı həkim müayinə otaqları, qanalma otağı, prosedur otağı, laborator xidmətlər otaqları müayinə və müalicənin monitorinqi məqsədilə xidmət göstərir. Bu şöbə ultrasəs müayinə aparatı, hərəkətli rentgen aparatı, bronxoskop, elektrokardioqrafiya, otorinolorinqoloji avadanlıqlar, molekulyar genetik diaqnostik laborator müayinə üçün avadanlıqlar və digər yardımçı cihaz və alətlərlə təchiz olunub.

Ağciyər vərəmi diaqnozlu xəstələrin müalicəsi 1, 2 və 3-cü vərəm şöbələrində təşkil olunub. Yoluxucu vərəmli xəstələr 50 çarpayılıq 3-cü vərəm şöbəsində, yoluxucu olmayan xəstələr isə xəstəlik hallarına uyğun olaraq hərəsi 60 çarpayılıq olan 2-ci və 3-cü vərəm şöbələrində müalicə alacaqlar.

Ağciyərdən kənar orqanların vərəminin müalicəsi 25 çarpayılıq ağciyərdən kənar vərəm şöbəsində təşkil olunub. Bu şöbədə həkim-ftiziatrlarla yanaşı, həkim-ümumi cərrah və ağciyərdən kənar vərəm üzrə ixtisaslı həkim-ftiziatrlar da fəaliyyət göstərir.

Həyati göstəriciləri pozulmuş və yaşaması risk altında olan, süni tənəffüs aparatına ehtiyacı olan, xüsusi baxım tələb edən xəstələrə reanimasiya və intensiv terapiya şöbəsində 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərilir. Şöbədə müasir tibbi avadanlıqlarla təchiz edilən əməliyyat və prosedur otaqları, 10 çarpayıdan ibarət 5 palata var. Yataq yaralarının profilaktikası məqsədilə hər bir yataq havalı döşəklə təmin edilib.

Bütün reanimasion otaq və palatalar süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub. Reanimasiya şöbəsində müalicə alan xəstələrə günün istənilən saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılıb.

Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Otaqlardan birində vərəmli xəstələrin müalicəsində xüsusi rolu olan oksigen kompressoru yerləşir və palatalara oksigen ötürülür.

Müalicə alan xəstələrə həkim-diyetoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri veriləcək.

Xəstəxana bütün lazımi şərait, təminat-təchizat və kadr potensialı ilə təmin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!