01 Sentyabr 2024 11:21
72
SİYASƏT
A- A+

Şamil Ayrım: Şəffaf seçim müşahidə edirik, qadınların, gənclərin fəallığı bizi məmnun edir  

 

Qardaş Azərbaycanda bundan əvvəl prezident seçkilərini izləmişdik. Can Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 ildən sonra ilk dəfə parlament seçkiləri keçirilir. Türkiyə olaraq bu seçkilər və onun nəticələri bizim üçün də mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, seçki prosesində şəffaf seçim müşahidə edilir. Qadınların, gənclərin fəallığı bizi məmnun edir.

“Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla 86 milyon Türkiyə vətəndaşı Azərbaycanın yanındadır və hər zaman da yanında olacaq. Azərbaycanın qarşıdakı 5 ili çox önəmlidir. Çünki Cənubi Qafqazda Azərbaycanın sülh və sabitlik uğrunda səyləri, ölkənin xarici siyasətinin müəyyən edilməsi, regionda sülhün daimi olması seçimlərinin nəticələrindən də asılıdır və proses çox önəmlidir. Bu seçkilərdə kim qazanırsa qazansın, əsas olan Azərbaycanın tərəqqisi və inkişafıdır”, - deyə TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video