06 Avqust 2025 08:55
505
İQTİSADİYYAT
A- A+
Şamaxıda Moldovanın ekoloji stres amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salınıb

Şamaxıda Moldovanın ekoloji stres amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salınıb


Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasında Moldovada seleksiya olunmuş, ekoloji stres amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salınıb.

Nümayiş bağına həsr olunmuş tədbirdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov, Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbir zamanı Vüqar Səlimov bildirib ki, son illərdə qlobal istiləşmənin təsiri ilə kənd təsərrüfatı bitkiləri, xüsusilə də üzümçülük sektoru artan quraqlıq və digər ekoloji risklərlə üz-üzə qalıb. Araşdırmalara əsasən, stress faktorları arasında quraqlığın təsiri 26 faizə qədər yüksəlib. Bu baxımdan üzüm sortlarının quraqlıq və digər abiotik-biotik risklərə davamlılığı prioritet sahəyə çevrilib.

Direktor əlavə edib ki, institutda bu məqsədlə quraqlığadavamlı üzüm sortlarının seçilməsi və yaradılması, adaptiv sortların introduksiyası və iqlimləşdirilməsi, torpaqda rütubət saxlanması üçün tədbirlərin tətbiqi, suya qənaətedici innovativ texnologiyaların təşviqi, aqrotexniki və torpaqbecərmə üsullarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.

Yeni layihə çərçivəsində Moldovanın 9 üzüm sortundan ("Plavay", "Viorika", "Qara Fetyaska", "Kloriçika", "Luminiçka", "Fetyaska Muskatnaya", "Kopçk", "Legenda", "Moldova") ibarət 90 ədəd calaq ting (CO4 calağı üzərində) dəmyə şəraitində əkilib. Məqsəd bu sortların quraqlığa, xəstəlik və zərərvericilərə, yüksək temperatur və digər amillərə davamlılıq xüsusiyyətlərini qiymətləndirməkdir.

Bağda üzüm sortlarının inkişaf dinamikası, məhsuldarlığı və keyfiyyəti, ekoloji plastiklik və adaptiv göstəriciləri araşdırılacaq və nəticələr yerli fermerlərə nümayiş etdiriləcək.

Tədbir iştirakçıları nümayiş bağında aparılan əkinlərlə tanış olaraq, Moldovadan gətirilmiş sortların inkişaf vəziyyəti ilə maraqlanıblar. Bildirilib ki, bu layihə ölkədə kompleks xüsusiyyətlərə malik texniki üzüm sortlarının artırılmasına və seleksiya sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verəcək.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!