21 Noyabr 2023 21:01
413
CƏMİYYƏT
A- A+
Sahil Babayev: Əldə etdiyimiz nailiyyətləri SESRIC platforması vasitəsilə digər İslam ölkələri ilə bölüşəcəyik

Sahil Babayev: Əldə etdiyimiz nailiyyətləri SESRIC platforması vasitəsilə digər İslam ölkələri ilə bölüşəcəyik

 

"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Azərbaycanın əlaqələri çox geniş və əhatəlidir. Bu günlərdə Bakıda İƏT-ə üzv olan ölkələrin əmək nazirlərinin V konfransı keçirilir. Ölkələr arasında əmək, məşğulluq, əmək münasibətlərinin tənzimlənməsi, eyni zamanda, əməyin təhlükəsizliyi kimi istiqamətlərdə müxtəlif məsələlər müzakirə olunur və ən yaxşı təcrübələr bölüşülür. Bu nöqteyi-nəzərdən xüsusilə İslam Əməkdaşlıq Təşkilatının alt qurumu olan İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) rolu danılmazdır. Həm statistik data, həm də iqtisadi-sosial məsələlərə dair araşdırmalar baxımından SESRIC bizim ölkələr üçün tövsiyələri hazırlayır, ən yaxşı təcrübələri bölüşür. SESRIC ilə imzalanan Anlaşma Memorandumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun qurumları ilə SESRIC arasında bir əməkdaşlıq platforması yaratmaq üçündür. Memorandum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun alt qurumları ilə birgə əməkdaşlıq layihəsinin hazırlanması baxımından önəmlidir".

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində SESRIC-in Baş direktoru Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı deyib.

Azərbaycanın sosial müdafiə sahəsində müxtəlif yeniliklərinin və əldə etdiyi uğurların olduğunu deyən nazir bildirib: "Bir tərəfdən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq DOST mərkəzlərinin yaradılması, həmin mərkəzlərdə 159 xidmətin göstərilməsi, 140-dan çox xidmətin elektronlaşdırılması Azərbaycanın əldə etdiyi nailiyyətlərdəndir. Digər tərəfdən isə vətəndaşlara göstərilən xidmətin həcmi, Prezidentin müvafiq fərman və sərəncamları ilə qısa müddət ərzində minimum əməkhaqqı və pensiyaların, orta median əməkhaqqı və pensiyaların ciddi şəkildə artırılması, ölkədə böyük bir sosial islahat paketinin icrası bizim əldə etdiyimiz uğurlardır. Təsadüfi deyil ki, son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri və qurumları 36 beynəlxalq mükafatla təltif olunublar. Biz bu təcrübəmizi İslam ölkələri ilə geniş şəkildə bölüşəcəyik. Hazırda həmin ölkələrdən Özbəkistanla çox ciddi əməkdaşlığımız davam edir. Özbəkistanda həm xidmətlərin elektronlaşdırılması, həm də vahid pəncərənin yaradılması istiqamətində ekspert dəstəyimizi göstəririk. Paralel olaraq Moldova, Serbiya və Rumıniyada da analoji işlər həyata keçirilir. Bu işlərin daha çox İslam ölkəsini əhatə etməsi, əhatə dairəsinin daha da genişləndiriməsi üçün SESRIC platforması bizə dəstək olacaq. Həmin platformadan istifadə edərək əldə etdiyimiz nailiyyətləri digər İslam ölkələri ilə bölüşəcək və onlarla qarşılıqlı faydalı əməkdaşlıq edəcəyik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!