19 İyul 2022 00:44
902
İQTİSADİYYAT
A- A+
Sabirabad kəndlisinin yay qayğıları

Sabirabad kəndlisinin yay qayğıları

 

Taxılın biçini yekunlaşır, pambığın becərilməsi davam edir, meyvə və bostanın tədarükü sürətlənir

 

Kürlə Arazın qovuşduğu ərazidə - Sabirabadda əkinçilik və heyvandarlıq əhalinin əsas məşğuliyyət sahəsidir və bu, təsadüfi deyil. Rayonda əhalinin 83 faizi, yaxud 151,2 min nəfəri kənd yerlərində yaşayır. Rayonun inzibati ərazisində 100 min hektardan artıq kənd təsərrüfatına yararlı torpaq sahəsi var ki, onun da 67 min hektarı suvarılandır. Elə bu səbəbdən torpaq sabirabadlıların əsas gəlir yeridir.

Cari il  rayonda 67 min hektardan artıq, o cümlədən 21742 hektar sahədə buğda və arpa, 11559 hektarda pambıq, 7658 hektarda bostan-tərəvəz, 23672 hektarda yem bitkiləri və s. əkilmişdir. Hazırda taxıl biçini  başa çatmaq üzrədir. Fermerlər  cari ildə də yüksək məhsul əldə etməyə çalışırlar. Taxılın orta məhsuldarlığının 42 sentnerdən yuxarı olacağı proqnozlaşdırılıb. Biçinin optimal müddətdə başa çatdırılması üçün Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində qərargah yaradılmışdır. Aparılmış çoxsaylı maarifləndirmə tədbirləri hesabına taxılı biçilmiş sahələrdə yanğın hadisələri demək olar ki, qeydə alınmamışdır. Onu da qeyd edək ki, bu gün taxılçı fermerlərin qarşısında mühüm vəzifələr durur. Onlar dünyada baş verən ərzaq qıtlığı, xüsusilə ərzaq buğdasının çatışmazlığı  ilə bağlı əkin sahəsinin həcmini və məhsuldarlığı artırmağa çalışırlar.

Son illər rayonda pambıqçılığın inkişafı istiqamətində də xeyli işlər görülmüşdür. Xatırladaq ki, Prezident İlham Əliyev pambıqçılığın inkişafı ilə bağlı ilk respublika müşavirəsini 2016-cı ilin aprelin 16-da Sabirabadda keçirmiş, ölkədə, o cümlədən Sabirabadda pambıqçılığın inkişafı üçün müvafiq tapşırıqlar vermiş və mühüm qərarlar qəbul etmişdir. Onlardan biri "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"dır.

Proqramda qarşıya qoyulan hədəflərə çatmaq üçün Sabirabadda da xeyli işlər görülmüşdür. Rayon ötən müddətdə xeyli sayda texnika, maşın və avadanlıqlar almış, texniki təminat məsələlərini dövlətin köməyi ilə yaxşılaşdırmış, pambıqçılığa münasibəti kökündən dəyişdirmişdir. Əgər 2015-ci ildə rayon üzrə 1633 hektarda pambıq əkilmiş və hər hektardan 11,3 sentner məhsul götürülmüşdüsə, 2022-ci ildə əkin sahələrinin həcmi 7 dəfə artaraq 11559 hektara çatmışdır. Ötən il hektardan məhsuldarlıq 30 sentner olmuşdur ki, bu da 2015-ci ildəkindən 2,6 dəfə çoxdur. Başqa misal: Sabirabadda bu gün 2755 kəndli-fermer ailəsi pambıqçılıqla məşğuldur. Əvvəlki illər isə onların sayı az qala barmaqla sayılası qədər idi. Bundan başqa, 2015-2016-cı illərdə rayonda pambıqçılıqla iki pambıq qəbulu müəssisəsi məşğul olurdu. Hazırda isə rayonda 7 pambıq qəbulu müəssisəsi var. Son illər rayonda "P-Aqro" MMC-nin Sabirabad fililaı yaradılmış, Qaratəpə kəndində "MKT İK" MMC-nin Sabirabad filialında ikinci pambıq qəbulu məntəqəsi fəaliyyətə başlamışdır. Üstəlik, Sarxanbəyli kəndində də yeni pambıq qəbulu məntəqəsi tikilir. Yeri gəlmişkən, xatırladaq ki, 2021-ci ildə rayon üzrə 27,4 min ton pambıq tədarük edilmiş və fermerlərin cəmi pul gəliri 20 milyon manatdan çox olmuşdur.

Sabirabadda hələ keçmiş SSRİ dövründə qabaqcıl pambıqçılar çox olmuşdur. Adlı-sanlı pambıq ustaları Fatma Hüseynova, Zəminə Aslanova, Narınc Kərimova, Çervon Azayeva, Mətanət Məmmədova və Zahid Bağırovun əldə etdikləri uğurlu nəticələr yüksək qiymətləndirilmişdir. Bu gün də ənənə davam edir. Pambıqçılıqda əldə etdikləri yüksək göstəricilərə görə birinci dərəcəli "Əmək" ordeni almış Əfras Əsgərov və Vaqif Abbasov əsl örnəyə çevrilmişlər. Ötən il 686 fermer hər hektardan 30-40, 305 fermer 40-50, 195 fermer 50 sentnerdən artıq məhsul götürmüşdür. Bunun bir səbəbi də pambığın 80 faizindən çoxunun maşınla toplanmasıdır.

Rayonun bütün kəndlərində bostan-tərəvəz də əkilir. Hazırda bostan məhsullarının tədarükü davam edir. Toplanan qarpız Bakı və digər şəhərlərə, eləcə də ölkə xaricinə göndərilir. Meyvəçiliyə gəldikdə, bu sahədə intensiv bağçılıq təsərrüfatlarına üstünlük verilir. Örtülü tərəvəz əkinçiliyi ildən-ilə artır. Paralel olaraq üzüm bağlarının həcmi genişləndirilir.

Sabirabad həm də böyük heyvandarlıq rayonudur. Təsərrüfatlarda 360 min başdan artıq davar və qaramal bəslənilir. Mal-qara arasında süni yolla buzov alınması ilə bağlı ən yaxşı göstərici də məhz Sabirabad rayonunda əldə edilir. Ötən il rayon üzrə 6920 baş, cari ilin altı ayında 3352 başdan artıq buzov süni yolla alınmışdır. Ümumiyyətlə, bu tədbirə başlanıldığı 2007-ci ildən indiyədək Sabirabadda 51 min başdan artıq buzov süni yolla doğulmuşdur. Səmərəsi isə statistikada görünür: cari təsərrüfat ilinin 6 ayında ilkin məlumatlara əsasən, 9285 ton ət, 60563 ton süd, 605 ton yun, 62,8  milyon ədəd yumurta istehsal olumuşdur ki, bu da əvvəlki ilin eyni  dövrü ilə müqayisədə xeyli çoxdur.

Sonda onu da bildirək ki, rayonun ərazisində aqroparkların yaradılması istiqamətində işlər davam edir. Bu məqsədlə 11300 hektarda qış otlaq sahələrinin təyinatı dəyişdirilmiş və əkin kateqoriyasına keçirilmişdir. Ərazidə artıq əkinçilik istiqamətli bir neçə təsərrüfat formalaşmış və təsərrüfat işlərinə başlanılmışdır.

 

Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!