15 Sentyabr 2024 04:23
332
COP29
A- A+
Sabahın "yaşıl gələcəy"i bu günün fəal gəncləri ilə gələcək

Sabahın "yaşıl gələcəy"i bu günün fəal gəncləri ilə gələcək



COP29-a hazırlıq tədbirlərində gənclər və könüllülər daha fəaldırlar


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi gənc fəallar və liderlərə qlobal iqlim siyasətinə töhfə vermək üçün mühüm platforma və fürsətdir. Belə tədbirlərdə iştirak etməyin onlara həm də çox böyük faydası var. Gənclər COP-a yaradıcı yanaşmaqla ənənəvi üsullardan kənara çıxmaq, daha səmərəli strategiyaların hazırlanmasına kömək etmək şansı qazanırlar.

Qlobal tədbirin keçiriləcəyi gün yaxınlaşdıqca gənc liderlərin, xüsusən  könüllülərin fəallığı qabarıq hiss olunur. Hələ may ayında könüllülərin iştirakını təmin etmək üçün qeydiyyat prosesinə start verilmişdir. Bir ay ərzində platformaya müraciət edən 16 min gəncin arasından bacarıqlı, savadlı, xarici dil bilgiləri və müxtəlif meyarlara sahib olan 3000 könüllü seçilib təlimlərə cəlb edilmişdir. Əvvəllər də Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə könüllülük proqramlarının iştirakçısı olmuş gənclər hazırda COP29-un peşəkar komandasının üzvləridir.

COP29 Könüllülük Proqramının əhəmiyyəti komanda ruhunun təşviqi, kollektivdə işləmək və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsindədir. Bu proqram Azərbaycanın gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır. Proqramın iştirakçıları COP29 çərçivəsində gördükləri işin ətraf mühitin mühafizəsi istiqamətində planlaşdırılan tədbirlərin bir həlqəsi olduğunu dərk edirlər. Onu da dərk edirlər ki, COP29 zamanı qarşılıqlı fəaliyyətin bir hissəsi olacaqlar. Çünki iqlim dəyişmələri ilə mübarizədə gənclərin vacib fikirləri nəzərə alınaraq tədbirin sədrliyi tərəfindən dinləniləcək, təklif və təşəbbüsləri qeyd ediləcək. 

COP29 ərəfəsində könüllü gənclərlə yanaşı, qeyri-hökumət təşkilatları (QHT) da fəaldırlar. COP29-un Təşkilat Komitəsində dövlət qurumlarından savayı, müvafiq profil üzrə işgüzar və fəal vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiliyi Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərdiyi böyük etimadın təsdiqidir. Məhz bu səbəbdən xarici QHT-lərdən Azərbaycan Milli QHT Forumuna COP29-la əlaqədar çoxsaylı əməkdaşlıq təklifləri gəlib. Daxil olan təklifləri Milli QHT Forumunun İdarə Heyəti müzakirə etdikdən sonra "COP29 QHT Koalisiyası" yaratmaq təşəbbüsü ilə çıxış edib. Təşəbbüs xarici QHT-lər tərəfindən maraqla qarşılanıb. İki ay əvvəl irəli sürülən təşəbbüsə 30 ölkədən 108 xarici QHT qoşulub. ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna ünvanladıqları məktubda COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstəklərini ifadə ediblər.

Onu da qeyd edək ki, Azərbaycanda ilk dəfədir belə qlobal formatda və nəhəng miqyasda yerli və xarici QHT-lərin əməkdaşlığı qurulur. Bu o deməkdir ki, vətəndaş cəmiyyəti COP29-un Azərbaycana verdiyi unikal imkanları aydın hiss edir. Ona görə də həmin əməkdaşlığın qurulmasında xüsusən gənc QHT-çilər öz töhfələrini verməyə çalışırlar. Ümumiyyətlə, COP29-un gənc liderləri, könüllülər və QHT-lərin qlobal tədbirə hazırlıqlar çərçivəsində ayrılıqda gördükləri iş həm yerli, həm də beynəlxalq səviyyədə təqdir olunur. Şübhəsiz, tədbirin fəaliyyət göstərəcəyi günlərdə bu daha qabarıq hiss olunacaq. 

Xəbər verildiyi kimi, sentyabrın 10-da Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə "Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi" adlı Beynəlxalq Gənclər Forumu keçirilmişdir. Forumda 18 ölkənin 24 gənc liderinin, gənclərlə işləyən QHT rəhbərlərinin, həmçinin ölkəmizin 60-dan çox gənclər təşkilatı rəhbərləri, hökumət strukturu təmsilçiləri, ekspert və bir sıra qonaqlar iştirak etmişlər. 4 gün davam edən forumda Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı təmsil edən fəal liderlər, gənclər QHT rəhbərləri, ekspert və mütəxəssislər azərbaycanlı həmkarları ilə ətraf mühitin qlobal problemləri, iqlim dəyişmələrinin fəsadları ilə mübarizə və ekokönüllülüyün genişləndirilməsini müzakirə etmişlər. Tədbir çərçivəsində "Yaşıl dünya"nın təşviqi və "yaşıl iştirakçılıq" sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın "yaşıl dünya" naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələr də təşkil olunmuşdur. Rəsmi dövlət qurumları və QHT koalisiyaları ilə keçirilən görüşlər iqlim dəyişmələri istiqamətində davamlı çağırışlara təkan vermişdir.

QHT və gənclərin fəaliyyəti əsas verir deyək ki, dünyamızın sabaha sağlam ötürülməsi istiqamətində onların payı az deyil. Xarici ölkələrin gənclərini də cəlb edən COP29 fəalları ekoloji sağlam cəmiyyətdə yaşamaq istəyirlər. Ona görə də ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlərdə gənclər daha fəaldırlar. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!