09 Fevral 2025 08:30
774
SİYASƏT
A- A+
"Rusiyanın təyyarə qəzası ilə bağlı mövqeyi təəssüf doğurur"

"Rusiyanın təyyarə qəzası ilə bağlı mövqeyi təəssüf doğurur"


Moskva öz günahını açıq şəkildə etiraf etməli və məsuliyyəti üzərinə götürməlidir


"Təyyarə qəzası ilə bağlı Rusiyanın mövqeyi anlaşılmazdır. Rusiya tərəfi məsuliyyəti üzərinə götürərək, lazımi addımları atmalıdır. Kremldən tapşırıq alan bir sıra rus siyasətçiləri, eyni zamanda KİV cidd-cəhdlə bu proseslərdə məhz pilotları günahlandırmağa çalışırlar.  Bu, absurd məsələdir. İlkin hesabat da göstərdi ki, Azərbaycan Hava Yollarına məxsus olan təyyarədə 38 nəfərin həlak olması, 29 nəfərin yaralanması Rusiyanın günahı üzündən baş verib. Qəzada Rusiya vətəndaşlarının da olduğunu nəzərə alsaq, bu ölkənin hadisəyə biganə yanaşması çox təəssüf doğurur. Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı da bir daha göstərdi ki, Rusiya hadisəyə qərəzli yanaşmasını dayandırmır".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Deputatın fikrincə, ilkin hesabatdan da məlum olur ki,  "Embraer 190" sərnişin təyyarəsi Rusiyanın hava məkanında, Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. "Hesabatda da qeyd olunub ki, pilot Bakıya qayıtmaq barədə qərar verib. Lakin kənar müdaxilə nəticəsində sistemin sıradan çıxması buna imkan verməyib. Rusiya cidd-cəhdlə "kovyor" əməliyyatını ortaya atır. "Kovyor" əməliyyatı təyyarə vurulduqdan sonra ortaya çıxıb. İlkin hesabat da bu faktı təsdiqləyir. Burada foto, video, rəqəmsal qeydiyyatlar var. Rusiya bundan birmənalı şəkildə qaça bilməz", - deyə deputat əlavə edib. 

A.Nağıyev xatırladıb ki, hesabat yayılandan sonra Rusiyanın inhisarında olan qurumlar, hətta bu ölkənin aviasiya xidməti məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edirlər. Mətbuat da onların dediklərini təkrarlayır. Bu qərəzli mövqedir. Bir vaxtlar belə praktika ilə rastlaşmışıq. Vaxtilə "Malayziya Boing-2" təyyarəsinin vurulması zamanı da Rusiya belə bir ajiotaj yaradaraq Ukraynanın günahkar olduğunu iddia edirdi. İllər keçdikdən sonra sübut olundu ki, bu təyyarə Rusiya tərəfindən vurulub. 

Fakt və dəlillərin tam ortada olduğunu deyən komitə sədri bildirib ki, təyyarəmizə bir neçə dəfə atəş açılıb: "Kovyor" əməliyyatı hadisədən 8-10 dəqiqə sonra elan olunub. Bu qədər sübutlar qarşısında Rusiya tərəfinin təkidlərindən dönməməsi və şantaj yolu tutması ciddi təəssüf doğurur. Fakt budur ki, Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə istintaq aparılır. Azərbaycan təyyarəsinə bu hərbi hissə ərazisindən atəş açıldığına dair məlumatlar var. Azərbaycan Baş Prokurorluğu, eyni zamanda hüquq-mühafizə orqanları, cənab Prezidentin tapşırığına uyğun olaraq yaradılmış komissiya öz işini davam etdirməkdədir". 

Azərbaycanın öz şərtlərini irəli sürdüyünü xatırladan A.Nağıyev vurğulayıb ki, istintaqın gedişi bütün faktları aşkarlayacaq və ciddi məlumatlar alacağıq. Sübut bazası artıq formalaşır, dəlillər toplanır. Beynəlxalq məhkəməyə müraciət etmək Azərbaycanın haqqıdır. Azərbaycan tərəfi bildirib ki, istənilən vaxt Rusiya ilə bu hadisənin necə baş verdiyini dialoq şəklində müzakirə edə bilər. 

Deputat düşünür ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti buna imkan verir. Azərbaycan istənilən dialoqa hazırdır. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan xalqının hər bir nümayəndəsinin qorunmasından, dövlətimizin ərazi bütövlüyü ilə bərabər olaraq konstitusion hüquqlarının qorunmasından ibarətdir. Biz öz hüquqlarımızı qorumağı bacarırıq. 


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!