07 Sentyabr 2025 08:30
632
SİYASƏT
A- A+
Rusiya münasibətlərin normallaşmasını istəyirsə

Rusiya münasibətlərin normallaşmasını istəyirsə


Azərbaycanın haqlı mövqeyini nəzərə almalıdır


"Ötən ilin sonlarından Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyuqlaşmasının səbəbkarı ölkəmiz deyil. Bu münasibətlərdə çatlar qarşı tərəfin adekvat olmayan davranışları səbəbindən yaranıb. Qonşu ölkədə respublikamıza qarşı qərəzli kampaniya aparılır". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat xatırladıb ki, bu günlərdə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycan ilə münasibətərindən bəhs edib. Rusiya lideri jurnalistlərə Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirlərdə Azərbaycan Prezidentini və onun xanımını salamladığını bildirib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyəti ilə bağlı sualı cavablandıran Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə "hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə həmişə bəzi suallar yaranır və problemlər var". Bununla belə Rusiya Prezidenti hesab edib ki, Azərbaycan ilə Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq yenə də sonda hər şeyi öz yerinə qoyacaq. 

S.Fətəliyeva qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycan ilə ölkəsi arasında fundamental münasibətlərdən və bu münasibətlərin inkişafına qarşılıqlı maraq olmasından bəhs etməsi müsbət haldır: "Həqiqətən, Rusiyada Azərbaycana qarşı qərəzli kampaniya başlayanadək iki ölkənin münasibətləri fundamental səciyyə daşıyıb. Nəzərə alsaq ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir, eyni coğrafiyanı bölüşmələri ölkələrin regional maraqlarını uzlaşdırmaq zərurətini ortaya çıxarır. Hər iki dövlət Xəzər hövzəsi regionunun sabitliyi, təhlükəsizliyi və burada əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərqərar olması naminə birgə səylər göstərməlidir. Mütləq qaydada regional maraqlar, qonşuluq münasibətləri, ölkələrin müstəqilliyi və suverenliyi nəzərə alınmalıdır. İki ölkə arasında 2022-ci il 22 fevral tarixdə  "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Sənəddə münasibətlərin xalqlarımızın mənafeyi naminə keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması niyyəti ifadə olunub".

Azərbaycanın Rusiyaya münasibətdə səmimiliyinin həmişə açıq-aşkar olduğunu deyən deputatın sözlərinə görə, indiyədək ölkəmiz Kreml ilə münasibətlərə kölgə sala biləcək hər hansı bir fəaliyyətə yol verməyib, əksinə, həmişə mehriban qonşuluq prinsipinə sadiq qalmağa çalışıb. Lakin eyni fikirləri Rusiya barəsində ifadə etmək mümkün deyil. Son səkkiz ayda Rusiya müttəfiqlik Bəyannaməsinin ruhu ilə daban-dabana ziddiyyət təşkil edən davranışlar sərgiləyib. Ötən il dekabrın 25-də Rusiya səmasında "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasndan sonra bu ölkə zəruri addımlar atmayıb. İlk növbədə rəsmi Moskva hadisəyə obyektiv münasibət sərgiləməli, təyyarənin vurulmasına görə müvafiq təzminat ödəməli və günahkarları cəzalandırmalı idi. Lakin hələ də biz bunu müşahidə etmirik. Ardınca bu ilin iyun ayında Yekaterinburqda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı ölümlə nəticələnən zorakılıq hallarının törədilməsi qəbuledilməz haldır. Bütün bunlar ən azı mehriban qonşuluq və müttəfiqlik prinsiplərinə uyğun gəlmir. "Rusiya tərəfi belə hallara son qoymaq əvəzinə digər şəhərlərdə də azərbaycanlılara qarşı təzyiqləri artırdı. Eyni zamanda hakimiyyətə yaxın olan media orqanlarında respublikamıza qarşı çirkin kampaniyaya başlanaraq qara piar aparılır, ard-arda yalanlar tirajlanır. Təəssüf ki, ayrı-ayrı deputatlar və digər tanınmış simalar da bu xoşagəlməz prosesə qoşulublar", - deyə o əlavə edib.

S.Fətəliyeva vurğulayıb ki, Azərbaycan münasibətlərin normallaşmasının tərəfdarıdır. Ancaq biz suveren dövlət olaraq normallaşma prosesi üçün Rusiya tərəfindən qeyri-adekvat şərtlərin irəli sürülməsini heç bir halda qəbul edə bilmərik. Başqa sözlə, Rusiya tərəfi münasibətlərin normallaşmasını istəyirsə, düzgün davranış sərgiləməli və proseslərlə bağlı Azərbaycanın haqlı mövqeyini nəzərə almalıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!