22 Aprel 2025 09:00
405
DÜNYA
A- A+
Roma Papası Fransisk vəfat edib

Roma Papası Fransisk vəfat edib


Pontifikin Azərbaycan ilə Vatikan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində böyük xidmətləri olub


Roma Papası Fransiskin ölümünü Vatikanda Müqəddəs Roma kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrell elan edib. Məlumatda bildirilir  ki, müqəddəs Martanın Evindən kədərli xəbər gəlib. Papa Fransisk Səmavi Atanın evinə qayıdıb.

"Əziz qardaşlar və bacılar, dərin kədər hissi ilə Papamız Fransiskin vəfatını elan etməliyəm. Bu gün, aprelin 21-də səhər saat 7:35-də (Bakı vaxtı ilə 9:35-də - red.) Roma yepiskopu Fransisk Atanın evinə qayıtdı. Onun bütün həyatı Tanrıya və Onun kilsəsinə xidmətə həsr olunub", - Vatikanın mətbuat xidməti kardinalın sözlərini sitat gətirib.

Farrellin deyib: "Fransisk bizə İncilin dəyərlərini sədaqət, cəsarət və ümumbəşəri məhəbbətlə, xüsusən də ən yoxsul və imkansızların xeyrinə yaşamağı öyrətdi. Rəbb İsanın həqiqi şagirdi kimi onun nümunəsinə görə böyük minnətdarlıq hissi ilə biz Papa Fransiskin ruhunu Tək və Üçlü Tanrının sonsuz mərhəmətli məhəbbətinə əmanət edirik".

Fransisk fevralın 14-dən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Ona polimikrob respirator infeksiyası diaqnozu qoyulmuşdu. Buna görə də Vatikan papanın səhhəti ilə bağlı "mürəkkəb klinik vəziyyət" elan etmişdi.

Həyatda Xorxe Mario Berqolyo olan Fransisk 1936-cı il dekabrın 17-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində anadan olub. O, bir müddət mühafizəçi  işləmiş, daha sonra kimyaçı təhsili almış və qida sənayesi laboratoriyasında texnik kimi çalışmışdır. 21 yaşında seminariyada təhsil almağa başlamış Xorxe Mario 1958-ci ildə yezuit ordeninə daxil olmuş və oranın təhsil müəssisələrində humanitar təhsil almışdır.

1969-cu ildə Xorxe Mario Berqolyo katolik keşişi təyin edilmiş, 1973-cü ildən 1979-cu ilə qədər Argentinada yezuit əyalətinin başçısı olmuşdur.

O, 1998-ci ildə Buenos-Ayres arxiyepiskopu təyin edilmişdir. 2001-ci ildə isə Papa II İohann Pavel onu kardinal rütbəsinə yüksəltmişdir. Xorxe Mario 2001-ci ilin dekabrında Argentinada baş verən iğtişaşlar zamanı kilsəyə rəhbərlik etmişdir.

2013-cü il fevralın 28-də Papa XVI Benediktin istefasından sonra Vatikan konklavı Berqolyonu Papa seçilmişdir. Fransisk Papa adı ona Müqəddəs Fransisk Assizskinin şərəfinə verilmişdir. 

Bütün ictimai həyatı boyu pontifik təvazökarlığı, Allahın mərhəmətini vurğulaması, yoxsullara qayğısı və dinlərarası dialoqa sadiqliyi ilə tanınırdı. Fransisk dəfələrlə Ukraynadakı müharibə haqqında danışmış, tərəfləri sülh və dialoqa çağırmışdır. 2025-ci ilin fevralında o, Ukraynanı "şəhid" adlandırmış və bütün silahlı münaqişələrin qurbanları üçün dualar oxumağa çağırmışdır.

Qeyd edək ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Fransiskin böyük xidmətləri olub. Vəfatından bir neçə saat əvvəl Roma Papası Pasxa bayramı münasibətilə ünvanladığı müraciətdə Azərbaycan və Ermənistanı qısa müddət ərzində sülh razılaşmasına nail olmağa çağırıb. Pontifik iki ölkə arasında yekun barışığa və Cənubi Qafqaz regionunun bərpasına ümid etdiyini bildirib.

O, həmçinin bu il həm katoliklərin, həm də pravoslavların birlikdə qeyd etdiyi Pasxa bayramı fonunda Müqəddəs Torpaqda sülhün vacibliyinə diqqət çəkib: "Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlarla yanaşı, bütün Fələstin və İsrail xalqına dəstəyimi bildirirəm". Pontifik eyni zamanda Livan və Suriyadakı xristian icmaları üçün dua etdiyini bildirib.

Roma Papasının ölümündən sonra yeni pontifikin seçilməsi məqsədilə kardinallar yığıncağı - konklav toplanır. Yığıncaq xarici aləmdən tamamilə təcrid olunmuş qapalı otaqda keçirilir. Seçkilər gizli səsvermə yolu ilə baş tutur. Seçilmək üçün yeni papaya səslərin 2/3 çoxunu toplamaq lazım gəlir. Otaq yalnız Papa seçildikdən sonra açılır. Yeni pontifikin seçilməsi Sikstin kapellasının üstündəki bacadan çıxan ağ tüstü ilə elan edilir. Konklavın hazırda qüvvədə olan keçirilmə qaydaları 1274-cü ildə II Lion kilsə məclisində qəbul edilib.

Son məlumata görə, Papanın varisi Afrikadan, İtaliyadan, Şri-Lankadan, hətta Şimali və ya Cənubi Amerikadan ola bilər. Mümkün varislərin siyahısına filippinli kardinal Luis Taqle və mühafizəkar mövqeyi və Vatikan ilə tanınan italyan prelat Pyetro Parolin daxildir. Onlardan başqa, namizədlər arasında Papa Fransiskin "sevimli" kardinalı adlandırılan fransalı Jan-Mark, Niderland iyerarxı Villem Yakob Eyk, Şri-Lankadan kardinal Malkolm Ranjit və Vatikanın keçmiş prefekti qvineyalı Robert Sara da var. 


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!