30 Aprel 2024 18:31
227
DÜNYA
A- A+

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

 

“Krokus Siti Holl”da faciəli hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha ətraflı yoxlanılmasının əsas səbəbinə çevrilib.

AZƏRTAC RF xarici siyasət idarəsinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistan XİN-in başçısı Sirociddin Muhriddinov ilə telefon danışığı zamanı bildirib.

“Aprelin 30-da Rusiya tərəfinin təşəbbüsü ilə RF xarici işlər naziri S.Lavrovun Tacikistan xarici işlər naziri S.Muhriddinov ilə telefon danışığı olub. Rusiya xidmətlərinin ölkə qanunvericiliyinə uyğun şəkildə apardığı terrorizm profilaktikası üzrə tədbirlər barədə Tacikistan tərəfinə əlavə müfəssəl izahatlar verilib. Qeyd olunub ki, “Krokus Siti Holl”da baş verən faciəli hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha ətraflı yoxlanılmasının əsas səbəbinə çevrilib. Bu tədbirlərin aparılmasının müvəqqəti xarakter daşıdığı, onların konkret millətə və dinə qarşı istiqamətlənmədiyi, buraxılış məntəqələrində vəziyyətin tədricən normallaşdırılması xüsusi vurğulanıb”, - deyə RF XİN-in məlumatında bildirilir.

Bundan əvvəl, “ölkə vətəndaşlarına pis münasibət və onların hüquqlarının pozulması” halları ilə əlaqədar aprelin 29-da Tacikistan XİN Rusiyanın bu ölkədəki səfirinə nota təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video