RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya "Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib.
2020-ci ildə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi qeyd ediləcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Rusiya Dövlət Dumasında Sakinləri hərbi və mülki təyinatlı məhsullar istehsal edən müəssisələrdə fasiləsiz işi təmin etmiş, bu zaman kütləvi əmək fədakarlığı göstərmiş şəhərlərə "Əmək rəşadəti şəhəri” adı verilməsinin hüquqi əsaslarını müəyyən edən qanun layihəsi müzakirə olunub.
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bununla əlaqədar xatırladıb ki, bu gün Rusiya şəhərləri ilə bərabər, SSRİ dağılandan sonra başqa dövlətlərin ərazisində qalmış şəhərlər, məsələn Odessa, Kiyev və Brest qalası da "Qəhrəman” adı daşıyır.
Rusiyalı deputat vurğulayıb: "İndi, "Əmək rəşadəti şəhəri”nin yüksək statusunu müzakirə etdiyimiz məqamda bir presedenti hökmən nəzərə almaq lazımdır: bu ada postsovet məkanındakı şəhərlər də layiqdirlər. Məsələn, Bakıya "Qəhrəman şəhər” adı verilməsi məsələsi dəfələrlə qaldırılıb. Böyük Vətən müharibəsi dövründə Bakı sakinləri sovet tanklarını və təyyarələrini yanacaqla təchiz etmək üçün gecə-gündüz işləyiblər. Müharibə illərində Azərbaycanda "Bizim Stalinqrad hər bir neft quyusunun yanındadır” sözləri yazılmış plakatlar asılmışdı. Sovet ordusu üçün lazım olan bütün yanacağın 80 faizi buradan daxil olurdu.
Əvvələn, Rusiya SSRİ-nin hüquqi varisidir, ikincisi, bizim dövlətimiz xalqımızın tarixi yaddaşının qorunub saxlanmasına yönəlmiş siyasi kursa həmişə birmənalı şəkildə riayət edib. Bu mənada vurğulamaq məntiqlidir ki, Böyük Vətən müharibəsində Qələbə ovaxtkı vahid sovet xalqının hədsiz səyləri sayəsində qazanılıb. Bu gün biz müxtəlif ölkələrdə yaşasaq da, cəbhədə həlak olanlara və cəbhənin ehtiyacı üçün işləyənlərə, özü də bir daha vurğulamaq istəyirəm, gecə-gündüz işləyənlərə ehtiramımızı ifadə edə bilərik. Ona görə də bu qanun layihəsində Bakıya bu yüksək adın verilməsi imkanının nəzərə alınmasını istərdik.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!