26 Yanvar 2024 10:30
796
İQTİSADİYYAT
A- A+
Rəqabət Məcəlləsinin qəbulu iqtisadi islahatların dərinləşəcəyindən xəbər verir

Rəqabət Məcəlləsinin qəbulu iqtisadi islahatların dərinləşəcəyindən xəbər verir

 

Məlum olduğu kimi, dövlət başçısı "Azərbaycan Respublikası  Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu imzalamışdır. Qanun iyulun 1-dən qüvvəyə minir.

Məlumdur ki, rəqabət olmayan yerdə tələb-təklifin formalaşdırdığı bazar iqtisadiyyatından söhbət gedə bilməz. Normal liberal iqtisadiyyat üçün inhisarçılığın, rəqabətə zidd  davranışların, haqsız rəqabətin qarşısının alınması, tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmlərini özündə ehtiva edən şərait olmalıdır. Bu baxımdan sözügedən məcəllənin qəbul olunmasının ölkə iqtisadiyyatının daha sürətli inkişafını təmin edəcəyi şübhəsizdir. Ən azından o səbəbdən ki, sənəddə inhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabətin qarşısının alınması və tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmləri ehtiva edilmişdir.
Əslində, Azərbaycanda sağlam rəqabətin mövcud olması ilə bağlı son illər ardıcıl  addımlar atılmışdır. Bu məsələ üzərində hələ 2004-cü ildən iş gedirdi.  Əvvəllər belə yanlış təsəvvür yaranmışdı ki,  Rəqabət  Məcəlləsi qəbul edilən kimi ölkədə ədalətli rəqabət tam təmin olunacaq. Təbii ki, bu cür yanaşma düzgün deyildi. Çünki bunun üçün ilk növbədə zəruru şərait formalaşdırılmalı, parlamentdə alt qanunlar qəbul edilməli, yaxud təkmilləşdirilməli idi. Və iddia edə bilərik ki, belə də oldu. Ölkədə iqtisadiyyatın dinamik inkişafı, biznes mühitində əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi üçün qəbul edilən "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Təbii inhisarlar haqqında" qanunlar və digər normativ hüquqi aktlar sonda "Rəqabət Məcəlləsi haqqında" qanunun  dövlət başçısı tərəfindən imzalanması ilə nəticələndi. 
Sözsüz ki, məcəllənin qəbul edilməsi ilə iqtisadi tənzimlənmədə səmərəlilik daha da yüksələcək. Məcəllənin işləməsi ilə bazarda formalaşacaq rəqabət mühiti və azad rəqabət şəraiti bazar iştirakçılarının sayını artıracaq, üstəlik, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabət qabiliyyəti artacaq. Sənəd eyni zamanda istehlak bazarında qiymətlərin optimallaşdırılmasını təmin edəcək. Başqa sözlə desək, bəzi hallarda müşahidə etdiyimiz subyektiv bahalaşmanın qarşısını alacaq ki, bu da birbaşa vətəndaşların sosial rifahının artmasına səbəb olacaq. 
Rəqabət Məcəlləsi həm də inhisarçılığa qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi baxımından əhəmiyyətlidir. Yeni iş yerlərinin açılmasına təkan verəcək, məhsulların və ximətlərin çeşidliliyi üçün seçim imkanı yaradacaq məcəllə, ekspertlərin fikrincə, istehsalın və təklifin artması hesabına qiymətlərin ucuzlaşmasına da gətirib çıxaracaq.
 Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, uzun müddət idi Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu: "Çünki bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Bu gün bütün inkişaf etmiş ölkələrdə sözügedən istiqamətdə qanunvericilik var. Avropa İttifaqında ən vacib qanunlardan biri rəqabət ilə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq". Vüqar Bayramov onu da əlavə edib ki, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir və bu, yeni dövrdə islahatların daha da dərinləşəcəyindən xəbər verir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi başlayıb

09:39
14 May

Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var

09:33
14 May

Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

09:31
14 May

Tramp: ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

09:30
14 May

İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb

09:28
14 May

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib  

09:25
14 May

Dünyada ən çox insan ölümünə səbəb olan canlılar müəyyənləşib

09:12
14 May

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

09:10
14 May

"Nə dünya məni unudacaq, nə insanlar"

09:05
14 May

Vens: Düşünürəm ki, İranla danışıqlarda irəliləyiş əldə edirik

09:01
14 May

Sağlam mal-qara sağlam qida deməkdir

09:00
14 May

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

08:55
14 May

Lənkəran kümçülərinə 200 qutu ipəkqurdu toxumu paylanılıb

08:53
14 May

Cəlilabadda müasir idman zonası salınır

08:50
14 May

Qusarda sağlam ailə münasibətləri mövzusu gündəmdən düşmür

08:45
14 May

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

08:40
14 May

Yeraltı nəqliyyatda yerüstü yenilik

08:35
14 May

Azərbaycan-BP tərəfdaşlığı bütün enerji sahələri üzrə davam edir

08:30
14 May

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

08:25
14 May

Gələcəyin qurucusu

08:20
14 May

"Binokl diplomatiyası" sülhə xidmət etmir

08:15
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!