05 Aprel 2022 00:48
1834
SİYASƏT
A- A+
Regionun lideri

Regionun lideri

 

İlham Əliyevin təşəbbüsləri Azərbaycanı Cənubi Qafqazın tranzit və logistik mərkəzinə çevirib

 

Azərbaycanı regionun lider dövləti edən amillər sırasında son dövrlərdə həyata keçirilmiş nəqliyyat layihələrinin özünəməxsus yeri var.

Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində avtomobil və dəmir yolları şəbəkələrinin yenidən qurulması,  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi respublikamızın tranzit imkanlarını daha da artırıb. Xüsusilə qeyd edilməlidir ki, qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə mövqelərinin möhkəmlənməsi strateji əhəmiyyət daşıyır.

 

Torpaqlarımızın azad edilməsi qarşıya qoyulan vəzifələri yeniləyib

 

Artıq Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi dünyaya təqdim edir. Görünən odur ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr uğurla reallaşdırılır. Bu gün respublikamız həyata keçirdiyi layihələrin sayəsində digər nəqliyyat dəhlizləri ilə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verib, daha əlverişli şərtlərlə yüklərin qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, həmçinin tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradıb.

Bunun nəticəsidir ki, ildən-ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaçılığı artmaqdadır. Beynəlxalq yüklərin daşınmasının çoxalması  ölkəmizdə tranzit imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir. Çin Xalq Respublikası da bu ölkənin rəhbəri Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın tranzit imkanlarını yüksək qiymətləndirir. Bu təşəbbüsə bir neçə istiqamət daxildir ki, onlardan biri Çindən başlayıb Mərkəzi Asiya ölkələrindən, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Cənubi Avropaya uzanır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri Çində böyük maraqla qarşılanır və təqdir olunur.

Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanda tranzit və logistika sahəsində qarşıya qoyulan vəzifələri də yeniləyib.  Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı həyata keçirilən layihələr bu ərazilərin nəqliyyat infrastrukturunun bərpası ilə yanaşı, onların beynəlxalq tranzit baxımından potensialından istifadəsini də nəzərdə tutur. Məsələn,  hazırda icrası davam edən Əhmədbəyli - Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd yeni avtomobil yolu, Zəngilan Hava Limanı kimi layihələr həm də respublikamızın beynəlxalq tranzitlə bağlı imkanlarını daha da artırır.

 

Azərbaycan  Ermənistanı yeni layihədən də kənarda  qoydu

 

Mart ayında Azərbacanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunun imzalanması göstərdi ki, respublikamız indiyə qədər görülmüş işlərlə kifayətlənmir və regionun əsas tranzit habı kimi mövqelərini daha da gücləndirmək üçün bütün imkanlardan səmərəli yararlanır.

Xatırladaq ki, anlaşma memorandumu İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutur. Daha dəqiq ifadə etsək, bu tarixi sənədin məqsədi respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Sənədə əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, o cümlədən rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədindən cəmi 5 km aralı inşa olunacaq. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək.

Vətən müharibəsindən sonra Ermənistanın iqtisadi böhrandan və eyni zamanda iqtisadi blokadadan çıxa bilməsi üçün tarixi zəmin yaranmışdı. Azərbaycanın öz tarixi Zəfəri ilə bölgəyə gətirdiyi yeni reallıqlar Ermənistan üçün də mühüm imkanlar açmışdı. Çünki Zəngəzur dəhlizinin yaradılması ilə onilliklər boyu işğal siyasətinin qurbanı olan bu ölkənin xarici aləmlə iqtisadi əlaqələri yaranacaqdı. Lakin ötən dövrün reallıqları göstərir ki, Ermənistan tərəfi yaranmış bu tarixi şansı da düzgün dəyərləndirməkdən uzaqdır.

İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması regionun strateji yeniliyidir. Təbii ki, bu layihədə, bu strateji yenilikdə Ermənistana yer yoxdur və olmayacaq. Ermənistan rəhbərliyi elə düşünürdü ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. Lakin Azərbaycan-İran dostluğu və münasibətləri Ermənistanın bu planını alt-üst etdi. Daim Ermənistanı təcrid vəziyyətinə salan Azərbaycan  bu dəfə də onu regionun yeni layihəsindən kənarda qoydu.

Azərbaycan qarşısına qoyduğu hədəflərə çatan dövlətdir. Nəqliyyat infrastrukturunda həyata keçirilən layihələr Asiya ilə Avropanın qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. İran ərazisindən keçməklə yaradılan yeni bağlantı isə respublikamızın mövqelərini daha da gücləndirəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!