15 Sentyabr 2023 15:35
400
İQTİSADİYYAT
A- A+

Regionda kibertəhlükəsizliyin daha səmərəli təmin olunması TDT-yə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsini şərtləndirir  

 

Regionda kibertəhlükəsizliyin daha səmərəli təmin olunması Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsini şərtləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov Qazaxıstanın Almatı şəhərində keçirilən və 3 mindən çox yerli və xarici mütəxəssis və ziyarətçinin iştirak etdiyi “KazHackStan 2023 – Turan 2023” konfransında sessiyada çıxış edərkən deyib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə tədbirdə iştirak edən AKTA sədri plenar sessiyada təqdimatla çıxış edərək? iştirakçıları Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi barədə məlumatlandırıb və kibertəhlükəsizliyin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması məqsədilə hüquqi, təşkilati və texniki sferalarda ölkəmizdə atılmış addımlar barədə məlumatlandırıb.

Ölkəmizin yeni qəbul olunmuş informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiyasının əsas komponentləri, həmçinin beynəlxalq reytinqlərdəki mövqeyimiz, habelə müvafiq sahədə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə həyata keçirilmiş fəaliyyətə dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə də, regionda kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması məqsədilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin önəmi AKTA sədri tərəfindən qeyd olunaraq, bu istiqamətdə də artıq bir sıra dəstəkverici addımların atıldığı bildirilib.

Daha sonra E.Balacanov tərəfindən ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması sahəsində əldə edilmiş təcrübəyə dair konfrans iştirakçılarının sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video