24 Sentyabr 2022 00:45
867
DÜNYA
A- A+
Rəcəb Tayyib Ərdoğan: "Türkiyə beynəlxalq hüquq çərçivəsində prinsipial və ədalətli mövqe tutur"

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə beynəlxalq hüquq çərçivəsində prinsipial və ədalətli mövqe tutur"

 

BMT-nin 77-ci Baş Assambleyasında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrora qarşı hər cür tədbiri görməyə qadir olduğunu və nə lazımdırsa, onu etməkdən çəkinməyəcəyini vurğulayıb.
Türkiyə lideri BMT-nin daha ədalətli dünya nizamı üçün həll yolları yarada biləcək ortaq iradəni bir araya gətirən təşkilat olaraq yenidən qurulmasının vacibliyini vurğulayıb. O bildirib ki, Təhlükəsizlik Şurasının daha effektiv, demokratik, şəffaf və hesabatlı struktura çevrilməsi rifah və ədalət axtarışında mühüm dönüş nöqtəsi olacaq. 
Suriyada davamlı həll yolunun tapılmasının vacibliyini vurğulayan Ərdoğan bildirib ki, bu, həllin tapılmaması bölgədəki etibar və sabitliyi, həmçinin Suriyanın ərazi bütövlüyünü daha da təhdid edir. 
Prezident həmçinin deyib ki, Türkiyənin təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı terror aktları törədən PKK və onun törəmələrinə rəsmi Ankara biganə qala bilməz. "Bu terror təşkilatını ad dəyişikliyi kimi hiylələrlə qanuniləşdirməyə çalışanları terrorçuları silahlandırmaq və dəstəkləməkdən əl çəkməyə dəvət edirik"-, deyən Ərdoğan vurğulayıb. 
Türkiyədə bölgələrində 100 min briket evi tikdiklərini və 1 milyon suriyalının öz torpaqlarında yaşamasını təmin edəcək 200 min evin tikintisi üçün hazırlıqlara başlanıldığını bildirən Rəcəb Tayyib Ərdoğan 13 ayrı mərkəzdə və kənd yerlərində təhlükəsiz zonalarda inşa ediləcək bu layihənin reallaşması üçün beynəlxalq dəstəyə ehtiyac olduğunu vurğulayıb: "Qaçqın böhranını özlərinə daha yaxşı gələcək təmin etmək üçün yola çıxan günahsız insanların qayıqlarını batırıb onları ölümə tərk etməklə, sərhədlərə divar çəkməklə, insanları həbs düşərgələrinə salmaqla həll etmək olmaz".
Rusiya-Ukrayna münaqişəsinə də toxunan Türkiyə Prezidenti deyib ki, epidemiyadan ağır zərbə alan qlobal iqtisadiyyat bu münaqişə ilə yeni şok dalğasına məruz qalıb. Müharibə ərzaq təhlükəsizliyini də riskə atıb: "Maddi və texnoloji imkanların ən yüksək həddə çatdığı XXI əsrdə dünya əhalisinin beşdə birinin hələ də aclıqdan əziyyət çəkdiyini izah etmək mümkün deyil". 
ABŞ-a səfərinin sonunda Ərdoğan Nyu Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırıb. 
Türkiyə Prezidenti bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması istiqamətində səylər davam edir. Türkiyə bu istiqamətdə, beynəlxalq hüquq çərçivəsində prinsipial və ədalətli mövqe tutub. Qardaş ölkə əvvəldən dialoq və diplomatiyanın gücünə inanıb və bunu sübut etməyə çalışıb. 
Rəcəb Tayyib Ərdoğan hesab edir ki, başda BMT olmaqla, eyni təşəbbüs sərgilənməli və problemin həlli üçün daha çox səy göstərilməlidir. Lakin təəssüf ki, BMT nə münaqişəyə son qoya, nə də yaranan enerji və ərzaq böhranlarını həll edə bilir. 
Türkiyə liderinin fikirincə, taxıl dəhlizi mövzusunda səy göstərməsi BMT-yə etibarı bir az artırıb. Amma bu təşkilat münaqişənin bitməsi üçün daha çox səy göstərməlidir: "Bu, təkcə mənim deyil, bütün dünya ölkələri başçılarının birgə çalışmaları ilə həyata keçirilməli prosesdir. Hər kəs bu kanalı gücləndirməlidir". 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!