19 Avqust 2026 17:19
199
DÜNYA
A- A+
Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib


Andriy Sibiqanın  xarici işlər naziri vəzifəsinə namizədliyi də təsdiqlənib


Ali Rada üzvləri Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Yevgeni Xmaranı ölkənin yeni müdafiə naziri təsdiq ediblər. Ukrayna Prezidenti Volodimir Zelenski iyulun ortalarında müdafiə naziri Mixaylo Fyodorov da daxil olmaqla bütün hökumətin vəzifədən alınmasından sonra Xmaranı Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinin icra etməyi tapşırmışdı.

Parlamentin 312 üzvü Yevgeni Xmaranın müdafiə naziri təyin olunmasının lehinə, 2-si isə əleyhinə səs verib.

Ukrayna mediasının məlumatına görə, Radada çıxış edən Xmara cəbhənin gücləndirilməsini, insan kapitalının qorunmasını və müdafiə sənayesinin inkişaf etdirilməsini əsas prioritetləri arasında adlandırıb.

Ali Rada Andriy Sibiqanın Ukraynanın xarici işlər naziri vəzifəsinə namizədliyini də təsdiqləyib. Ukrayna Ali Radasının 266 üzvü A. Sibiqanın yenidən nazir təyin olunmasının lehinə səs verib.

Namizədliyi ilə bağlı səsvermədən əvvəl Radada çıxış edən A.Sibiqa ədalətli sülhü və Ukraynanın Aİ və NATO-ya qoşulmasını Ukrayna diplomatiyasının prioritetləri kimi gördüyünü bildirib: "Müharibəyə son qoymaq üçün döyüş meydanında və danışıqlar masasında gücə ehtiyacımız var. ABŞ-nin iştirakı, Avropanın fəal rolu, yeni dəstək paketləri... Müttəfiqlərimizlə mümkün qədər çox əlaqə quracağıq".


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ 

15:25
19 Avqust

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

15:20
19 Avqust

Qlobal müharibələr və anomal istilər ərzaq qiymətlərini bahalaşdırır

15:00
19 Avqust

Yaş artdıqca yerişin çətinləşməsinin səbəbi məlum olub

14:55
19 Avqust

“Washington Post”: Pentaqon Fars körfəzindəki hərbi iştirakını azaltmağı nəzərdən keçirir

14:50
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!