Qurban Qurbanov: “ Bütün gücümüzü meydanda qoyacağıq ”
“Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib: “Çox ciddi rəqibə qarşı oynayacağıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq. “Molde” son vaxtlar meydanda ən intizamlı oyun göstərən rəqiblərimizdən biridir. Boşluq verməyi xoşlamırlar. Üç il əvvəl qarşılaşdığımız “Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar”.
O, azarkeşləri uğurlu nəticə ilə sevindirmək istədiklərini söyləyib: “Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah da bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.
Baş məşqçi zədəli müdafiəçi Bəhlul Mustafazadənin durumuna aydınlıq gətirib: “Bəhlulun durumu ilə bağlı yəqin ki, oyuna kimi məlumat verilməyəcək. Hələ ağrıları var. Dünəndən bu günə qədər fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir”.
Xatırladaq ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb
04 Dekabr
Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb...
04 Dekabr
BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib
04 Dekabr
COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub...
03 Dekabr
Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək...
03 Dekabr
Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək
03 Dekabr
Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq
03 Dekabr
Sabah paytaxtda şimal-qərb küləyi əsəcək
03 Dekabr
İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik
03 Dekabr
Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb...
03 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!