Qubadlılılar igid oğulları ilə fəxr edirlər
Qarabağ savaşı başlayanda minlərlə Azərbaycan övladı vətən torpaqları uğrunda ölüm-qalım mübarizəsinə qalxdı. Onlardan biri də Əlövsət Vəliyev idi.
Əlövsət Cəfərxan oğlu Vəliyev 1968-ci il dekabrın 15-də Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. Uşaqlıqdan elmə, təhsilə marağı olduğuna görə orta məktəbdə fərqlənənlərdən idi. Rayon və respublika olimpiadalarında iştirak edən Əlövsət oxuduğu təhsil müəssisəsinə əməlli-başlı ad-san qazandırmışdı.
"Hamı yaxşı şagirddən söhbət düşəndə onu göstərirdi” deyə qardaşı Əbülfət xatırlayır. Əlövsət bütün fənləri öyrənirdi. Deyirdi ki, adam hər şeydən xəbərdar olmalıdır. Çünki elmlərin çoxluğu səni həmişə irəli aparacaq.
1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olur. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət vətənə dönəndə ermənilərin torpaq iddiaları artıq başlamışdı.1992-ci ilin may ayında milli ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünü təcrübəli tankçı kimi göstərir. Əlövsət Vəliyevin həm də qorxmaz və cəsarətli bir igid olması döyüş yoldaşlarına onu bir daha sevdirir. Bu cəsarətli insanın təkcə özünü deyil, hətta onun tankını belə Qubadlının bütün sərhəd kəndlərində çox gözəl tanıyırdılar. Onun tankı sonralar Zəngilan, Laçın, Cəbrayıl və Füzuli rayonlarına qədər gedib çıxır. Bu bölgələrdə uğurlu döyüş əməliyyatları keçirən Əlövsət Vəliyevi bir müddət sonra tankçılar arasında komandir kimi qəbul edənlər gündən-günə çoxalır.
Əlövsətin komandiri Dağbəyi Məhyəddinov onun şücaətindən söhbət açaraq bildirdi ki, tankı idarə etmək asan məsələ deyil. Döyüşə girməmişdən əvvəl xəritə ilə taktikanı müzakirə edərdik. Həmişə ağıllı məsləhətləri ilə seçilərdi Əlövsət. Əsgərlər tankın hansısa detalının təmirini ondan öyrənərdilər.
1993-cü il mayın 26-da Əlövsət 706 saylı hərbi hissənin 3-cü taborunun tağım komandiri təyin edildi. 706 saylı hərbi hissənin kəşfiyyat rotasından Əlövsət Vəliyev haqqında verilən arayışda yazılırdı: "1992-ci ilin may ayında Laçın işğal olunandan sonra Aşağı və Yuxarı Cicimli, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası, Mazutlu kəndlərinin müdafiəsində Əlövsət öz tankı ilə bütün döyüşlərə birinci atılmış, düşmənin 25-30 may hücumları zamanı xeyli canlı qüvvəsini, bir PDM-i məhv etmişdi”.
1993-cü il avqustun 15-də Qubadlı rayonu ağır günlərini yaşayırdı. Yerli qüvvələrlə birlikdə Əlövsət Vəliyevin tankçıları da gecə-gündüz ara vermədən döyüşlər aparır, düşmən hücumlarının qarşısını almağa çalışırdılar. Erməni qoşun birləşmələrinin irimiqyaslı hücumları isə daim davam edirdi. Bu döyüşlər zamanı cəsur tankçı Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar göstərir. Düşmənin bir neçə texnikasını məhv edən bu igid mərmi bitdikdən sonra öz tankını tərk etmir. Tankı erməni quldurlarının üzərinə yönəldir, son məqamda o, öz döyüş maşınını düşmən tankına çırpıb, hər iki texnikanı hərəkətsiz hala salaraq qəhrəmanlıqla həlak olur.
O illər artıq arxada qalıb. Bu gün də qubadlılılar öz canını doğma torpaq uğrunda fəda etmiş övladını unutmur. Onların ailə üzvlərinə qayğı ilə yanaşılır, problemləri vaxtında həll edilir. Bu günlərdə Hafiz Quliyev adına Qubadlı rayon Çaytumas kənd məktəb liseyində şəhid Əlövsət Vəliyevin anım tədbiri keçirilib.
YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev tədbirdə çıxış edərək bildirib ki, şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirləri bunun bariz nümunəsidir. Qubadlı rayonu Qarabağ müharibəsində 238 şəhid verib. Onlardan 11 nəfərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Mərasimdə Əlövsət Vəliyevin keçdiyi şərəfli döyüş yollarından və göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb. Yaxınları və döyüş yoldaşları onun göstərdiyi igidliyin heç zaman unudulmayacağını bildiriblər.
Suraxanı rayonunda 70 saylı uşaq bağçası şəhidin adını daşıyır. Onun xatirəsinə "Əfsanəvi Tankçı” adlı kitab çap olunub.
Akif ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!