22 Sentyabr 2025 15:09
357
İQTİSADİYYAT
A- A+
Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib  

Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib  


Qobustan rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festival fermerlərin keyfiyyətli toxum materialları ilə təmin edilməsinə, bölgədə kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına və aqrar sahədə davamlı inkişafın təşviqinə xidmət edir.

Yarmarkada Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları, eləcə də dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Yarmarka çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, mütəxəssislərin fermerlərin diqqətinə torpaq və iqlim xüsusiyyətlərinə uyğun toxumların seçilməsinin əhəmiyyəti çatdırılıb.

Bildirilib ki, bu bölgə üzrə “Lider”, “Ləyaqətli-80”, “Yubiley-90”, “Gaudio”, “Maurizio”, “Lucilla” yumşaq buğda sortları, eləcə də “İdra”, “Dəyanətli” və “Finola” arpa sortlarının istifadəsi məqsədəuyğundur. Qeyd olunub ki, bu toxumlar yüksək məhsuldarlıq potensialı ilə yanaşı, bölgənin aqroiqlim şəraitinə uyğunlaşma qabiliyyəti ilə seçilir və bu da fermerlərin daha sabit və qənaətbəxş nəticələr əldə etməsinə imkan yaradır.

Fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlı toxumları təqdim olunmaqla yanaşı, əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları və torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi barədə ətraflı məlumat verilib. Həmçinin festival çərçivəsində “EMA Agro” şirkətinin aqronom mütəxəssisi tərəfindən fermerlərə “Dənli bitkilərin əkin qabağı mühafizəsi qaydaları” mövzusunda təlim keçilib. Təlimdə düzgün toxum hazırlığı və əkindən öncə profilaktik tədbirlərin görülməsi və məhsul itkisinin əhəmiyyətli dərəcədə təsiri barədə məlumat verilib.

Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov kənd təsərrüfatının bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür festivallar fermerlərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onlara bazar imkanlarına çıxış və dövlətin dəstək proqramlarından daha səmərəli istifadə imkanı qazandırır. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında Aqrar Biznes Festivallarının artıq ənənəvi xarakter aldığını və bölgələrdə dövlət-özəl əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O, bu tədbirlərin fermerlərin yeni texnologiyalar və innovativ yanaşmalarla tanışlığı baxımından əhəmiyyətini qeyd edib.

Tədbir iştirakçıları sərgi stendlərinə baxış keçirərək təqdim olunan toxum sortları və müxtəlif aqrar məhsullarla tanış olublar. Fermerlərə dövlət dəstəyi, subsidiyalar, yeni əkinçilik texnologiyaları barədə geniş məlumat verilib.

Qobustanda təşkil olunan yarmarka ölkənin müxtəlif bölgələrində keçirilən toxum sərgi-satış tədbirlərinin davamıdır və cari ildə 10-dan artıq rayonda belə tədbirin reallaşdırılması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!