18 Mart 2023 19:09
1006
CƏMİYYƏT
A- A+
QMİ sədri: Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır  

QMİ sədri: Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır  

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC -a verilən məlumata görə, təbrikdə şeyxülislam qədim, mübarək bayram olan Novruz münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-taaladan səadət və rifah, xoş əhvali-ruhiyyə və bayram sevinci diləyib. Qeyd edib ki, Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirib. Bu gün varlığımız və salamatlığımız üçün Uca Yaradana həmd-səna edən bizlər Novruzu Allahın böyük lütfü - təbiətlə insanın əbədi təkamülünün başlanğıc günü kimi dəyərləndiririk.

Şeyxülislam təbrikində, həmçinin bildirib: “Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına, azad Qarabağa Böyük qayıdışımıza rəvac verir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yürütdüyü müzəffər dövlət siyasətində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür və bu uğurlu inkişaf yolunu təqdir edir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə, islami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını tərənnüm edir. Bu mübarək günləri, Cıdır düzündə bayram tonqallarının qalanmasını bizə, bütün xalqımıza yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk!”.

A.Paşazadə diqqətə çatdırıb ki, Uca Allahın inayəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti, şanlı Azərbaycan Ordusunun şücaəti, şəhid və qazilərimizin qəhrəmanlığı, bütövlükdə isə xalq və dövlət birliyi sayəsində qazanılan bu Zəfərdən sonra azad edilmiş torpaqlarımızda bu gün yeni həyat qurulur. Tarixi Qələbəmizin yaratdığı reallıqlar və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması cəmiyyətimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın da dədə-baba yurdlarına dönəcəyi ilə bağlı böyük inam yaradıb. Bu inam onların qəlbində qubar bağlayan torpaq və yurd həsrətinə son qoyulacağının təsəllisinə, Vətənə qayıdış arzusunun dirçəlişinə çevrilməkdədir. Bu gün Qərbi azərbaycanlılar, onların yaxınları, övladları, nəvələri əzəli yurd yerlərinə qayıtmağa, əcdadlarının ermənilər tərəfindən dağıdılan məzarlarının, vaxtilə dədə-babalarının Allaha ibadət yeri olmuş və sonradan ermənilər tərəfindən dağıdılmış məscidlərin yerləşdiyi torpaqları ziyarət etmək arzusunun gerçəkləşəcəyinə ümidləri artıb. Bu, onların həm tarixi, həm mənəvi, həm də insani haqqıdır.

“Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsini bu əziz Novruz günlərində rəhmət duaları ilə yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-taaladan şəfaət və səadət diləmək vəfa borcumuzdur. Milli-mənəvi dəyərlərimizi yüksək dəyərləndirən Ulu Öndərimizi - bu il anadan olmasının 100 illiyini qeyd edəcəyimiz Heydər Əliyevi rəhmətlə yad edirik. Biz Qarabağda dalğalanan Azərbaycan Bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq. Həmçinin elimizin qədim adətinə görə, bayram ərəfəsində dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini möhkəmlətmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir”, - deyə QMİ sədri qeyd edib.

Şeyxülislam bildirib ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək, il Dovşan bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd ediləcək.

A.Paşazadə Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükür duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edib, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıb. “Allahdan diləyim budur ki, öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlət rəhbərimizi böyük zəfərlərlə mükafatlandırsın, bayrağımızı hər zaman uca məqamlara qaldırsın, ordumuzu daima güclü və müzəffər etsin! Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun!”, - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!