14 Sentyabr 2024 08:25
506
İQTİSADİYYAT
A- A+
Qlobal məsələlərin həllində Azərbaycan əsas ölkələrdən sayılır

Qlobal məsələlərin həllində Azərbaycan əsas ölkələrdən sayılır

 

Bir çox beynəlxalq tədbirlərin təşkili səviyyəsi, tətbiq edilən yeni yanaşmalarla bütün dünya üçün üstün meyarlar formalaşdıran Azərbaycan bu ilin noyabrında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, qısaca desək, COP29 kimi mötəbər tədbirə hazırlıq prosesində yenə öz ənənələrinə sadiqdir. 
Ölkəmizin COP29-a sədrliyi çərçivəsində "Bakı Qlobal İqlim Şəffaflığı Platforması"nın yaradılması təşəbbüsünün reallaşdırılması buna parlaq nümunə sayıla bilər. Bir neçə gün əvvəl geniş ictimaiyyətə təqdim olunmuş bu təşəbbüs iqlim şəffaflığı məsələlərinə son dərəcə böyük faydalar verəcək. Təşəbbüsün BMT səviyyəsində də təqdir edilməsi Azərbaycanın gördüyü bu işin perspektivlərinə böyük inamdan irəli gəlir. 
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell Bakı Qlobal İqlim Şəffaflığı Platformasının fəaliyyətə başlamasını alqışlayıb. Bütün bunlar Azərbaycanın artıq qlobal problemlərin həllində əsas ölkələrdən biri olduğunu, ölkəmizin bəşəriyyətin gələcəyi naminə tapdığı həllərin effektivliyini göstərir.  

 

Hesabatlarda şəffaflığın təminatı vacib şərtdir

 

Bakı Qlobal İqlim Şəffaflığı Platformasının kifayət qədər aydın məqsədləri var. İqlim şəffaflığı üzrə qlobal əməkdaşlığı mümkün qədər gücləndirmək, ölkələr arasında etimad mühiti yaratmaq və inkişaf etməkdə olan dövlətlərə İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanmasında dəstək göstərmək bu məqsədlərə daxildir. 
Bu məqsədlərə çatmaq niyə bu qədər mühümdür - sualına cavab tapmaq üçün yaxın tarixə kiçik bir ekskurs edərək 2015-ci ildə imzalanmış Paris Sazişini xatırlatmaq yerinə düşər. Həmin sazişə qoşulmuş ölkələr bu sənədi iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq və qlobal temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq, eyni zamanda iqlim dayanıqlılığını yüksəltmək, həmçinin maliyyə axınlarını müəyyən edilmiş məqsədlərə uyğunlaşdırmaq üçün imzalamışlar.  
Sazişdə irəli sürülən hədəflərin hər biri özlüyündə əhəmiyyətlidir və qlobal iqlim problemlərinin həllinə hesablanıb. Amma nəzərə alaq ki, təkcə sazişlər imzalamaqla, həmin sənədlər əsasında öhdəliklər götürməklə iş tamamlanmır. Ölkələrin bu öhdəliklərə necə əməl etmələri barədə mütəmadi hesabatlar da burada çox vacibdir. Şəffaflıq isə bu hesabatlarda ən mühüm amildir. Emissiyaların azaldılması, dayanıqlığın qurulması, maliyyə, texniki və potensialın artırılması istiqamətində ölkələrin əldə etdiyi irəliləyişi izləmək üçün şəffaflıq hesabatları əsas göstərici rolunu oynayır. Bu şəffaflığı təmin etmək məqsədilə Paris Sazişi çərçivəsində Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi yaradılmışdır. İnkişaf etməkdə olan dövlətlər bu il COP29 zamanı İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim edəcəklər. 
Bu hesabatlar ölkələrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün əlavə dəstəyin lazım olmasını müəyyən etməyə kömək göstərir. Ayrı-ayrı tərəflərin ümumi sistemə olan etimadını, sistemin tərkib hissəsi kimi məsuliyyətini artırır, hesabatlılıq mədəniyyətini gücləndirir, ölkələrin öz zəif tərəflərini görüb onların aradan qaldırılması üçün daha doğru qərarlar qəbul etmələrinə yardım edir. Eyni zamanda qarşıya düzgün hədəflərin qoyulmasına, potensialın artırılmasından ötrü xarici dəstəyin cəlbinə kömək göstərir. Bu cür hesabatlar daxili siyasətin formalaşdırılması üçün məlumat mənbəyi kimi də çox əhəmiyyətlidir. Müntəzəm hesabatlılıq məqsədlərə doğru ümumi yoldakı irəliləyişləri inkişafı daha yaxşı anlamaq üçün də bir aynadır.

 

Ölkəmiz götürdüyü öhdəliklərə sadiqdir

 

Bu baxımdan "Bakı Qlobal İqlim Şəffaflığı Platforması"nın yaradılması təşəbbüsü son dərəcə mühüm əhəmiyyət daşıyır. Platforma Paris Sazişinin Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi və UNFCCC əsasında geniş bir resurs kimi formalaşdırılıb. Bu zaman davamlı hesabatlığın bütün aspektləri nəzərə alınaraq əhatə olunub. Platforma şəffaflıq təşəbbüsləri və inkişaf etməkdə olan ölkələrin səyləri barədə qlobal icmalı təqdim edir. Hər bir istifadəçi bu platformaya müraciət edərək ən son inkişaf yenilikləri, tədbirlər, layihələr barədə ətraflı məlumatlar əldə edə, biliklərini genişləndirə bilər. Bu platformanın köməyi ilə istənilən inkişaf etməkdə olan ölkə, dəstək təminatçıları və şəffaflıq layihələri haqqında da ətraflı məlumatlar əldə etmək mümkündür. 
Qlobal İqlim Şəffaflığı Platforması məlumatların fəal, çevik şəkildə mübadiləsi üçün mötəbər mərkəz rolunu oynayır. Şəffaflığa dəstək təminatçıları arasında koordinasiyanı gücləndirir. Eyni zamanda ölkələrə Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin müxtəlif sahələrində spesifik ehtiyaclarına uyğun birbaşa dəstək almaq imkanı da qazandırır. Belə bir imkan şəffaflıq səylərinin gücləndirilməsinə və qlobal əməkdaşlığın artırılmasına çox mühüm töhfədir. 
Qlobal İqlim Şəffaflığı Platforması təşəbbüsünü reallaşdıran ölkə kimi Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində üzərinə götürdüyü öhdəliklərə də sadiqdir və bununla çoxlarına nümunədir. Azərbaycan bununla bağlı aydın milli hədəflərə malikdir. Verilən məlumatlara görə, ölkəmiz 1990-cı illə müqayisədə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bu məqsədlər qlobal iqlim dəyişikliyi ilə mübarizədə ölkənin fəal iştirakını, məsuliyyətini, ciddi öhdəliklərini nümayiş etdirir. 

 

Azərbaycan ədaləti təmin edir

 

Azərbaycanın təşəbbüsü ilə İqlim Maliyyəsi Fondunun yaradılması da son dərəcə təqdirəlayiq bir addımdır. Belə bir fondun fəaliyyətə başlaması yeni maliyyə mexanizminin formalaşmasına şərait yaradacaq. Bu mexanizm vasitəsilə qrant-əsaslı maliyyələrin ayrılması nəzərdə tutulur. Hazırda ölkəmiz bu məqsədlə 1 milyard dollar məbləğində vəsaitin toplanması üçün addımlar atır. Əsas niyyət iqlim dəyişikliyindən ən çox əziyyət çəkən və yoxolma təhlükəsi ilə qarşı-qarşıya qalan kiçik ada dövlətlərinin dəstəklənməsidir. Bu təşəbbüsün həyata keçirilməsi iqlim dəyişikliyinə qarşı mübarizədə daha ədalətli və əlçatan maliyyə yardımının təmin olunmasına xidmət edəcəkdir.
Hazırda müvafiq sahə üzrə mövcud maliyyələşmə mexanizmlərinin ədalət prinsiplərinə tam uyğun gəlmədiyini nəzərə alsaq, Azərbaycanın İqlim Maliyyəsi Fondunun yaradılması təşəbbüsünün də nə qədər vacib və vaxtında irəli sürülmüş təşəbbüs olduğunu görərik. COP29 Təşkilat Komitəsinin məlumatlarına görə, hazırda iqlim maliyyəsi əsasən üç böyük fond vasitəsilə təmin edilir. Bunlar "Yaşıl İqlim" Fondu (Green Climate Fund), Adaptasiya Fondu (Adaptation Fund), İtki və Zərər Fondudur (Loss & Damage Fund). Onlar da vəsaitləri daha çox inkişaf etmiş ölkələrə yönəldirlər. Bu vəsaitlərə çıxış əldə etmək üçün müraciət edən təşkilatlar uzun və mürəkkəb akkreditasiya (Direct Access Entity - DAE) prosesindən keçməlidir. Müraciət edən tərəfin detallı layihə təklifi hazırlaması, bu fondlarda birgə maliyyələşmə tələbi, mürəkkəb sənədləşmə prosedurları və s. də məsələni uzadan amillərdəndir. Məlumatlara görə, bunun nəticəsidir ki, məsələn, "Yaşıl İqlim" Fondu indiyədək dünyada ən az inkişaf etmiş 37 ölkədən yalnız 16-na maliyyə ayıra bilmişdir. Eritreya, Somali, Yəmən kimi maliyyə resursları və layihə yazma bacarıqları zəif olan ölkələr bu dəstəkdən kənarda qalmışdır. Halbuki bu ölkələr qazıntı yanacaqlarına malik olmadıqları üçün iqlim dəyişikliyinə görə ən az məsuliyyət daşıyır, amma onun fəsadlarından - daşqınlar, tufanlar, istiləşmə, su qıtlığı və ərzaq çatışmazlığı kimi problemlərdən ən çox əziyyət çəkən ölkələrdir. Bu da iqlim maliyyəsinə çıxış imkanlarında ədalətsizliyi artırır.
Azərbaycanın irəli sürdüyü təşəbbüslər isə belə ədalətsizliklərin aradan qaldırılmasına xidmət edir, ölkəmizin iqlim dəyişiklikləri mübarizə sahəsində nə qədər detallı strateji baxışa, hazır həllərə malik olduğunu nümayiş etdirir. Azərbaycan qlobal məsələlərin həllinə güclü təsir imkanlarına malik dövlət kimi dünyanın bu günü və gələcəyinə real fayda verir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

SEC İlon Maska qarşı məhkəmə iddiası irəli sürüb

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!