30 Noyabr 2023 11:05
2777
Səhiyyə
A- A+
Qızılcanın yaşı "böyüyür"

Qızılcanın yaşı "böyüyür"

 

Bu xəstəlik uşaqlarla bərabər, gənclər və yaşlılar arasında da yayılır

 

Yoluxucu xəstəliklər hazırda dünyanın ən qlobal problemlərindən birinə çevrilib. Bu xəstəlikləri törədən virus və bakteriyalar orqanizmə hava-damcı, su və qida vasitəsilə, xəstə insanların əşyalarından istifadə etməklə daxil olur.
Son həftələr əhali arasında, yüksək yoluxma riskinə malik qızılca xəstəliyinə yoluxanların sayında artım müşahidə olunur.

 

Cəmi 8 ayda 284 qızılca hadisəsi qeydə alınıb

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib. Səhiyyə Nazirliyinin məlumatına görə, 2014-cü və 2018-ci illərdə ölkə ərazisində qızılca infeksiyasının 2 kiçikmiqyaslı alovlanmasının qeydə alınmasına baxmayaraq, həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qısa müddət ərzində bu hal dayandırılıb.
Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir. Eyni zamanda tələbələr arasında da qızılcaya yoluxma hallarının qeydə alındığı bildirilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb.
Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olmasıdır. Bu da əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə, qapalı müəssisələrdə sıx təmas nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olması nəzərə alınaraq, bütün ölkə ərazisində profilaktik peyvənd işi gücləndirilib. Eyni zamanda yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb. Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır.
Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq.

 

Profilaktik tədbirlər önəmlidir

 

Həkim-infeksionist Aytən Ziyadova deyir ki, son günlər qızılcaya yoluxma sayında artım müşahidə olunur: "Eyni dalğa 2018-ci ildə də müşahidə edilmişdi. Xəstəliyin artma səbəbi uşaqların COVID-19 pandemiyası zamanı peyvənddən kənar saxlanılmasıdır. Hər bir uşaq bu virusu evinə daşıyır. Böyüklərin yoluxması da əsasən bunun hesabına baş verir".
A.Ziyadova qızılcanın qripəbənzər əlamətlərlə başlasa da, özünü spesifik əlamətlərlə büruzə verdiyini qeyd edir: "Qızdırmanın ilk günlərində ağızın içində yaraların əmələ gəlməsi qızılca diaqnozunu qoymağa əsas verir. Amma hərarətin davam etdiyi növbəti günlərdə qırmızı səpgilər ilk növbədə baş nahiyəsindən başlayaraq ardıcıllıqla yuxarı ətraflara, qarın bölgəsinə və aşağı ətraflara yayılır. Ləkələrin solğunlaşması da eyni ardıcıllıqla davam edir".
İnfeksionist qeyd edir ki, hər bir xəstəlikdə olduğu kimi qızılcada da profilaktik tədbirlərin görülməsi önəmlidir: "İmmunitetin gücləndirilməsi mütləqdir. Qızılca hava-damcı yolu ilə yoluxan xəstəlik olduğu üçün insanların sıx olduğu yerlərdə asanlıqla yayılır. Buna görə də əl gigiyenasına nəzarət etmək, qapalı məkanlardan uzaq durmaq, tibbi maskalardan istifadə etmək tövsiyə olunur".

 

Qızılcadan qorunmanın yeganə yolu peyvənddir

 

Həkim-infeksionist bildirir ki, ağırlaşmaların müşahidəsinə görə belə qənaətə gəlinir ki,  qızılca təhlükəli yoluxucu infeksiyalar sırasındadır: "Xəstəlikdən qorunmanın yeganə yolu isə peyvənddir. Uşaqlara 2 dəfə olmaqla 1 və 6 yaşlarında müvafiq olaraq Qpm 1 və Qpm 2 (qızılca, parotit, məxmərək), böyüklərə isə yalnız qızılca peyvəndi vurulur. Əgər peyvəndlər zamanında yaşa uyğun olaraq vurulmayıbsa, 1 ay fasilə ilə hər iki doza qəbul edilə bilər".
Peyvənddən sonra arzuolunmaz hallar, yan təsirlər çox nadir hallarda müşahidə edilə bilər. Xüsusilə zəif hərarət ola bilər ki, mütəxəssis bunun peyvənddən yayınmağa əsas vermədiyini bildirir. Xroniki xəstəliyi olanlar xüsusilə risk qrupundadır. Ailə üzvləri arasında xroniki xəstəliyi olanlar vaxt itirmədən peyvənd olunmalıdırlar.
"Peyvəndin vaxtında vurulması antikorların yüksək səviyyədə yaranmasına kömək edir. Qızılca xəstəsi ilə təmas olunduğu təqdirdə, ilk 72 saatda peyvənd vurdurmağı tövsiyə edirik. Bu infeksiya xəstəliyi qripdən 6 dəfə çox yoluxucudur. Peyvənd olunanda belə, yoluxma riski var. Ancaq peyvənd olunan şəxslər bu xəstəlikdən həyati təhlükə olmadan sağala bilərlər. Kliniki nəzəri məlumatlara əsasən, qızılca ilə yoluxan xəstələrdə antikorlar yaranır. İstisna hallarda isə xəstəliyi zəif keçirənlərdə ilk dəfə antikor yaranmadığı halda qızılcaya təkrar yoluxma ola bilər", - deyə A.Ziyadova vuğulayır.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!