04 Avqust 2024 09:33
466
İDMAN
A- A+
"QIZIL OĞLANLAR"

"QIZIL OĞLANLAR"

 

Dünya və Avropa çempionu olan cüdoçularımız həm də Olimpiya Oyunlarında qalib gəldilər

 

Cüdo ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından ön sıralarda dayanır. Tarixi kökü olan bu idman növü Azərbaycanda da inkişaf etməkdədir. Azərbaycan cüdo məktəbinin yetirmələri olan Olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi və ən çox ehtiyat edilən idmançılar sayılırlar. Yəni cüdoçularımız iştirak etdikləri müxtəlif turnirlərin favoritləri sırasında göstərilirlər.

Fransada təşkil olunan XXXIII Yay Olimpiya Oyunlarında medal gözlədiyimiz idman növlərindən biri də cüdo idi. Sevindirici haldır ki, başa çatan cüdo yarışlarının yekununda Hidayət Heydərov və  Zelim Kotsoyev ölkəmizin aktivinə qızıl medallar yazdırdılar. Maraqlısı odur ki, cüdoçularımız iki il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olmaqla "qızıl het-trik"ə imza atdılar.

Parisdə ilk olaraq Hidayət Heydərov medal həsrətinə son qoydu. Dünya çempionumuz kolleksiyasına daha bir medal əlavə etdi. Özü də finalda fransalı həmkarını məğlub etməklə...

73 kiloqram çəkidə mübarizə aparan dünya reytinqinin birincisi Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, mərhələ adlayıb.

H.Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda   kosovalı Akil Qyakova ilə üz-üzə gəlib. Bu mərhələdə də rəqibini üstələyən cüdoçumuz adını finala yazdırıb. Həlledici mərhələdə isə rəqib fransalı Joan-Benjamin Qaban idi. Çətin keçən qarşılaşmada rəqibinə ippon fəndi ilə qalib gələn Hidayət Olimpiya çempionu oldu. Bununla da, Hidayət Heydərov bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olmaqla "qızıl het-trik"ə imza atmış oldu.

Növbəti qürur dolu anları Azərbaycana cüdoçumuz Zelim Kotsoyev yaşadıb. Belə ki, təmsilçimiz Fransanın paytaxtı Parisdə növbəti qızıl medalı qazanaraq, Dövlət himnimizi səsləndirib, bayrağımızı hamıdan yüksəkdə dalğalandırıb.

Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılan və 100 kiloqram çəki dərəcəsində yarışan Zelim Kotsoyev  1/8 finalda Polşa idmançısı Pyotr Kuçera  ilə qarşılaşıb. Təmsilçimiz ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi israilli Peter Paltçik  olub. Dünya çempionumuz bu görüşü də qalib başa vuraraq adını yarımfinala yazdırıb.

Cüdoçumuz finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız finala çıxıb. Kotsoyev çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidze ilə güləşdən qalib ayrılaraq Olimpiya çempionu adına sahib olub.

Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legionerimiz 2023-cü ilin noyabrında Avropa, 2024-cü ilin mayında isə dünya çempionu olub.

Beləliklə, Parisə 9 cüdoçu ilə yollanan Azərbaycan 2 qızıl medal qazanmaqla bu idman növündə Olimpiadanı 2-ci pillədə başa vurub. İlk sırada Yaponiya cüdoçuları qərarlaşıblar (3 qızıl, 1 gümüş, 3 bürünc).

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

SEC İlon Maska qarşı məhkəmə iddiası irəli sürüb

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!