12 Fevral 2025 09:05
411
İQTİSADİYYAT
A- A+
Qışın oğlan çağı olsa da…

Qışın oğlan çağı olsa da…


Qubada abadlıq işləri səngimir


Regionlarda reallaşdırılan vacib layihələr arasında müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin xüsusi çəkisi daha çoxdur. Bu hesaba şimal bölgəsinin seçilən rayonu Quba özünün davamlı inkişaf mərhələsini yaşayır. 

Təbii gözəllikləri ilə fərqlənən rayonda fəaliyyət göstərən təşkilatların demək olar ki, hamısının bu inkişafda payı var. Bu sırada rayonun yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi xüsusi qeyd olunmalıdır. Qısa zamanda Quba şəhərinin küçələri yenidən qurulmuş, asfaltlanmış, əsaslı və ya cari təmir olunmuşdur. Yaxşı hal odur ki, bu sahədə işlər səngimir, həcmi və coğrafiyası genişlənir. Bundan əlavə, Nizami adına Mədəniyyət və İstirahət parkında, Dədə Qorqud parkında daxili imkanlar hesabına əsaslı təmir işlərinə başlanılmışdır. Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması üçün rayon ərazisində tədbirlər görülür, o cümlədən yeni yaşıllıqlar salınır, ağacəkmə aksiyaları keçirilir.

Əhalinin kommunal xidmətlərlə - elektrik enerjisi, qaz və su ilə təchizatı sahəsində də ciddi problemlər yaşanmır. Problemin yaşanmadığı sahələrdən biri də təqaüdçülərin pensiyalarını vaxtında almaları üçün əlavə bankomatların qoyulmasıdır. İndi rayonun hətta bir neçə ucqar kəndində belə ödəmə terminalları və bankomatlar fəaliyyət göstərir.

Təhsil müəssisələrinin tikintisi istiqamətində də tədbirlər həyata keçirilir. Vəlvələ, Çiçi kəndlərində yeni məktəb binaları inşa olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Müasir tələblərə cavab verən bu təhsil müəssisələri bütün ləvazimatlarla təmin edilib. Hazırda daha bir neçə kənd məktəbi üçün yeni binaların inşası gözlənilir.  

Qubanın kəndlərinin yolları da təmir edilir. Özü də təkcə təmir olunmur, həm də yolboyu abadlıq işləri aparılır. Məsələn, Bakı-Quba avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində, İdrisiqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq yolunun ətrafında yaşıllıq zolaqları salınıb. 

Bu il də Quba şəhərində və rayonun digər ərazilərində yenidənqurma və abadlıq işlərinin, eləcə də digər istiqamətlərdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Çünki qarşıdan yaz və yay ayları gəlir. Həmin aylarda isə Quba daha çox qonaq-qaralı olur.


Akif  ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!