07 Dekabr 2024 08:15
394
SİYASƏT
A- A+
Qərbin qara “pul kisəsi”

Qərbin qara “pul kisəsi”


Nə qədər ört-basdır etməyə çalışsan da, həcmindən, fəaliyyət dairəsinin genişliyindən, ərazisinin miqyasından asılı olmayaraq, gizli, xəlvəti işlərin üstü gec-tez açılıb dünyaya yayılır. Onun açılmamasının qarşısını heç cürə almaq mümkün olmur. Günlərin birində yalanların üstünə həqiqətin işığı düşür. Sirlər açılanda isə ortaya gözlənilməyən faktlar çıxır. Həyatda da, tarixdə də belə hadisələrin şahidi çox olmuşuq. Bu tarixi ənənə yenə də öz axarı ilə bizi heyrətləndirməkdə davam edir. 

Bir müddət əvvəl "Panama sənədləri", "Pandora sənədləri" kimi səs-küylü ifşaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP), əsasən, ABŞ və bir sıra Avropa ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilməsi ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. Bu barədə Fransanın "Mediapart", İtaliyanın "Il Fatto Quotidiano", Yunanıstanın "Drop Site" və "Reporters United" nəşrlərinin birgə genişmiqyaslı araşdırmalarında, təhlili yazılarında ətraflı məlumat verilir. Ən çox maraq doğuran odur ki, diqqətləri cəlb edən bu araşdırma əvvəllər OCCRP ilə yaxından əməkdaşlıq etmiş Almaniyanın NDR ictimai teleradio şirkəti tərəfindən başladılıb. Məlum olub ki, 2014-2023-cü illərdə ABŞ federal hökuməti OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. O cümlədən OCCRP-nin yaradıldığı 2008-ci ildən indiyədək ABŞ hökuməti müstəqil qeyri-kommersiya redaksiyasına azı 47 milyon dollar ayırıb və əlavə 12 milyon dollar ayırmağa da söz verib. ABŞ-lə yanaşı, bir sıra Qərb ölkələri də bu proseslərdə sanki yarışa girərək ondan çox da geri qalmayıb. Belə ki, Böyük Britaniya, Fransa, İsveç, Danimarka və Niderland hökumətləri son 10 ildə bu təşkilata azı 15 milyon dollar məbləğində vəsait ödəyiblər. Diqqətçəkən məqam odur ki, OCCRP-nin Direktorlar Şurası da bu faktları ictimaiyyətdən gizlətmir. Direktorlar Şurası verdiyi açıqlamada ABŞ-nin onların əsas sponsoru olduğunu bildirir. Görünür ki, onun başqa yolu yoxdu, çünki faktdan qaçmaq mümkün deyil.

Gözdən pərdə asmaq, özünün müstəqil statusunu dünya ictimaiyyətinə göstərmək məqsədilə OCCRP hətta ABŞ-nin milli maraqlarına zidd olan müstəqil araşdırmalar da aparıb. Araşdırma nəticəsində Pentaqonun Suriya üsyançılarını silahlandırmaq üçün şübhəli silah tacirlərinə necə etibar etdiyini və ABŞ-nin narkotik siyasəti və miqrasiya siyasəti ilə bağlı kifayət qədər maraqlı materiallar toplayıb. Bu materialları toplamaqla təşkilat özünün heç kimdən asılı olmadığını sübut etməyə çalışıb. Sanki bu addımı ilə oxucuların gözündən pərdə asmaq istəyib. Amma göründüyü kimi, həqiqəti bu yalançı pərdənin arxasında çox gizlədə bilməyib.

Araşdırma zamanı OCCRP-nin yaradılmasının bəzi məqamlarının da üstünə aydınlıq işığı düşüb. Məlum olub ki, təşkilatın fəaliyyəti üçün ilkin maliyyə 2008-ci ildə Beynəlxalq Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə İşləri Bürosu tərəfindən daxil olub. O da ortalığa çıxıb ki, bu təşkilat üçün ayrılan qrantı USAID idarə edib. Hazırda da bu təşkilatın USAID-lə əlaqələri kəsilməyib. Həmin təşkilatın əməkdaşı Şennon Maquayr OCCRP-nin əməliyyatlarını kurasiya edir.

Araşdırmalardan həm də görünən odur ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi ABŞ tərəfindən beynəlxalq qanunlara zidd olaraq rəqiblərinə qarşı illərdən bəri silah kimi istifadə edilib. OCCRP ABŞ kəşfiyyatı tərəfindən ötürülən məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdim edib və bununla Vaşinqtonun xarici siyasətində təsir amili rolunu oynayıb. 

Müntəzəm olaraq ABŞ-dən və Qərb ölkələrindən təlimat alan OCCRP Azərbaycana qarşı həmişə birtərəfli xətt tutub, Azərbaycan həqiqətlərini dünyaya öz maraqlarına xidmət edən formada təqdim edib, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışıb. Hər addımda Azərbaycanın daxili işlərinə qarışan OCCRP, əsasən, erməni maraqlarının müdafiəçisi kimi çıxış edib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin üstündən isə həmişə sükutla keçib. 

İndiyə qədər OCCRP-nin büdcəsinin Avropa İttifaqı, Avropa ölkələri, xüsusilə ABŞ-dən aldığı vəsait hesabına formalaşdırılması, USAID-ın ermənipərəst rəhbəri Samanta Pauer tərəfindən "tərəfdaş qurum" hesab edilməsi, hazırda OCCRP-nin əməliyyatlarını USAID əməkdaşı Şennon Maquayrin kurasiya etməsi onun nəyə və kimlərə xidmət etdiyini açıq şəkildə göstərir. Adıçəkilən ölkələr həmişə Azərbaycana qarşı həm açıq, həm də gizli formada qərəzli mövqe nümayiş etdirib. Təəssüflər ki, həmin qərəzli münasibət bu gün də özünü qabarıq şəkildə göstərir.

Faktlar onu göstərir ki, OCCRP bütün ölkələrdə özlərinə əməkdaşlar "tapıb" və onların vasitəsilə "araşdırmalar" apararaq çirkin məqsədlərini həyata keçiriblər. Azərbaycanla bağlı siyasətlərini həyata keçirmək, "araşdırmalar" aparmaq üçün Xədicə İsmayıldan, daha doğrusu, onun imzasından bir vasitə kimi istifadə ediblər. X.İsmayıl sadəcə olaraq bu təşkilatın sifarişini yerinə yetirib. Çap olunan  müəyyən materiallarda yalnız imzasının istifadəsinə razılığı müqabilində pul qazanıb. OCCRP-nin "araşdırma"larının hamısı bu cür aparılıb. OCCRP Azərbaycanda yüksəksəviyyəli COP29-un keçirildiyi dövrdə də ABŞ Dövlət Departamenti tərəfindən aldığı sifarişi yerinə yetirərək yalan informasiyalar yayaraq bu mötəbər tədbirə müəyyən əngəllər törətməyə, uğurların üstünə kölgə salmağa çalışdı. Amma bu çirkin məqsədinə çata bilmədi. 

Araşdırma nəticəsində məlum olub ki, həm Dövlət Departamenti, həm də USAID rəsmi olaraq OCCRP-nin fəaliyyətinə müdaxilə etməsə də, maliyyəsi müəyyən şərtlərlə təmin olunub. OCCRP rəhbərliyi araşdırmaların bir sıra ölkələrin siyasi rejiminə təsirindən də söz açıb. "Biz yəqin ki, təxminən beş-altı ölkədə hökumət dəyişikliklərində iştirak etmişik", -  deyən Sallivan Bosniya və Herseqovina, Qırğızıstan, Çexiya və Monteneqronun adlarını çəkib.

Araşdırmada OCCRP-nin anonim baş redaktorunun bu sözləri də diqqəti cəlb edib: "Siz ABŞ hökumətindən antikorrupsiya işlərinə görə pul alırsınızsa, bilirsiniz ki, sizi təmin edən əli dişləsəniz, daha pul gəlməyəcək..." Bu sözlərdən aydın görünür ki, doğrudan da, ABŞ-də də, Qərb ölkələrində də mətbuat ağalarının pul kisələrindən asılıdır. Ona görə də onların yazdıqlarına o qədər də inanmaq lazım deyil.

  

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!