07 Fevral 2026 10:05
1612
Mədəniyyət
A- A+
Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər


Qərbi Azərbaycan İcması Gənclər Şurası təşkilatlandığı günlərdən respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində yaşayan Qərbi Azərbaycanəsilli ailələri təmsil edən gənc oğlan və qızlarla  əlaqələri genişləndirir. Deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin və tarixi həqiqətlərin nəsildən-nəslə ötürülməsində böyük fəallıq göstərirlər. Xatırladaq ki, indiki Ermənistan ərazisindəki qəbiristanlıqlarımızda monitorinqin aparılmasında və uğurla başa çatdırılmasında gənclərin böyük dəstəyi olmuşdur. 37 il əvvəl - sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qalan kəndlərin 201 müsəlman qəbiristanlığı müəyyənləşdi.

Prezident İlham Əliyev 3 il öncə - dekabrın 24-də  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələlərlə bağlı demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Prezident İlham Əliyevin ideyalarını, fərman və sərəncamlarını rəğbətlə dəstəkləyən, icma sədrinin tapşırıq və tövsiyələrini  yüksək səviyyədə yerinə yetirən Gənclər Şurasının ətrafında mütəşəkkillik göstərən qərbi azərbaycanəslli gənclər birlik və həmrəylik nümayiş etdirirlər. Onların əzmkarlığı sayəsində hazırda  xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir.

Hazırda Gənclər Şurası bölgələrin nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndirir. Məcburi köçürülmə və deportasiyaların  tarixi mahiyyəti, habelə, onların xalqımızın yaddaşındakı yeri barədə geniş məlumat verib gəncləri bu bilikləri sistemli şəkildə öyrənməyə çağırırlar.

İcmanın Gənclər Şurasının təşəbbüsü ilə təcrübəli tədqiqatçılar sırasında yer almış gənclərin iştirakı ilə Ermənistan Respublikasının müasir ərazisini tam əhatə edən 1890-1991-ci illərə aid müxtəlif miqyaslı 250-dən çox xəritə sistemli şəkildə araşdırılıb. Bu xəritələr əsasən Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib edilmiş, uzun müddət məxfi saxlanılmış, bu gün isə Berlinin Humbolt Universiteti, İndiana Universiteti, ABŞ-nin Milli Konqres Kitabxanası və Rusiya Coğrafiya Cəmiyyəti kimi nüfuzlu elmi və arxiv mərkəzlərində qorunur.

Araşdırmalar nəticəsində Qərbi Azərbaycanda 12 qəbiristanlıq üzərindən asfalt yollar çəkildiyi, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikildiyi, 56 qəbiristanlığın ərazisinin əkin sahəsinə çevrildiyi, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edildiyi, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salındığı, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparıldığı, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görüldüyü, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrildiyi, 3 qəbiristanlıq ərazisində su anbarı inşa edildiyi müəyyən edilmişdir. 

Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov müxbirimizlə söhbətində demişdir:

- Gənclərimiz qayıdış hüququnun həyata keçirilməsini Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın bərpası üçün əsas şərt hesab edirlər. Təsəvvür edin, ölkələrimiz arasında Sülh Sazişi paraflanır, delimitasiya işləri aparılır, sərhədlər çəkilir, biz tikanlı məftillər arxasından bu tərəfdən onlara baxırıq, onlar tikanlı məftillər arxasından o tərəfdən bizə baxırlar... Məmnunluq doğuran odur ki, Prezident İlham Əliyevin humanist mövqeyi nəticəsində hər iki ölkə arasında sülhə, sabitliyə, əmin-amanlığa və tərəqqiyə doğru atılan addımlar reallığa çevriliməkdədir. Ermənistana taxıl və neft məhsulları göndərilməsi ilə Ermənistan cəmiyyətinə bir daha sübut etdik ki, Azərbaycan müharibə yox, sülh tərəfdarıdır. Gənclərimiz hesab edirlər ki, qarşılıqlı etimadın, dayanıqlı sülhün yeganə şərti birgəyaşayışdır. Bu təcrübə var, müharibədən əvvəl bu xalqlar birgə yaşayıb və bu birgəyaşayış qarşılıqlı etimada və sülhə xidmət edib. Yenə də belə olmalıdır. Həm də bu dəfə güzəşti Ermənistan tərəfi etməlidir, münaqişəni başlayan da, müharibəni edən də və insanlarımıza 30 il məcburi köçkün, qaçqın həyatı və məşəqqəti yaşadan da Ermənistandır. Ermənistanda bir ev, bir kənd də zərər görməyib, amma Azərbaycanın yüzlərlə kəndi, şəhəri Yer üzündən silinib, 20 min nəfərə qədər insanımız öldürülüb, 100 min nəfərə yaxın əlilimiz var. Bütün bunları Ermənistan edib. Bunu qarşı tərəf anlamalıdır. Edib, etməməzlikdən gəlmək dövrü keçib, onlar da, biz də həqiqətin gözünün içinə dik baxmalıyıq və gələcəyə addımlamalıyıq.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

Şərqi Gürcüstan müftisi: İslamofobiyanın yayıldığı bir dövrdə müsəlmanların birlik və bərabərliyi vacibdir  

17:46
15 Sentyabr

Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir

17:33
15 Sentyabr

Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələr müzakirə edilib  

17:20
15 Sentyabr

Bu il Gəncənin ümumtəhsil məktəblərində 47059 şagird təhsil alacaq

17:18
15 Sentyabr

Hacıqabul şəhərində yeni məktəb binası istifadəyə verilib  

17:16
15 Sentyabr

YAP-ın Vlll qurultayına nümayəndələr seçilmişdir  

17:14
15 Sentyabr

Azərbaycan Prezidenti: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır  

17:12
15 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır  

17:11
15 Sentyabr

Növbəti iki gündə Bakıda hava şəraiti dəyişkən buludlu olacaq

17:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!