07 Dekabr 2021 01:01
681
İQTİSADİYYAT
A- A+
Qələbə və uğurun sorağı indi də əmək cəbhəsindən gəlir

Qələbə və uğurun sorağı indi də əmək cəbhəsindən gəlir

 

Ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafının sürətləndirilməsi üçün Prezident İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlar bölgələrdə emal sənayesinin təşəkkül tapmasını təmin etmiş, insanların məşğulluğunun təminatı istiqamətində irəliləyişlərə nail olunmasına təkan vermişdir. Belə rayonlardan biri də Ağstafadır.

Əvvəlki illərdə olduğu kimi, cari ildə də Ağstafada bütün sahələr üzrə yüksək göstəricilər əldə edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsalı 7,7 faiz artmışdır. Artım həmçinin əhaliyə göstərilən pullu xidmətlərdə, pərakəndə əmtəə dövriyyəsində qeydə alınmışdır. Rayon üzrə orta aylıq nominal əməkhaqqı isə 2,1 faiz artaraq 421,3 manata çatmışdır. Digər mühüm fakt: həyata keçirilən tədbirlər nəticəsində rayonda 685 yeni iş yeri açılmışdır ki, bunun da 65,2 faizi daimidir. Bundan başqa, ötən dövr ərzində özünüməşğulluq layihəsinə qoşulmaq üçün müraciət edənlərdən 162 nəfəri təlimlərə cəlb olunmuşdur.

Ağstafanın da iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin ötən dövründə rayon üzrə bu sahədə böyük uğurlar əldə edilmişdir. Hazırda gələn ilin məhsulu üçün bünövrə qoyan fermerlər qısa vaxt ərzində 9750 hektarda payızlıq şum qaldırmış, 1520 hektarda arpa, 8250 hektarda buğda səpini aparmışlar. Fermerlərin güzəştli şərtlərlə gübrə, eləcə də  suvarma suyu ilə təminatında elə bir ciddi problem yoxdur. Yeri gəlmişkən, qeyd edək ki, indiyədək “Ağstafaçay” Hidroqovşağı İstismarı İdarəsi tərəfindən 23  hidrotexniki qurğu, 12 hidropost və 21 kilometr beton kanallar təmir olunmuşdur.

Ağstafada arıçılığın inkişafı üçün geniş imkanlar var. Bu imkanlardan maksimum istifadə etməyə çalışan arıçılar keçən il hər arı ailəsindən 10 kiloqram bal götürmüşlər. Cari il isə onlar həmin rəqəmi 14 kiloqrama çatdırmışlar. Ümumilikdə keçən il rayon üzrə 70 ton bal istehsal edilmişdisə, bu il təknələrdən 80 ton məhsul götürülmüşdür. Bu sahəyə aid başqa fakt ondan ibarətdir ki, hazırda rayonda 358 arıçı elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçmişdir. Bəyan edilmiş arı pətəklərinin sayına uyğun olaraq hesablanmış subsidiya Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən arıçıların fermer kartlarına köçürülmüşdür.

Rayon taxılçılarının da göstəriciləri yüksək olmuşdur. Belə ki, cari il 10288 hektarda taxıl yetişdirən fermerlər hər hektardan 36,4 sentner buğda, 28,1 sentner arpa biçmişlər.

Məlum olduğu kimi, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində iqtisadi cəhətdən səmərəli olan istehsal sahələrinin dirçəldilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Baramaçılıq da həmin sahələrdəndir. Ağstafalılar cari il 80 qutu barama qurdu götürmüşlər ki, bu da keçən ilkindən 15 qutu çoxdur. Kümçülər götürdükləri barama qurduna yüksək səviyyədə qulluq göstərərək 5 min kiloqramdan çox məhsul təhvil vermişlər.

Cari ilin ötən dövrü ərzində rayonda abadlıq və yenidənqurma işləri də davam etdirilmişdir. Ağstafa şəhəri abadlaşdırılmış, o cümlədən  küçə və meydanlar yenidən qurulmuş, çoxmənzilli yaşayış binaları təmir olunmuşdur. Bu cür işlər qəsəbə və kəndlərdə də aparılmışdır. Bundan başqa, kənd və qəsəbə nümayəndəlikləri tərəfindən 66,2 kilometr uzunluğunda suvarma arxı təmizlənmiş, 40,1 kilometr yola çınqıl tökülmüş, 117 elektrik dayağı yenisi ilə əvəz edilmiş, 19 su keçidi salınmış, 33 elektrik transformatoru və 82 subartezian quyusu təmir olunmuş, 2,6 kilometr içməli su xətti dəyişdirilmişdir.

Ötən dövr ərzində rayonun yol infrastrukturu da yaxşılaşdırılmışdır. Respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda olan su keçid borularının giriş-çıxışları təmizlənmiş, yol örtüyündə əmələ gələn çatlar aradan qaldırılmış, asfalt beton örtükdə əmələ gələn çalalar təmir edilmiş, qırılmış siqnal dirəkləri yenisi ilə dəyişdirilmiş, lazım olan yerlərə yol nişanları quraşdırılmışdır. Yerli əhəmiyyətli Düzqışlaq-Kolayır, Mollacəfərli-Kolxəlfəli, Tatlı-Köçəsgər, Vurğun-Köhnəqışlaq və Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan avtomobil yollarında isə çiyinlər təmir edilmişdir.

Təhsil infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində son illər Ağstafa rayonunda ciddi işlər görülmüşdür. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağstafa rayonu üzrə 5 yeni məktəb binasının tikintisi, 4 məktəbdə isə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Artıq Sadıqlı kənd tam orta məktəbinin 360 yerlik yeni binası istifadəyə verilmişdir. Heydər Əliyev Fondu tərəfindən Həsənsu kənd tam orta məktəbi üçün inşa olunan 420 şagirdlik yeni məktəb binasında isə son tamamlama işləri görülür.

Artıq 2021-ci ilin başa çatmasına az vaxt qalır. İndi hər kəs yola saldığımız bu  ildə gördüyü işlərə, qazandığı uğurlara nəzər salır və növbəti il üçün görəcəyi işləri götür-qoy edir. Belə bir vaxtda ağstafalıların da deməyə sözləri çoxdur. Çünki onlar əvvəlki illər kimi, cari ili də yüksək nailiyyətlərlə yola salırlar.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!