28 Noyabr 2021 00:24
1450
CƏMİYYƏT
A- A+
“Qələbə qonaqlığı verəcəm” deyən komandir

“Qələbə qonaqlığı verəcəm” deyən komandir

 

Peşəkar hərbçi Rəşad Xanlar oğlu Sadıqov 1978-ci il oktyabrın 11-də füsunkar təbiətli Laçın şəhərində dünyaya göz açıb. Atası Xanlar müəllim Azərbaycan Politexnik İnstitutunu bitirib. O, Azərbaycan torpaqlarını erməni  işğalından qorumaq məqsədi ilə 1988-ci ildə yaradılmış ilk könüllülər dəstəsinin üzvü, Birinci Qarabağ müharibəsinin əvvəldən axıracan fəal iştirakçısı olub.

Rəşadın anası Fəlakət xanım 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (indi Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib. Fəlakət xanım Şəmkir rayonunun Çaparlı kəndində dünyaya göz açıb.

Ailə qurandan Laçında yaşayıb. 1992-ci il may ayının 18-də Laçın rayonu ermənilər tərəfindən işğal olunanda ailəsi ilə birlikdə doğma Şəmkirə pənah gətirib. Ömür-gün yoldaşı Xanlar müəllim peşə liseyində işə düzəlib. Fəlakət xanım isə 1994-cü ildən 2010-cu ilədək “N” saylı hərbi hissədə xidmətdə olub. Hazırda təqaüdçüdür. Ailənin iki övladı olub: Rəşad və Səbuhi. 

44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında öz igidliyi ilə fərqlənən Rəşad Sadıqov 1984-1992-ci illərdə Laçın şəhəri 2 saylı tam orta məktəbində təhsil alıb. Doğulduğu rayon işğal olunduğundan Sadıqovlar ailəsi Şəmkir rayonuna gəlib. Rəşad Ə.Cavad adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Bəlkə də zamanın tələbidir ki, erməni silahlılarının ölkəmizə, dinc əhaliyə qarşı etdikləri hücumların, qətliamların qarşısını almaq məqsədilə Rəşad hərbçi olmaq istəyib. Odur ki, orta məktəbi başa vuran kimi, 1995-ci ildə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verib və imtahanlardan yüksək qiymət alaraq arzusunda olduğu məktəbin kursantı olub. Təhsil illəri bir göz qırpımında gəlib keçir. Leytenant rütbəli zabit 1997-2004-cü illərdə Şahbuz rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhər hərbi komissarlığında və hərbi hospitalda xidmət edib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Hər dəfə rəhbərlik etdiyi əsgərlər hücuma keçərkən onu çətin sınaqlar gözləyib. O, istər ordu quruculuğunda, istərsə də döyüş bölgələrində hücum əməliyyatlarının hazırlanmasında səriştəli hərbçi kimi yaxından iştirak edib.

Rəşadın döyüş yoldaşı Amil deyir ki, ilk hücuma Cəbrayılın mərkəzində başladıq. Taborumuzun rəhbəri Rəşad idi. Müəyyən adsız yüksəkliklərin alınmasında, mövqelərimizin möhkəmlənməsində şəxsən özü iştirak edirdi. Həmin yüksəkliklər alınanda 4 sutka bir-birimizi görə bilmədik. Geridə qalan əsgərlərin yükünü, silahını Rəşad özü daşıyırdı. Deyirdi ki, qoy qələbə çalaq, sizi həyətimizə aparacam. Evimiz dağılsa da, ağaclarımızdan qalanı olar. Orada sizə yaxşı süfrə açacam, Qələbə qonaqlığı verəcəm... Təəssüf ki, Qələbənin bir addımlığında həlak oldu...

Polkovnik-leytenant Rəşad Sadıqov axırıncı dəfə Laçının Güləbird kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş və onun azad edilməsində böyük rəşadət göstərmişdir. Lakin 2020-ci il oktyabrın 30-da Laçın uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmusdur. Şəmkir rayonunun Çaparlı kəndində torpağa tapşırılmışdır.

Anası Fəlakət xanımın dediklərindən:

 “Oğlum Rəşadın əsas arzusu Vətən torpaqlarını bütöv görmək idi. Ata torpağı olan Laçının hər qarışı onun üçün çox əziz idi. Bir dəfə zəng edib dedi ki, ata, Həkəri çayında əlimi yudum, tezliklə görüşərik. Lakin bu arzu ona qismət olmadı, şəhidlik zirvəsinə yüksəldi. Onun ölümü ilə barışa bilmirəm. Ancaq fəxr edirəm ki, belə oğul böyütmüşdüm...”

Oğul yoxluğuna dözə bilməyən Xanlar müəllim Rəşaddan 13 gün sonra dünyasını dəyişmişdir. Şəhid polkovnik-leytenant Rəşad Sadıqovun ailəsi, iki övladı onun ömür yolunu davam etdirirlər. Ömür-gün yoldaşı Günay Hüseynova bildirir ki, ailə dövlət qayğısı ilə əhatə olunub.

Sağlığında döşünü “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” və digər medallar bəzəyən polkovnik-leytenant Rəşad Sadıqov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Laçının və Şəmkirin fəxri olan şəhid polkovnik-leytenantın xatirəsi daim əziz tutulur.

 

İlyas QASIMOV,
Rəhman SALMANLI

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!