Qədim şəhərdə sənətkarlıq
İbrahimxəlil xanın və Mehdiqulu xanın hakimiyyəti dövründə Şuşa iri sənətkarlıq və ticarət mərkəzinə, Qafqaz, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya və digər ölkələrdən idxal üçün cəlbedici məkana çevrilmişdi.
Şuşa sənətkarlarının məmulatları çox məşhur idi, onları əldə etmək üçün xarici ölkələrdən bura tacirlər gəlirdi. Məhsula tələbat şəhərdə ustaların, usta köməkçilərinin, kiçik müəssisələrin, sənətkarlıq sexlərinin çoxalmasına və keyfiyyətin yüksəlməsinə səbəb olurdu.
Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə qala şəhərdə 1500 toxucu dəzgahı vardı. Bu da ən azı 1500 sənətkar demək idi.
Şuşada sənətkarlar şəhərin ən zəngin sakinləri hesab olunurdu, onlar bu gözəl məkanın baxımlı yerlərində, bahalı evlərdə yaşayır və vaxt keçdikcə tacirlərlə birgə şəhər əhalisinin yarısını təşkil edirdi.
Statistikaya əsasən, XX əsrin əvvəllərində Şuşada artıq 870 emalatxana, 2 minə yaxın dükan vardi. 1830-cu ildə burada 200 tacir ailəsi, 266 sənətkar yaşayırdı. Bu dövrdə sənətkarların sayı 10 dəfə, tacirlərin sayı 7,5 dəfə artmışdı.
Demək olar ki, bütün ailələrdə tikiş, xalçaçılıq və toxuculuq dəzgahları var idi. Bir ailənin yun və ipək məmulatlarla tələbatı ailə üzvləri tərəfindən ödənilirdi. Evdə rəngkarlıq, dəri emalı, sabun bişirmə işləri həyata keçirilirdi. Burada həm də xırda dülgərlik işləri də görülürdü. Mis qab-qacaq, zərgərlik məmulatları, ayaqqabı, üst geyimləri, xalçalar və bəzən silahlar müştərinin sifarişi əsasında hazırlanırdı.
Şuşa sənətkarları şəhərin sıx məskunlaşmış məhəllələrində, xüsusən də Rastabazar və Aşağıbazarda işləyirdilər. Adətən bir sahənin sənətkarları eyni küçədə və ya məhəllədə yaşayırdı. Məsələn, dəmirçilər Şeytanbazarda, şirniyyatçılar Rastabazarda, zərgərlər İrəvan küçəsində məskunlaşmışdılar. Bəzi emalatxanalar karvansaralarda yerləşirdi. Şəhərin ən yaxşı karvansarası hesab olunan Mirsahib oğlu Məşədi Şükürün karvansarasında 30-a yaxın dükan var idi.
Qədim Şuşada sənət növlərinin böyük əksəriyyəti nəsildən-nəslə ötürülürdü.
XIX əsrin sonunda Şuşada zərgərlik sənəti inkişafının zirvəsinə çatmışdı. Yerli ustalar dünyanın ən yaxşı zərgərlərindən hesab olunurdu. Xaricdə Şuşa ustalarının hazırladığı zərgərlik məmulatları yüksək qiymətləndirilirdi. Yerli əhali arasında gümüş və qızıldan toqqalar, həm sadə, həm də bəzədilmiş üzüklər məşhur idi. Şuşanın zərgərlik məmulatlarını hətta kasıb ailələr toy günü gəlinlərə hədiyyə edirdilər.
Şuşa xalçaçılıq sənətinin əsas mərkəzlərindən olub
Dünya bazarında Şuşa xalçaları “Qarabağ xalçaları” kimi tanınıb. XIX əsrin 80-90-cı illərində Şuşada xalçaçılıq məhsulları həcminə və keyfiyyətinə görə birinci yeri tuturdu. Xalça məmulatları arasında lifsiz xalçalar, cecim, xurcun, çuval, məfrəş kimi məmulatlara böyük tələbat var idi. Xalçaların keyfiyyəti və rəqabətqabiliyyətliliyi əsasən rənglərin saflığı və dayanıqlığı ilə müəyyən olunurdu. Şuşada bununla əlaqədar çoxlu sayda rəngləmə emalatxanaları mövcud idi.
Şuşa sənətkarları metal və taxtadan qab-qacaq və yəhər, qızıl və gümüşdən məişət əşyaları hazırlayırdılar. Məişət qablarının əksəriyyəti qırmızı misdən düzəldilirdi. Qabların üzərinə bitki ornamentləri və səhnəciklər çəkilirdi. Bu cür qablar sənət əsəri hesab olunurdu.
Ən qədim sənətlərdən biri də dulusçuluq idi. Su, şərab, süd və yağ saxlamaq üçün sadə gil qablar sakinlər arasında çox məşhur idi.
Zaman keçdikcə məhsullar təkcə sifarişlə deyil, həm də bazara çıxarmaq üçün hazırlanırdı. Kiçik kustar müəssisələr fabriklərə çevrilirdi.
Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!