02 Avqust 2026 14:55
2088
Mədəniyyət
A- A+
Qəbələ Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib VİDEO  

Qəbələ Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib VİDEO  


Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib.

AZƏRTAC xəbər verir ki, Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” Orkestrinin müşayiəti ilə həyata keçirilən bu layihə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Gecədə solistlər – skripka ifaçısı Səid Məmmədov və soprano Natella Quliyeva çıxış ediblər.

Konsert proqramında Tofiq Quliyevin "Görüş", Arif Məlikovun "Axırıncı aşırım", Xəyyam Mirzəzadənin "Yeddi oğul istərəm", Fikrət Əmirovun "Böyük dayaq" filmlərinə bəstələdikləri musiqilərlə yanaşı, Con Uilyams, Hans Zimmer, Ennio Morrikone, Ramin Cavadı, Nino Rota və Bill Konti kimi dünya şöhrətli bəstəkarların "Ulduz müharibələri", "Harri Potter", "İnterstellar", "Qeyri-mümkün tapşırıq", "İndiana Cons", "Peşəkar", "Matrisa", "Karib dənizinin quldurları", "Xaç atası" və "Rokki" filmlərindən məşhur musiqi əsərləri səsləndirilib. Müxtəlif nəsillərin sevdikləri ekran əsərlərinin yaddaqalan musiqilərinin canlı ifası amfiteatrda xüsusi ab-hava yaradıb.

Skripka ifaçısı, solist Səid Məmmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, yaradıcı gənclər hər zaman diqqətdə saxlanılır, onların sənət yolunda büdrəmədən addımlamaları üçün dövlətimiz hər zaman onları dəstəkləyir. Qəbələ Beynəlxalq Musiqi Festivalına gəlincə gənc solist diqqətə çatdırıb ki, belə layihələrdə iştirak etmək gələcəkdə onların yaradıcılıqları üçün stimul rolunu oynayır.

Azərbaycan Dövlət Konservatoriyasının 4-cü kurs tələbəsi, soprano Natella Quliyeva çıxışını tamamladıqdan sonra AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olub. Soprano ilk dəfədir Beynəlxalq Musiqi Festivalında iştirak etdiyini deyib. O, həm də builki festivalın ən gənc ifaçılarından sayılır. Bu yaşda belə istedadlı gənclərə beynəlxalq festivalda səhnə vermək yaradıcı gənclərə göstərilən etimadın bariz nümunəsi sayılır. İlk dəfə olmasına baxmayaraq, Natella Quliyevanın səhnədə səsləndirdiyi nümunələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, XV Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Bu festivalın təşkili rayonda, ilk növbədə, turizmin canlanmasına səbəb olub. Festivalın keçirildiyi konsert salonları və açıq hava amfiteatrının tam dolması, yerli sakinlərlə yanaşı, çox sayda xarici qonaqların da tamaşaçılar sırasında yer almaları müşahidə edilir. Beynəlxalq festivalın keçirilməsinin əsas məqsədlərindən biri də Qəbələni mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!