06 Dekabr 2024 11:10
408
CƏMİYYƏT
A- A+
Qazaxıstanın ekoloji mübarizə siyasətində yeni mərhələ

Qazaxıstanın ekoloji mübarizə siyasətində yeni mərhələ


Bu il dövlət müstəqilliyinin 33-cü ildönümünü qeyd edən Qazaxıstanın vaxtilə ilk addımlarından biri Sovet İttifaqından miras qalmış kütləvi qırğın silahlarından imtina etməsi və nüvə tərksilahına imza atmaqla sülhsevər bir ölkə kimi beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutması oldu. Mərkəzi Asiyanın böyük  bir hissəsini əhatə edən bu gənc respublikaya həm də ötən əsrin ortalarından bir sıra ekoloji problemlər də miras qalmışdır. Məsələnin ciddiliyini nəzərə alan ölkə rəhbərliyi sənayenin, iqtisadiyyatın və ekologiyanın bir-birinə bağlı olan norma və prosedurlarının mövcud olduğunu başa düşməyə imkan verən Ekoloji Məcəllə qəbul etdi.

Ətraf mühitə qlobal miqyasda antropogen müdaxilənin acı nəticələrini bu gün bütün dünya dövlətləri kimi Mərkəzi Asiya ölkələri də hiss edirlər. Aral dənizinin sürətlə quruması bu regionun böyük ekoloji fəlakət zonasına çevrilməsinə gətirib çıxarmışdır.  Halbuki ötən əsrin ortalarına kimi Aral dənizi bütün Mərkəzi Asiyanın balıqçılıq mərkəzi sayılırdı. Burada 24-ü kommersiya xarakterli olmaqla 34 növ balıq yaşayırdı (halbuki, 2021-ci ildə 16 növ balıq ovlanmışdı). Qazaxıstan və Özbəkistan sahillərində isə bir neçə balıq zavodu və gəmiçilik müəssisəsi fəaliyyət göstərirdi. Keçmiş SSRİ-nin Qırmızı Kitabına düşmüş Aral qızılbalığına da burada rast gəlinirdi. 

Lakin 1960-cı illərdən etibarən bu dənizin qidalandığı Amudərya və Sırdərya çaylarının suyunun ekstensiv metodlarla idarə olunan kənd təsərrüfatı sahələrinə yönəldilməsi gələcək ekoloji fəlakətin təməlini qoydu. Elə həmin illərdə sahəsi təxminən 70 min kv. km. olan Aral dənizi dünyanın dördüncü ən böyük gölü hesab olunurdu (Xəzər dənizi, Şimali Amerikada Yuxarı göl və Afrikada Viktoriya gölündən sonra). Qazaxıstan və Özbəkistan arasındakı drenajsız  duzlu su hövzəsinin bir vaxtlar uzunluğu 430 kilometr, eni isə 234 kilometr olub. 

Qeyd edək ki, iqlim dəyişikliyinə ən həssas olan sektorlardan biri sudur. Bu cəhətdən transsərhəd hövzələrdə ortaq çayların vahid idarə olunması üzrə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. təsadüfi deyil ki, bu il Qazaxıstan Aralın Xilas olunması üzrə Beynəlxalq Fondun sədrliyini öz üzərinə götürüb və bu istiqamətdə qətiyyətli və səmərəli addımlar atmaqdadır. 

Respublika rəhbərliyinin ikinci mühüm təşəbbüsü Aral dənizinin şimal hissəsinin qorunub saxlanılması layihəsidir. Bu, Aral dənizinin ekosisteminin bərpasına və su balansının yaxşılaşdırılmasına yönəldilib. Layihənin əsas məqsədi Amudərya çayından su axınının artırılmasıdır ki, bu da ekosistemin bir hissəsini geri qaytaracaq, biomüxtəlifliyi qoruyub saxlayacaq və yerli əhalinin həyat şəraitini yaxşılaşdıracaqdır. Təşəbbüs su kanallarının və bəndlərin tikintisini və meliorasiya işlərini nəzərdə tutur. Bu layihə ətraf mühitin bərpası istiqamətində mühüm addımdır.

Qazaxıstan hökumətinin qəbul etdiyi qərarlar və həyata keçirdiyi radikal tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı. Bütün Aral dənizinin davam edən deqradasiyasına baxmayaraq, Qazaxıstan onun şimal hissəsini qoruyub saxlaya bildi və bu su hövzəsi region əhalisi üçün vacib olan balıqçılığı bərpa etdi.

Son illər Aral dənizi probleminin həllinə beynəlxalq tərəfdaşlar, o cümlədən Dünya Bankı cəlb olunub və Aral dənizi regionunda su axınının asılı olduğu Mərkəzi Asiya ölkələri ilə də əməkdaşlıq gücləndirilir. Bu sahədə ilk növbədə Özbəkistan, Qırğızıstan və Tacikistanın birgə səyləri xüsusi əhəmiyyət kəsb edir. Aral mövzusu müstəqillik dövründə həmişə ölkə rəhbərliyinin gündəmində olub və hazırda dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Məhz bu siyasətin nəticəsidir ki, Qazaxıstanın çox mühüm təşəbbüsü təbii ekosistemlərin qorunması və bərpası, suyun qorunması, enerjiyə qənaət, yeni təmiz texnologiyaların inkişafı və bu sektora investisiyaların cəlb edilməsi daxil olmaqla, çox iddialı məqsədləri olan yaşıl iqtisadiyyata keçid konsepsiyasıdır.

Sovet dövründə əkin sahələrinin suvarılması üçün sudan səmərəsiz istifadə, pambıqçılıq üzrə geniş miqyaslı kənd təsərrüfatı planlarının ekosistem nəzərə alınmadan kor-koranə həyata keçirilməsi regionun hidroloji sistemində tarazlığını pozdu və Aral dənizinin ölümünə səbəb oldu. Dəniz quruyaraq 1980-ci illərdə iki hövzəyə - şimalda Kiçik Aral (Qazaxıstan ərazisi) və cənubda Böyük Aral (özbəkistan ərazisi) göllərinə bölündü və suyun çəkilməsi davam etdi. Bu zaman Aral dənizi bölgəsinin sakinlərinə kömək üçün ilk proqramlar ortaya çıxsa da, gölün özünü xilas etmək tədbirləri, Sibir çaylarının oraya yönəldilməsilə bağlı məşhur layihə istisna olmaqla, demək olar ki, onlar müzakirə olunmadı və İttifaqın dağılmasından sonra unuduldu. 2002-ci ildə Böyük dəniz kiçildi və şərq və qərbə bölündü. 2014-cü ildə şərq gölü tamamilə buxarlanaraq yoxa çıxdı. Ötən əsrin sonlarından etibarən Aral dənizində suyun həcmi on dəfə azalmışdı.

Əhalinin əhəmiyyətli artımı, urbanizasiyanın miqyası və torpaqların intensiv inkişafı, iri hidrotexniki qurğuların tikintisi və ekoloji fəsadlar nəzərə alınmadan Aral dənizi hövzəsinin su axarlarında suvarma qurğuları yaradılması Aral dənizinin qurumasına səbəb olan əsas amillər olmuşdur. Aral dənizinin səviyyəsinin azalmasına antropogen amillərin təsiri 70 faizi ötmüşdü.

Aral dənizi hövzəsinin su ehtiyatlarından istifadənin əsas problemi aşağı axar ölkələrin (Özbəkistan, Qazaxıstan, Türkmənistan) sudan istifadəsinin suvarma rejimi ilə yuxarı axar ölkələrin (Tacikistan, Qırğızıstan) çaylardan enerji istifadəsi arasında ziddiyyət təşkil edirdi.

Bu arada problem daha da pisləşdi və 2003-cü ilə qədər Aral dənizinin səviyyəsi 30 m-ə düşdü. Elə həmin il Qazaxıstanda “Sırdərya çayının məcrasının tənzimlənməsi və Aral dənizinin şimal hissəsinin mühafizəsi” adlı genişmiqyaslı kompleks layihə üzərində iş başladı. Dünya Bankının 64,5 milyon dollar məbləğində krediti və Qazaxıstan büdcəsindən 21,29 milyon dolları məbləğində kreditin köməyi ilə Aklak su elektrik kompleksi tikildi, bunun sayəsində Sırdəryadan su Böyük Sarıçeqanak körfəzinə, Aytek qurğuları kompleksinə, həmçinin Sırdəryada qoruyucu bəndinə axmağa başladı..

Ümumdünya Meteorologiya Təşkilatı Aral dənizinin qurumasını 20-ci əsrin ən böyük antropogen ekoloji böhranlarından biri adlandırır. Dənizin yoxa çıxması Aral dənizi bölgəsinin florasına, faunasına, landşaftına və iqliminə sistemli şəkildə mənfi təsir göstərmişdir. 100 kilometr radiusda yay fəsli daha isti və quru, qış fəsli isə daha soyuq və uzun olur. Yağıntıların miqdarı bir neçə dəfə azalıb. 173 növ canlıdan yalnız 38-i sağ qalmışdır, onların populyasiyaları son dərəcə həssasdır. İxtiyofaunaya böyük ziyan dəydi - dəniz sahəsinin azalması və duzluluğun artması demək olar ki, bütün endemik növlərin yox olmasına səbəb oldu, qonşu göl sistemlərində balıqların sayı 20 dəfə azaldı, Böyük Aralda isə ümumiyyətlə balıq qalmayıb.

Səhralaşma nəticəsində regionun biomüxtəlifliyi 200 bitki və heyvan növü ilə azalıb. Gölün qurumuş hissəsində suyun səthi əvəzinə sahəsi 5,5 milyon hektar olan qumlu-duzlu Aralqum səhrası əmələ gəlib. Buradan hər il pambıq tarlalarının suvarılması üçün istifadə edilən pestisidlər və kimyəvi maddələrlə qarışmış, çay və ya yeraltı su ilə dənizə daxil olur. Külək hər il suvarılan sahələrdən yuyulmuş 100 milyon tondan çox zəhərli duzları və toz dənəciklərini atmosferə qaldıraraq böyük məsafələrə yayır. Onun izlərinə Aşqabadda, Belorusda, Antarktidada pinqvinlərin qanında, Norveç meşələrində, Qrenlandiya, Tyan-Şan və Pamir buzlaqlarında rast gəlinmişdir. Buzlaqların çirklənməsi isə qlobal iqlim dəyişikliyinin yaratdığı onsuz da aktiv əriməni artırır. Toz şleyfinin uzunluğu 600 km-ə çatır, yüksələn hissəciklərin hündürlüyü isə 4 km-ə çatır. Belə bir hal ekoloji vəziyyətin və əhalinin sağlamlığının daha da pisləşməsinə səbəb olur, Aral dənizi bölgəsinin sakinləri arasında göz və tənəffüs orqanları xəstəlikləri, qan azlığı, şəkərli diabet, tənəffüs orqanları xəstəlikləri və xərçəng xəstəliklərinin yayılması artır.

Qazaxıstan 2013-cü ildə dövlət başçısının fərmanı ilə “yaşıl iqtisadiyyat”a keçid konsepsiyasının qəbul edildiyi vaxtdan “yaşıllaşmağa” başlayıb. Konsepsiyada 150-yə yaxın vəzifə qoyulmuşdu. Artıq bu gün bunlardan 40-a nail olunmuşdur. 

2023-cü ildə “Qazaxıstan Respublikasının 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq üzrə Strategiya” təsdiq edilib. Bu təşəbbüs ölkənin qlobal ekoloji proseslərə inteqrasiyaya sadiqliyini və iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklərini nümayiş etdirir. Hazırda çoxlu donor və beynəlxalq layihə təşkilatları Aral probleminin həlli üzərində çalışırlar. Qumun bərkidilməsi, ərazilərin duzlardan təmizlənməsi, ümumilikdə ərazinin bərpası layihələri həyata keçirilir. Dənizin dibinin cansız ərazilərinə saksaul, tamarix və digər duza davamlı bitkilər əkilir ki, bu da zərərli duzların və tozların havaya buraxılmasının qarşısını alır, torpaqdan artıq duzu çəkir. Son beş ildə Aralqumun 1,7 milyon hektarında bu cür bitkilər əkilib.

Eyni zamanda Kokaral bəndinin tikintisi dənizin dirçəldilməsinin ilk mərhələsi oldu. İkinci mərhələdə Şimali Aralın su ehtiyatlarının, onun ekoloji vəziyyətinin, əhalinin iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur. Həmçinin fitomeliorasiya, yəni bitkilərin yerli növlərinшт əkilməsi küləyin sürətini azaldır və toz əmələ gəlməsi proseslərini zəiflədir. Belə ki, bir yetkin saksaul ağacı 4 tona qədər qumu tutub saxlaya bilir.

Mütəxəssislərin fikrincə, bütün Aral dənizini əvvəlki səviyyədə bərpa etmək mümkün deyil. Bu, Amudərya və Sırdərya çaylarında illik su axınının indiki orta hesabla 13 kub km. ilə müqayisədə dörd dəfə artırılmasını tələb edərdi. Yeganə mümkün çarə su qəbulunun 92 faizini sərf edən tarlaların suvarılmasını azaltmaq olardı. Bununla belə, Aral dənizin bərpası uğrunda mübarizə Qazaxıstanda geniş vüsət almışdır. Artıq ümidverici nəticələr özünü göstərməyə başlayıb. 1993-cü ildə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan prezidentləri tərəfindən ekoloji fəlakətlərə qarşı mübarizə və Aral dənizi hövzəsində sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədilə yaradılan Beynəlxalq Aralın Xilasetmə Fondu geniş fəaliyyət göstərir. Bu ilin yanvar ayından Qazaxıstan son illərdə fəaliyyəti əhəmiyyətli dərəcədə intensivləşən bu fondun üç il müddətə sədri seçilib. Təqdirəlayiq haldır ki, hazırda Fondun fəaliyyəti BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa və Asiyada ətraf mühitin mühafizəsi üzrə qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənir.

2020-ci ildə Prezident Kasım-Jomart Tokayev 2025-ci ilədək ölkədə ən azı 2 milyard ağac əkməyi tapşırmışdı. Bu tapşırığın icrası məqsədilə rayon icra hakimiyyətləri tərəfindən meşələrin bərpası üzrə kompleks planlar işlənib hazırlanıb. Bu tədbirlər çərçivəsində 2021-ci ildə “Aral dənizinin qurumuş dibinin yaşıllaşdırılması: saksaul yetişdirilməsi üçün qapalı sistemin sınaqdan keçirilməsi” layihəsinə start verilib. Nəticədə 2023-cü ilədək Aral dənizinin dibinin Qazaxıstan hissəsində 300 min hektardan çox sahədə saksaul ağacları əkilmişdi. 

Həmçinin Qızılorda vilayətində meşələrin bərpası və meşə salınmasının həcminin artırılması üzrə kompleks plan çərçivəsində Aral dənizinin keçmiş dibində daha 177,5 milyon ağac tinginin əkilməsi nəzərdə tutulur. Bu plana əsasən vilayətdə 400 min hektardan çox sahədə saksaul meşələri yaradılacaq. Genişmiqyaslı layihənin həyata keçirilməsi üçün regional və respublika büdcələrindən 1,9 milyard tengə ayrılması nəzərdə tutulmuşdur. Hesablamalara görə, 1 hektar sahədə dördyaşlı saksaul ildə 1158,2 kq karbon qazı udur, 835,4 kq oksigen hasil edir və ildə 800 tondan çox qumu tutub saxlayır.

Bu sahədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə təkan vermək məqsədilə Prezidenti Kasım-Jomart Tokayevin ölkədə yeni Su Təsərrüfatı və Suvarma Nazirliyinin yaradılması ilə bağlı son təşəbbüsü Aral su anbarının bərpasına töhfə verəcək addım kimi qiymətləndirilir.

           Məsələ ondadır ki, tək bir ölkənin imkanları və səylərilə belə bir qlobal böhranın öhdəsindən gəlmək mümkün deyil. Mərkəzi Asiya respublikalarından əlavə Əfqanıstanı da bu prosesə cəlb etmək lazımdır. 2022-ci ilin aprelində Qızılorda vilayətinin Aral rayonunda Qazaxıstan Senatının və Özbəkistan Senatının nümayəndə heyətləri arasında əməkdaşlıq komissiyasının ikinci iclası keçirildi. Görüşün əsas məqsədi Qazaxıstan və Özbəkistan arasında Aral dənizinin bərpası və onun ekosisteminin mühafizəsi məsələlərinin həllində, o cümlədən elm və ekologiya sahəsində birgə təhsil layihələrinin həyata keçirilməsində əməkdaşlığı gücləndirməkdir. Bu gün Qazaxıstan və Özbəkistan qardaş xalqları arasında münasibətləri yeni səviyyəyə yüksəlib. Bu amil hər iki ölkə üçün vacib olan Aral probleminin həllinə töhfə verəcəkdir.

             Hazırda Qazaxıstanda su ehtiyatlarının, ekologiyanın və sosial-iqtisadi sahələrin kompleks istifadəsi üzrə milli proqram çərçivəsində ümumi dəyəri 550,95 milyon dollar olan 142 layihə başa çatdırılıb. Əsas səylər Aral sakinlərinin sosial-iqtisadi problemlərinin həllinə yönəldilib. Bu gün Kiçik Aral 50 il əvvəlki səviyyədə olmasa da, bərpa olunur. Ancaq hazırda geniş vüsət almış yenidən bərpa işləri ümid etməyə əsas verir ki, tezliklə Aral yenidən dirçələcək. Qazaxıstanın həyata keçirdiyi “Əsrin layihəsi” sayəsində Kiçik Aral əvvəlki sahillərinə qayıdır. Əgər əvvəllər buarada ildə 400 ton balıq ovlanırdısa, artıq indi onun miqdarı 7,5-8 min tona çatmışdır. 

 Qazaxıstanın ekoloji təşəbbüslərini sadalayanda paytaxtın ətrafında yaşıl zonanın yaradılması üzrə irimiqyaslı ekoloji layihəni qeyd etməmək olmaz. Şəhər ətrafında 1997-2023-cü illərdə 102,4 min hektar sahədə ağac tingləri əkilmişdir. Astana ətrafında yaşıllıq zolağının formalaşması öz təsirini göstərdi. Bu, şəhərin ekologiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırdı, havanın çirklənməsini azaltdı və toz fırtınalarına qarşı təbii maneə yaratdı. Yaşıl zolaq hələ də şəhəri qoruyur və incə hissəciklərin ağ ciyərlərə daxil olmasının və insanların sağlamlığına təsirinin qarşısını alır. Kütləvi ağac və kolların əkilməsi bu gün də davam etdirilir. Elə bunun nəticəsidir ki,  Biomüxtəliflik və ekosistem xidmətləri davamlı inkişaf üçün vacibdir. Bu gün ölkədə meşələrin payı 5 faizə qədər, mühafizə olunan təbiət ərazilərinin payı isə ölkə ərazisinin demək olar ki, 11 faizinə qədər artıb. 

          1990-cı il səviyyəsi ilə müqayisədə 2030-cu ilin dekabrına qədər istixana qazları tullantılarının qeyd-şərtsiz 15 faiz azaldılması öhdəliyi götürmüşdür. Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi maraqlı dövlət orqanları ilə birlikdə ölkədə ekoloji mədəniyyətin inkişafı üzrə 2024-2029-cu illər üçün Konsepsiyanın layihəsini hazırlayıb. Bu, ətraf mühitə şüurlu münasibət, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk etmək və planetin rifahı üçün fəaliyyət göstərməyə hazır olmaqdır. Orada qeyd olunur ki, ətraf mühitin qayğısına qalmaq gündəlik həyatın bir hissəsinə çevrilməlidir.

            Prezident Tokayevin rəhbərliyi altında ölkə 2060-cı ilə qədər Karbon Neytrallığı Strategiyasını qəbul edib ki, bu da tullantların tam sıfır səviyyəsinə endirilmiş Qazaxıstanın gələcək öhdəliyi və yol xəritəsidir. 2023-cü ildə ölkə metan emissiyalarının azaldılması üzrə fəaliyyətin sürətləndirilməsi ilə əlaqədar Qlobal Metan Əhdinə qoşuldu və iqtisadiyyatın müxtəlif sahələrində karbon emissiyalarının azaldılması sürətləndi.

           Prezident Tokayevin təşəbbüsü ilə Xəzər dənizinin Qazaxıstana aid hissəsində onun ekosistemini və burada məskunlaşan nadir məməlilərin, o cümlədən Xəzər suitilərinin yaşayış mühitini qorumaq üçün ilk dəniz mühafizə zonasının yaradılması işlərinə başlanılıb. Həmçinin Prezident Tokayev 2026-cı ildə BMT və beynəlxalq təşkilatların himayəsi altında Qazaxıstanda Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

COP29 çərçivəsində  Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması və bundan irəli gələn vəzifələrin birgə səylərlə yerinə yetirilməsi ətraf mühitin qorunması işinə sanballı töhfə verəcəkdir. Möhkəm əminliklə qeyd etmək olar ki, COP29 həm də qardaş Qazaxıstanın ekoloji mübarizə siyasətinin yeni mərhələsinin başlanğıcını qoydu. 


Atamoğlan Məmmədli,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!