03 Aprel 2024 14:15
386
DÜNYA
A- A+
Qazaxıstan Prezidenti Avrasiya məkanında terrorla mübarizəni gücləndirməyə çağırıb

Qazaxıstan Prezidenti Avrasiya məkanında terrorla mübarizəni gücləndirməyə çağırıb

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə görüşdə bildirib ki, müasir dünyada müharibə və silahlı münaqişələrin, o cümlədən terror aktlarının intensivləşməsi Avrasiya məkanında yerləşən dövlətlərin qarşısına yeni məsul vəzifələr qoyur.

AZƏRTAC Qazaxıstan Prezidenti aparatının saytına istinadla xəbər verir ki, Kasım-Jomart Tokayev ötən il dünyada 183 regional və lokal xarakterli münaqişələrin baş verdiyini, bu mənfi tendensiyada 30 faiz artım qeydə alındığını bildirib. O əlavə edib ki, beynəlxalq terrorçu qruplaşmalar getdikcə güclənir və hazırkı şəraitdə kibercinayətlərin sayı da sürətlə artır. Qazaxıstanın dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Rusiyada törədilmiş dəhşətli terror aktı bir daha göstərdi ki, dövlətlər bu bəla ilə mübarizədə səylərini birləşdirməli, həmin faciədən dərs çıxarmalıdır.

Kasım-Jomart Tokayev vurğulayıb: “Bu təhdidlər indi nəinki aktuallığını qoruyur, həm də yeni ciddilik qazanaraq transformasiya olunur. Belə bir şəraitdə bizə daha sistemli və qətiyyətli cavablar lazımdır. İmkan verməməliyik ki, terrorizm, ekstremizm və separatizm təzahürlərindən dövlətlərimizdə daxili sabitliyi pozmaq üçün istifadə olunsun. “Şərin üç qüvvəsi” olan transmilli mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibertəhlükəsizlik problemləri ilə mübarizə Qazaxıstanın ŞƏT-də sədrliyinin prioritetlərindən biridir”.

Qazaxıstanın dövlət başçısı silahlı münaqişələr və terrorizmin güclənməsi ilə yanaşı, iqlim böhranı, qida, su, nəqliyyat və enerji təhlükəsizliyi ilə bağlı çağırışların həllinin də vacibliyini qeyd edib. O əlavə edib ki, dünyada mürəkkəb şəraitin yaxşılaşması istiqamətində heç bir əlamət görünmür.

İclasda, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Çin Xalq Respublikasının ictimai təhlükəsizlik naziri Syaoxonq Vanq, Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri, Təhlükəsizlik Şurasının katibi Acit Doval çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan hakimiyyəti revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır

08:40
12 Fevral

Malıbəyli və Quşçular qətliamından 33 il ötür

08:35
12 Fevral

Rusiyanın məsuliyyətdən yayınması mümkün deyil

08:30
12 Fevral

ABŞ informasiya siyasətində korrektələr edir

08:25
12 Fevral

"Azərbaycanla müharibə etmək Ermənistan üçün faciə olar"

08:20
12 Fevral

Təqsirləndirilən erməniəsilli şəxslər məhkəmədə əməllərinə görə cavab verirlər

08:15
12 Fevral

Son 20 ildə Azərbaycanda mükəmməl dəmir yolu infrastrukturu yaradılıb

08:10
12 Fevral

Avropanın daha bir ölkəsi Azərbaycanla əməkdaşlığı genişləndirir

08:05
12 Fevral

Yeni dövrün əsas hədəfləri

08:00
12 Fevral

"Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

01:13
12 Fevral

"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:12
12 Fevral

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

01:11
12 Fevral

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

01:10
12 Fevral

"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sistemi haqqında ƏSASNAMƏ

01:09
12 Fevral

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

22:57
11 Fevral

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib 

22:22
11 Fevral

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

21:53
11 Fevral

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib  

21:52
11 Fevral

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

20:33
11 Fevral

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

20:11
11 Fevral

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

20:07
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!