Qazaxda daha bir məktəb binası tikilir
Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da hiss olunur.
Bu, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında da öz əksini tapıb. Belə ki, həmin proqrama əsasən, Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri və tikintisi nəzərdə tutulub.
Bundan əlavə, Heydər Əliyev Fondu da rayonda məktəblərin yenidən qurulmasında yaxından iştirak edir. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi buna misal ola bilər. Məktəb əsaslı şəkildə yenidən qurulub, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün 220 şagird yerlik yeni bina inşa olunub. Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi də Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının daha bir təzahürüdür.
Hazırda rayonda Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə son tamamlama işləri görülür. Dövlət başçısının müvafiq sərəncamı ilə yararsız bina sökülərək yerində 700 şagird yerlik yeni bina inşa olunur. Tikinti işləri sürətlə davam etdirilir. Məktəb binası 4 korpusdan ibarətdir.
Korpusun biri 4 mərtəbədən, 2-si 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpus isə bir mərtəbədən ibarətdir. Yeni inşa edilən məktəbdə geniş, işıqlı sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, eləcə də kompüter otaqları, 172 yerlik yeməkxana və 312 yerlik akt zalı inşa olunub.
İnşasına keçən ilin noyabr ayının əvvəlində başlanan məktəb-liseyin cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub YENİL...
26 Aprel
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB...
26 Aprel
“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq
26 Aprel
Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakir...
26 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib
26 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
26 Aprel
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
26 Aprel
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
26 Aprel
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!