22 İyun 2025 09:05
662
İQTİSADİYYAT
A- A+
Qazaxda arpa biçini davam edir

Qazaxda arpa biçini davam edir


Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm yer tutur. 

Çünki taxılçılıq həm əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyir, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan təlabatının ödənilməsində böyük rol oynayır. 

Dövlət başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələrə Qazax rayonunda da əməl edilir. Hər cür dövlət dəstəyini hiss edən fermerlər bu vacib ərzaq məhsulunın istehsalını ildən-ilə artırmaq üçün bütün imkanlardan maksimum istifadə edirlər.

2025-ci ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla, rayonda 11480 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 6835 hektarı arpa, 4645 hektarı buğda sahələridir. Artıq bir neçə gündür ki, rayonda  arpa biçini aparılır. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi hesabına zəmilərdə bol məhsul yetişmişdir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, eləcə də biçin zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsi indi fermerlərin  qarşısında duran əsas məsələlərdəndir. Hazırda Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Daş Salahlı, Alpout, Ağköynək, Xanlıqlar kəndlərində biçin gedir. Əldə olunan son məlumata görə, 6835 hektar arpa sahəsinin 1382,6 hektarında biçin aparılmışdır. Biçinə 15 kombayn cəlb edilmişdir.


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib  

19:09
18 İyul

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub 

19:07
18 İyul

Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir  

19:01
18 İyul

Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verilib  

19:00
18 İyul

Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib  

18:52
18 İyul

İsti hava şəraiti davam edəcək

18:51
18 İyul

Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı davam edir YENİLƏNİB

18:46
18 İyul

Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib  

18:16
18 İyul

Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin 5-ci ilinin nəticəsi olaraq kadrların ehtiyat bankı yaradılıb  

17:43
18 İyul

Hulusi Kılıç: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı tanınmış və nüfuzlu tərəfdaşa çevirib  

17:21
18 İyul

“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlanıb  

17:06
18 İyul

Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb YENİLƏNİB

16:53
18 İyul

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub  

16:31
18 İyul

Azərbaycan XİN: Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir  

16:30
18 İyul

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

16:27
18 İyul

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündə III dövrənin püşkü atılıb  

16:26
18 İyul

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  

16:25
18 İyul

Göygöldə vətəndaşların müraciətləri dinlənilib

16:11
18 İyul

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb  

16:09
18 İyul

ICESCO-nun regional ofisində ilk seminar keçirilib 

16:07
18 İyul

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətini dinləyib  

14:49
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!