23 Avqust 2025 16:25
523
İQTİSADİYYAT
A- A+
Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcək

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcək

Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə yerləşən 224 kilometrlik dəmir yolunun tikintisi ilə Türkiyənin şərq bölgəsində region üçün, dünya üçün əhəmiyyətli bir layihənin – qlobal strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulur. Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolu imzalayıblar. Nəhayət, Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan sərhəddi) dəmir yolu xəttinin tikintisinə başlanıldı.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov dəmir yolunun, nəzərdə tutulduğu kimi, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcəyini deyib. Qeyd edilib ki, bu layihə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılmış mühüm tarixi addım hesab olunur. Yeni dəmir yolu illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaya imkan yaradacaq. Saatda 160 kilometrədək sürətə hesablanmış layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid, 480 suötürücü və s. inşası planlaşdırılıb. Bundan başqa, bir çox hissələrdə qrunt möhkəmləndirmə işləri və digər torpaq işləri aparılacaq.

A.Əsədov vurğulayıb ki, Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd dəmir yolu tikintisinin 67 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhədində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi tikəcək. Burada 150 kilometr öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaq, 20 kilometr dəmir yolu isə sıfırdan salınacaq. 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı məsələlər də aydınlaşmaq üzrədir və bütün hallarda qeyd edilən dəmir yolu tikintisi işlərinin eyni vaxtda tamamlanması planlaşdırılır. Bundan başqa, dəhliz uzun müddətdir blokada şəraitində olan Naxçıvan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradacaq. Təbii ki, regionun digər ölkələri üçün, o cümlədən Ermənistan üçün bu dəhliz faydalı ola bilər – ölkə tranzit mərkəzinə çevrilə, xarici bazarlara çıxış əldə edə və investisiyaların cəlbi baxımından təşviqedici ola bilər.

Nəticə olaraq, Naxçıvan-Bakı əlaqələrini intensivləşdirəcək bu dəmir yolunun bərpası və tikintisi təkcə regional deyil, həm də beynəlxalq diqqət mərkəzindədir. ABŞ da daxil olmaqla bir çox ölkələr bu prosesə ciddi maraq göstərir və strateji əhəmiyyətini vurğulayırlar. Həm də ona görə ki, Orta Dəhlizlə davamlı olaraq artan yük axınını aşıra biləcək yeni dəhlizlərə (yollara) ehtiyac var. Daha konkret desək, bu gün təməli qoyulan yolun tamamlanması ilə yük axınlarının yeni bir marşrutu formalaşacaq. Bu yeni yol Bakı-Tbilisi-Qars xəttinə alternativ deyil, onu tamamlayan, yük axınlarını birgə aşırmağa imkan verən əməkdaşlıq yoludur.

İİTKM-in şöbə müdiri bildirib ki, beynəlxalq sülh və rifaha xidmət edəcək Zəngəzur dəhlizinə yalnız nəqliyyat və logistika nöqteyi-nəzərindən yanaşmaq onun əhəmiyyətini tam ifadə etmir. Bu layihə, həm də Azərbaycan ilə Türkiyə arasında, ümumilikdə isə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin güclənməsinə xidmət edəcək. Zəngəzur dəhlizinin Cənubi Qafqazda sabitlik və mehriban qonşuluğun gücləndirilməsi kontekstində əhəmiyyəti xüsusilə qeyd olunmalıdır.

Təməli qoyulan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu isə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji bir qazancdır. Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixdə qalacaq.

Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsinə xarici mənbələrdən 2,4 milyard avro cəlb edilməsi üçün müvafiq razılaşmalar əldə olunub. Yəni, məqsədi regionda nəqliyyat şəbəkələri və ticari əlaqələrin inkişafına töhfə vermək olan bu layihənin icrası ilə bağlı hər hansı maliyyə problemi yoxdur. Layihənin istifadəyə verilməsi ilə şərq-qərb dəhlizinin Pekindən Londona qədər uzantısı daha da möhkəmlənəcək və səmərəliliyi artacaq, Azərbaycan və Türkiyənin logistika potensialı genişlənəcək, regionun geostrateji əhəmiyyəti daha da güclənəcək.

Aqil Əsədov qeyd edib ki, Qars-İğdır-Aralıq-Dilucu yolu bütün Türk dünyasını birləşdirən strateji bir layihənin mühüm tamamlayıcı bir hissəsidir. Bu yol Azərbaycana, Türkiyəyə, region dövlətlərinə və Qərb ölkələrinə uzunmüddətli dividendlər vəd edir. Başqa sözlə desək, Qars-İğdır-Aralıq-Dilucu xətti təkcə Azərbaycanı dünya ilə qovuşdurmur, həm də keçdiyi ölkələrin regional əhəmiyyətini artırır, qlobal inteqrasiya proseslərini sürətləndirir.

Onun fikrincə, layihədən əsas gözləntilər əsasən bir neçə vacib istiqamət üzrədir:

- Səyahət vaxtının qısalması: dəmir yolu xətti Dilucudan Qarsa səyahət müddətini 85 dəqiqəyə

endirəcək, həm sərnişinlər, həm də yük daşımaları üçün böyük rahatlıq yaradacaq.

- Daşınma intensivliyinin artırılması: marşrut Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə

inteqrasiya olunaraq daşınma intensivliyini, çevikliyi artırmağa imkan verəcək.

- Regional inkişafa dəstək: 4-5 il davam edəcək tikinti mərhələsində bölgədə iş yerləri artacaq,

yerli bizneslər üçün yeni gəlir mənbələri yaranacaq, yerli iqtisadiyyatı gücləndirəcək.

- Regional və beynəlxalq ticarət münasibətlərinin genişləndirilməsi və intensivləşməsi: bu

strateji layihə Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcək, regionu müasir İpək Yolunun bir hissəsinə çevirərək beynəlxalq ticarəti təşviq edəcək.

- Dünyada yük axınlarının intensivləşməsi: layihə təkcə yerli iqtisadiyyatı deyil, həm də

beynəlxalq yükdaşıma və ticarət marşrutlarını dəstəkləməklə, Avropa və Asiya arasında yeni körpü rolunu oynayacaq, qlobal yük axınlarının artımına və intensivliyinə öz töhfəsini verəcək.

- Elmi-mədəni inteqrasiyanı gücləndirəcək: Dəmir İpək Yolunun daha bir qolunun tamamlanması

ilə marşrut üzərindəki bütün ölkələrin elmi və mədəni əlaqələri güclənəcək.

- Daşınma xərclərinin azalması: Türkiyə ilə Azərbaycan arasında məhsul ticarəti və turizm

fəaliyyətinin daşınma xərcləri təxminən üçdə iki nisbətində azalacaq.

- İşğaldan azad edilmiş ərazilərin inkişafına dəstək: yeni dəmir yolu bağlantısı işğaldan azad

edilmiş ərazilərin, xüsusilə Qarabağın inkişafına dəstək verəcək, lazımi bazarlara daha asan çıxışı təmin edəcək, turizm mobilliyini və ticarəti artıracaq.

Göründüyü kimi, Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsi regionda nəqliyyat, ticarət və iqtisadiyyat üçün yeni bir dövrün başlanğıcı kimi qəbul edilə bilər. Qlobal və regional inkişafa xidmət edəcək bu layihə təkcə bölgənin, regionun deyil, ümumilikdə qitələrarası münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!