24 Oktyabr 2025 17:47
601
SİYASƏT
A- A+
Qardaşlıq, strateji tərəfdaşlıq və qarşılıqlı etimadın ən yüksək təzahürü  

Qardaşlıq, strateji tərəfdaşlıq və qarşılıqlı etimadın ən yüksək təzahürü  


Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il oktyabrın 21-də Qazaxıstan Respublikasının paytaxtı Astanada verdiyi bəyanatlar və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasındakı çıxışı qardaşlıq, strateji tərəfdaşlıq və qarşılıqlı etimadın ən yüksək təzahürüdür. 

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib. Deputat bildirib ki, bu çıxış həm regionun gələcəyi, həm də Türk dünyasının birliyi baxımından mühüm siyasi və geosiyasi mesajlarla zəngindir: «Cənab Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də ortaq tarixi, mədəni və mənəvi köklərə söykənən qardaşlıq münasibətləridir. Bu münasibətlərdə hər iki ölkə bir-birinə etibarlı tərəfdaş, sınaqlardan keçmiş dost və Türk dünyasının birliyinə töhfə verən aparıcı dövlətlər kimi çıxış edir. Dövlət başçımızın vurğuladığı kimi, Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi altında Qazaxıstanın sosial-iqtisadi inkişafı, modernləşmə və süni intellekt kimi yeni texnologiyaların tətbiqi sahəsində atdığı addımlar bütün region üçün örnəkdir. Bu, təkcə Qazaxıstanın inkişafının deyil, həm də Mərkəzi Asiyanın sabit və dayanıqlı gələcəyinin təminatıdır. Azərbaycan bu inkişafı qardaş sevinci ilə izləyir və dəstəkləyir».

 Millət vəkilinin sözlərinə görə, bugün Azərbaycan və Qazaxıstan beynəlxalq müstəvidə bir-birinə daim dəstək verən, vahid mövqedən çıxış edən iki dövlət kimi möhkəm təməl üzərində dayanır: «Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda bu həmrəylik daim özünü göstərir. Qazaxıstanın Ermənistan-Azərbaycan münaqişəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, işğal illərində və ondan sonra göstərdiyi həmrəylik bu qardaş münasibətlərinin dərinliyini nümayiş etdirir. Cənab Prezident Cənubi Qafqazda sülhün və əməkdaşlığın artıq real mərhələyə qədəm qoyduğunu Astanada bir daha dünyaya bəyan etdi. Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Azərbaycanın Ermənistana qarşı tranzit məhdudiyyətlərini aradan qaldırması, ilk tranzit yükün Qazaxıstandan Ermənistana taxıl daşınması olması sülhün artıq praktik müstəviyə keçdiyinin parlaq göstəricisidir. Bu hadisə həm də göstərir ki, Azərbaycan sülhsevər siyasət yürüdür və regionda bütün dövlətlərin sabitliyi və rifahı naminə konstruktiv addımlar atır».

 Fatma Yıldırım qeyd edib ki, Qazaxıstanın azad olunmuş ərazilərin bərpasında, Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ilə simvolik dəstəyi hər bir azərbaycanlı üçün dərin mənəvi əhəmiyyət daşıyır. Bu mərkəz yalnız bir təhsil ocağı deyil, Azərbaycan və Qazaxıstan qardaşlığının rəmzidir. Qarabağın dirçəlişində bu cür qardaş dəstəyi “Böyük Qayıdış” proqramının uğuruna töhfə verir. Cənab Prezidentin çıxışında vurğulandığı kimi, Zəngəzur dəhlizi və Orta Dəhliz təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütün Avrasiya regionu üçün yeni imkanlar açır. Zəngəzur dəhlizinin 2028-ci ilə qədər tam istismara verilməsi planlaşdırılır və bu, Asiyadan Avropaya uzanan ticarət və logistika xəritəsini köklü şəkildə dəyişəcək. Bu layihələr sayəsində Azərbaycan və Qazaxıstan regionda enerji, logistika və kommunikasiya körpüləri quraraq Avrasiyanın iqtisadi inteqrasiyasına rəhbərlik edən dövlətlərə çevrilməkdədir. Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya vahid geostrateji məkan kimi bir-birinə bağlanır. Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan yeni əməkdaşlıq mühiti xalqlarımızı daha da yaxınlaşdırır.

 Deputat bildirib ki, Azərbaycan gələn il həm İslam Əməkdaşlıq Təşkilatının Sammitinə, həm də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitinə ev sahibliyi etməklə qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edəcək. «Cənab Prezident İlham Əliyevin Astanadakı çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri strateji müttəfiqlik səviyyəsini çoxdan aşıb və yeni mərhələyə, geosiyasi əməkdaşlıq, iqtisadi inteqrasiya və ortaq dəyərlər mərhələsinə qədəm qoyub. Bu münasibətlər Türk dünyasının gücünün, Avrasiyanın gələcəyinin və regionda sabitliyin mühüm dayağıdır. Qazaxıstanın uğuru Azərbaycan üçün sevinc, Azərbaycanın uğuru isə Qazaxıstan üçün qürurdur. Qardaşlıq, etimad və ortaq məqsədlər üzərində qurulan bu münasibətlər uzun illər xalqlarımıza sülh, rifah və tərəqqi bəxş edəcək» - deyə Fatma Yıldırım vurğulayıb.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib  

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!