06 Yanvar 2026 09:05
293
CƏMİYYƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması dövlətin əsas prioritetidir

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması dövlətin əsas prioritetidir


"2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir".

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində səsləndirdiyi bu fikirlər ötən ilin yekunlarını ümumiləşdirməklə yanaşı, ölkəmizin gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoyur. Geridə qalan il Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, daxili sabitliyin qorunması və strateji hədəflərə doğru ardıcıl addımlarla yadda qalıb. Əldə olunan bütün uğurların mərkəzində isə xalqla dövlət arasında formalaşmış sarsılmaz birlik dayanır.

Azərbaycan son illərdə tarixinin ən məsuliyyətli və eyni zamanda ən qürurverici mərhələsini yaşayır. Otuz ilə yaxın davam etmiş erməni işğalına son qoyulması yalnız hərbi qələbə deyil, milli iradənin və tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yanaşı, beynəlxalq hüququn aliliyini də praktik müstəvidə təsdiqlədi. Bu Zəfər Azərbaycan xalqının öz gücünə, dövlətinin siyasi iradəsinə olan inamını daha da möhkəmləndirdi.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Uzun illər vandallığa məruz qalmış bu torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Regionun iqtisadi potensialının reallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Kənd təsərrüfatı ənənələrinin bərpası, xüsusilə üzümçülük, pambıqçılıq, tütünçülük, heyvandarlıq və bağçılıq sahələrinin inkişafı bölgənin iqtisadi dövriyyəyə sürətlə qoşulmasına şərait yaradır.

Bununla yanaşı, sənaye zonalarının yaradılması, logistika mərkəzlərinin formalaşdırılması və müasir infrastrukturun qurulması yeni iş yerlərinin açılmasına və məşğulluğun artmasına imkan verir. Qarabağ və Şərqi Zəngəzur təkcə kənd təsərrüfatı deyil, sənaye və nəqliyyat baxımından da perspektivli region kimi formalaşır. Bu yanaşma Azərbaycanın ümumi iqtisadi strategiyasına uyğun olaraq dayanıqlı və balanslı inkişaf modelini təmin edir.

"Böyük qayıdış" proqramı azad edilmiş ərazilərə həyatın qaytarılmasında əsas rol oynayır. Bu proqram çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və mərhələli şəkildə qayıdışı təmin edilir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri, aparılan işlərə yerində nəzarəti və sakinlərlə birbaşa ünsiyyəti Böyük qayıdışın insan mərkəzli siyasət olduğunu bir daha təsdiqləyir.

Böyük qayıdış yalnız evlərin tikintisi ilə məhdudlaşmır. Köçürülən ailələr üçün sosial xidmətlər, təhsil və səhiyyə müəssisələri, məşğulluq imkanları və psixoloji adaptasiya mexanizmləri yaradılır. Bu yanaşma insanların bölgədə uzunmüddətli və sabit həyat qurmasına zəmin yaradır. 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası və "Böyük Qayıdışa dair I Dövlət Proqramı" ölkənin inkişafına dair yol xəritəsini müəyyən edir. Bu sənədlər beş milli prioritet əsasında icra olunur və iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlılığını gücləndirib.

İnvestisiya mühitinin yaxşılaşdırılması, rəqəmsallaşma və insan kapitalının inkişafı bu uğurların əsas dayaqlarıdır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası ölkənin ümumi sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Uzun illər düşmən əsarətində olan torpaqlar artıq Azərbaycanın inkişaf dinamikasının ayrılmaz hissəsinə çevrilib.

Ötən il Böyük qayıdış prosesində də mühüm mərhələ kimi yadda qalıb. 2025-ci il ərzində Qarabağ və Şərqi Zəngəzurda köç prosesi daha da intensivləşərək yeni yaşayış məntəqələrini əhatə edib. Təkcə son 12 ay ərzində 22 yeni yaşayış məntəqəsinə - 2 şəhər, 3 qəsəbə və 17 kəndə köç olub, Kəlbəcər və Ağdam şəhərləri, Qırmızı Bazar və Hadrut qəsəbələri, Ağdərə rayonunun Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Laçın rayonunun Bəylik,  Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Horovlu, Xankəndi şəhərinin Kərkicahan, Zəngilan rayonunun Məmmədbəyli, Xocavənd rayonunun Sos, Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndləri ilk sakinlərinə qovuşub. 2025-ci ildə bu yaşayış məntəqələrinə 3127 ailə, 12494 nəfər qayıdıb.

Bu gün genişmiqyaslı quruculuq işlərinin aparıldığı Qarabağ və Şərqi Zəngəzurda 7 şəhər, 3 qəsəbə və 22 kənd köç karvanlarını qarşılayıb. Artıq 6465 ailə, 25417 nəfər doğma yurdunda məskunlaşıb. Prezident İlham Əliyev bildirib ki, "Böyük qayıdış" poqramı uğurla icra edilir: "İşğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır".

Böyük qayıdışın birinci mərhələsi başa çatana qədər Qarabağ və Şərqi Zəngəzura 140 min nəfərin - 34 min 500 ailənin köçürülməsi planlaşdırılır. Qarşıdakı mərhələlərdə isə daha çox vətəndaşın bu ərazilərə köçürülməsi nəzərdə tutulur. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Artıq 2027-2030-cu illəri əhatə edəcək yeni strategiya və "Böyük Qayıdışa dair II Dövlət Proqramı" hazırlanır. Bütün bu proseslər Azərbaycanın öz daxili resursları hesabına həyata keçirilir ki, bu da ölkənin iqtisadi gücünü və müstəqil siyasətini nümayiş etdirir.

Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni yol-nəqliyyat infrastrukturu, hava limanları və müasir kommunikasiya xətləri regionun gələcək inkişaf perspektivlərini daha da genişləndirir. Bu ərazilərin yaxın illərdə Cənubi Qafqazın mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevriləcəyi artıq real görünür. Bu gün Qarabağ və Şərqi Zəngəzurda müşahidə olunan mənzərə Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcını ifadə edir. Bu mərhələ qələbənin quruculuqla, keçmişin ağrılarının isə gələcəyə inamla əvəz olunduğu dövrdür. Azad edilmiş torpaqlarda yenidən formalaşan həyat, qurulan şəhərlər və kəndlər, yaradılan sosial-iqtisadi imkanlar dövlətin gücünü və xalqın birliyini aydın şəkildə nümayiş etdirir. Qarabağ bu gün təkcə tariximizin şanlı səhifəsi deyil, həm də Azərbaycanın davamlı inkişaf yolunda irəlilədiyini təsdiqləyən canlı nümunəyə çevrilib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

Keçmiş məcburi köçkün: Doğma yurduma qayıtmağıma görə çox sevincliyəm

09:53
28 Yanvar

Cəbrayıl sakini: İllərdir yurd həsrəti çəkirdim  

09:53
28 Yanvar

Yurda dönüş davam edir

09:50
28 Yanvar

Qızılın qiyməti tarixi maksimumu yeniləyib 

09:48
28 Yanvar

Cavabsız cavab

09:45
28 Yanvar

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb 

09:41
28 Yanvar

"Bizlik deyil... Vəsaitimiz yoxdur... Səlahiyyətlərimiz xaricindədir"

09:40
28 Yanvar

Media: Sülh Şurası Trampa Qəzzanı idarə etmək üçün geniş səlahiyyətlər verəcək  

09:39
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!