28 Noyabr 2025 08:10
1100
CƏMİYYƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda bərpa edilən həm də milli irsimizdir

Qarabağ və Şərqi Zəngəzurda bərpa edilən həm də milli irsimizdir


Vətən müharibəsindən sonra dövlətimizin qarşısında duran yeni prioritetlərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır. Ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurun quruculuğu istiqamətində görülmüş işlərin miqyası həqiqətən əzəmətlidir. 


6 şəhər, 2 qəsəbə və 22 kənd


İndiyədək işğaldan azad edilmiş ərazilərdə 6 şəhər, 2 qəsəbə və 22 kənd olmaqla, ümumilikdə 30 yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzura bu il noyabr ayının 1-dək 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin olunub. Buradakı bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxsləri və Qarabağ Universitetində təhsil alan tələbələri də nəzərə alsaq, hazırda işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı təxminən 62 min nəfər təşkil edir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilk olaraq yolların salınmasından, enerji ilə təminatdan başlayıb. Son 5 ildə burada həyata keçirilən nəqliyyat layihələri həm miqyasına, həm sayına görə bir daha Azərbaycan dövlətinin qüdrətini, əzmini nümayiş etdirir. Ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat infrastrukturu ilə bağlı 60 layihə üzrə 3501,6 kilometr uzunluğunda yolun tikintisi üzrə işlərə başlanılıb. Bu layihələrdən 16-sı tam, 1-i isə qismən başa çatıb. 

Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşasını da xüsusi qeyd etməliyik. Dəmir yollarına gəldikdə, Bərdə-Ağdam, Horadiz-Ağbənd və Ağdam-Xankəndi dəmir yolu xətləri üzrə layihələndirmə və tikinti işləri aparılıb. Bərdə-Ağdam dəmir yolu xətti isə tam istifadəyə verilib. 

Enerji ilə təminata gəldikdə, 14 elektrik yarımstansiyası inşa edilib, 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilərək zəncirvari şəkildə 12 yeni yarımstansiya birləşdirilib. Bütün bunlar azad edilmiş ərazilərin enerji ehtiyaclarını tam təmin edir.  Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzurda 307 MVt gücündə 38 su-elektrik stansiyası inşa olunub. Azərbaycanın vahid enerji sisteminə inteqrasiya olunan bu SES-lərin inşası  ölkəmizdə "yaşıl" və bərpaolunan enerjiyə keçidlə bağlı çağırışların uğurla reallaşdığını göstərir.

İşğaldan azad edilmiş ərazilərdə  qaz təchizatı sahəsində 6 magistral xəttin çəkilməsi də önəmli hadisədir. İndiyədək 9 qazpaylayıcı stansiya və 1 qaztənzimləyici məntəqə inşa olunub, 8 şəhərə, 20 kənd və 1 qəsəbəyə qazın verilməsi təmin olunub.

Onu da qeyd edək ki, bütün bu işləri Azərbaycan dövləti öz gücü hesabına həyata keçirib. İndiyə qədər Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə 569 tədbirdə iştirak edib, ümumilikdə 177 müxtəlif təyinatlı layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.


Separatizmi simvolizə edən binalar artıq yoxdur


Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərin bir istiqamətini separatizmin izlərinin aradan qaldırılması, o cümlədən xalqımızın tarixi irsinin bərpası təşkil edir. Məlum olduğu kimi, ermənilər işğal illərində  bu əraziləri erməniləşdirmək üçün abidələrimizə qarşı vandallıq həyata keçiriblər. Məqsədlərinə çata bilmədikləri üçün isə tarixi abidələrimizi dağıdıblar, milli irsimizi məhv etməyə çalışıblar. İşğalçılar bir sıra şəhər və rayonlarımızda qanunsuz şəkildə arxeoloji qazıntı işləri apararaq cinayətlər törədiblər. Lakin 30 ilə yaxın dövrdə işğalçılar bu əraziləri erməniləşdirə bilməyiblər. Xalqımıza aid tarixi və mədəniyyət nümunələrini isə talan edərək Ermənistana aparıblar.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa prosesi çərçivəsində xalqımızın milli-tarixi irsi də yenidən dirçəlir. Tarixi abidələr, milli-mədəni nümunələr, məscidlər bərpa olunur, yenidən qurulur, əvvəlki vəziyyətinə qaytarılır. 

Ermənilərin Qarabağda öz adlarına çıxarmağa çalışdıqları tarixi və dini abidələrin bir qismi alban irsinə aid nümunələrdir. Qarabağ və Şərqi Zəngəzur bölgəsində 200-ə yaxın alban məbədi, monastrı, alban xristian kilsəsi ilə bağlı tarixi yerlər mövcuddur. 30 il ərzində erməni işğalçıları tərəfindən bu irsin bir qismi dağıdılıb, bir qismi ermənilərə sərf edən formada dəyişdirilib. Alban irsinin bölgənin tarixi baxımından əhəmiyyətini dərk edən ermənilər istər işğal illərində, istərsə də ondan əvvəl onu özlərinə bağlamaq və Azərbaycan torpaqlarına iddialarını bu amillə gücləndirmək üçün xeyli saxtakarlıqlar ediblər. 

Azərbaycanın zəfəri Alban irsini də xilas etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinin bir istiqamətini də ermənilərin dağıtdığı tarixi və dini abidələrin bərpası təşkil edir. Bu sırada saxtalaşdırılan alban irsinə aid nümunələrin də tarixi simaları özlərinə qaytarılır. 

İşğal illərində separatçılar tərəfindən Xankəndi şəhərində qanunsuz tikintilər həyata keçirilmişdi. O cümlədən separatizmi simvolizə edən binalar inşa olunmuşdu. Bunlardan biri separatçı rejimini "parlament" binası idi. Bu bina torpaqlarımızın işğal olunmasının və dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı planlarının rəvac verildiyi terror yuvası olub. Bundan başqa Xankəndidə terrorçu "Yerkrapa" təşkilatının da binası mövcud idi. Xankəndinin tarixi simasının bərpası istiqamətində aparılan işlər çərçivəsində adıçəkilən hər iki bina sökülüb. Beləliklə, Qarabağda erməni separatizminin simvollarını daşıyan bütün tikililər aradan qaldırılıb. Separatçılar Şuşada da "parlament binası" inşa etməyə başlamışdılar. Lakin Vətən müharibəsində Azərbaycan Ordusu həmin binanı içəridəki işğalçılarla birlikdə  məhv etdi. 

Torpağın qədrini onun əsl sahibləri bilər. Bu baxımdan, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri bu torpaqlarının əsl sahibinin məhz xalqımız olduğunu göstərir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, əzəli Azərbaycan ərazisi kimi şöhrətini özünə qaytarır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

15:17
21 Sentyabr

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:09
21 Sentyabr

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!