Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barədə 2022-ci yanvarın 10-a olan vəziyyətə görə məlumat açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə texniki göstəricilər: 81,6 kilometr, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-17, 23-45, 51-52, 57-65, 71-72, 74-81-ci kilometr hissələrdə torpaq yatağının tikintisi, 1, 27, 34, 37, 50, 62, 79-cu kilometrdə körpülərin, 52, 71, 77, 78, 80-ci kilometrdə tunellərin və 60, 68-ci kilometrdə alt keçidlərin tikintisi aparılır.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu üzrə texniki göstəricilər: Yol – 80,7 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11,6 kilometr.
Görülmüş işlər: 12-13–cü kilometrdə torpaq yatağında qazma işləri, 12,8 kilometr (10x5) və 13,3-cü kilometrdə (6x5) suötürücü boruların inşası aparılır. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 750 metrdir. 12,8-13-cü kilometrdə mövcud kanalların köçürülməsi davam edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin olunur.
Kəlbəcər-Laçın avtomobil yolu üzrə texniki göstəricilər: Yol – 72,3 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 9,8 kilometr.
Görülmüş işlər: Mobilizasiya və torpaq işləri həyata keçirilir. Ümumi icra vəziyyəti 2 faiz təşkil edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.
Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi üzrə texniki göstəricilər: 726,3 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: Torpaq işləri 78 faiz, torpaq yatağının və yol geyimi tikintisi işləri 20 faiz, boruların tikintisi 95 faiz, yol nişanları 82 faiz icra olunub.
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu üzrə texniki göstəricilər: 123,8 kilometr, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-23, 35-76, 82-83, 94-95, 101-112-ci kilometr hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 30 faiz, boru və keçidlərin tikintisi 29 faiz, körpülərin tikintisi 27 faiz icra olunub. Ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tunelinin inşası işlərinə start verilib.
Xudafərin–Qubadlı-Laçın avtomobil yolu üzrə texniki göstəricilər: 70,4 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı-Laçın istiqamətində ilk 37 kilometr, Xanlıq istiqamətində 0-1 və 5-14 kilometr hissələrdə torpaq yatağı tikilib, körpülərin tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34 faiz, yol geyimi 6 faiz, boru və keçidlərin tikintisi 35 faiz, körpülərin tikintisi 27 faiz icra olunub. Ümumi icra vəziyyəti 24 faiz təşkil edir.
Qubadlı-Eyvazlı avtomobil yolu üzrə texniki göstəricilər: 26 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8–ci kilometrində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu üzrə texniki göstəricilər: 43 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı
Görülmüş işlər: Torpaq işləri 55 faiz, yol geyimi 13 faiz, boru və keçidlərin tikintisi 59 faiz, körpülərin tikintisi 53 faiz icra olunub.
Füzuli–Hadrut avtomobil yolu üzrə texniki göstəricilər: 13 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 kilometr hissədə torpaq işləri və yol yatağının tikintisi 70 faiz icra olunub.
Hadrut-Tuğ-Azıx avtomobil yolu üzrə texniki göstəricilər: 22 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır. Paralel olaraq mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 1,4 kilometrlik hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 metr hissədə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası inşa edilir.
Bərdə–Ağdam avtomobil yolu üzrə texniki göstəricilər: 45 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Torpaq işləri 49,6 faiz, yol geyimi 13,5 faiz, boru və keçidlərin tikintisi işləri 37,8 faiz, körpülərin tikintisi 87,9 faiz icra olunub.
Talış–Tapqaraqoyunlu–Qaşaltı–Naftalan avtomobil yolu üzrə texniki göstəricilər: 22 kilometr, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: Yolun ilk 8,5 kilometr və 10-22-ci kilometr hissələrində torpaq işləri yekunlaşıb, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.