“QARABAĞ” sülhə razılaşdı
Ağdam klubu qələbəni son dəqiqədə əldən verdi
Avropa Konfrans Liqası
H qrupu, 5-ci tur
“Qarabağ” (Azərbaycan) - “Omoniya” (Kipr) - 2:2
Qollar: Dyuriç, 43-pen.(0:1), Psaltis, 49-avtoqol (1:1), Andrade, 88 (2:1), Qomez, 90 (2:2)
Qırmızı vərəqə: Kiko, 66 (“Omoniya”)
Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika Stadionu
Oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunda, həqiqətən, futbol bayramı yaşanırdı. Havanın soyuq və yağmurlu olmasına baxmayaraq tribunalarda boş yer qoymayan azarkeşlər Qarabağı tərənnüm edən şərqilər oxuyur, şüarlar səsləndirirdilər. Bir sözlə, hamı qələbəyə köklənmişdi.
Lakin azarkeşlərdə buna olan inamı təəssüflər olsun ki, “Qarabağ” gerçəkləşdirə bilmədi. Ağdamlılar qarşılaşmadan qalib ayrılsaydılar, yenidən qrupda liderliyə yüksələrək son turda İsveçrədə “Bazel”lə görüşə əlavə psixoloji üstünlüklə çıxacaqdılar.
Hakimin start fitindən sonra komandamız oyuna sürətli başladı. Lakin topa daha çox sahib olan Qurban Qurbanovun komandası meydançanın 3-cü zonasında rəqibin səddini aşa bilmədi. Xatırladaq ki, qarşılaşmadan əvvəl “Omoniya”nı təhlil edərkən bildirmişdik ki, Ağdam klubu müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə daha çox diqqətli olmalıdır. Elə standart vəziyyətdən sonra penalti vurmaq imkanı əldə edən qonaqlar matçda hesabı açdılar.
Qoldan sonra görüşün yarıdan çoxunu təzyiq altında olan qonaqlar arabir əks-hücumlara keçsələr də, futbolçularımız onlara təhlükəli epizod yaratmağa imkan vermirdi və üstünlük “Qarabağ”da qalırdı. Komandamız fasilədən sonra həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmağa başladı. Künc zərbəsindən sonra avtoqolla hesabda tarazlığı bərpa edən Ağdam klubu ikili mübarizələrdə də Kipr kollektivindən güclü idi. Qapıya uzaqdan vurulan zərbələrdən sonra geri qayıdan topların hamısına “Qarabağ” yiyələndi.
Bir sözlə, “Qarabağ” meydançanın bütün zonalarında sona qədər mübarizə aparırdı. Qurulan hücumlardan birində komandamız qol vursa da, görüşün danimarkalı referisi bunu oyundankənar vəziyyətlə əlaqəndirərək hesaba almadı. Halbuki bu epizodun əvvəldən ofsayd olmadığını tribunadan ekranlaradək hamı gördü. Amma yan xətt hakimi görmək istəmədi.
Qarşılaşmanı idarə edən danimarkalı referilərin verdiyi qərar daha ciddi fəsad doğurdu. Belə ki, komandamızın təmiz qolu qeydə alınsaydı, bəlkə də “Omoniya” futbolçuları oyundan daha tez düşəcəkdilər. Bir sözlə, bu qərar Ağdam təmsilçisinin qrupda lideriliyə yüksəlməsini süni şəkildə əngəllədi.
Böyük təəssüf hissi ilə vurğulayaq ki, Azərbaycana qarşı ikili standartlar artıq idmana da tətbiq olunur. Bəlkə də siyasətdə ikili standartları hansısa şəkildə izah etmək olar. Çünki o siyasət gizli mətbəxlərdə hazırlanır və yalnız tətbiq ediləndə xəbər tutulur. Danimarkalı hakimlər briqadasının bu səhvi isə milyonlarla tamaşaçının gözü qarşısında baş verdi.
Bütün bunlara baxmayaraq “Qarabağ” sağ və sol cinahlardan qurduğu hücumların bəhrəsini gördü və Andradenin vurduğu qolla hesabda irəli çıxdı. Qolun sevincini yaşamamış qapıçı Şahruddin Məhəmmədəliyevin kobud səhvi Qurban Qurbanovun komandasına mükəmməl oyununu qələbə ilə tamamlamağa imkan vermədi - 2:2.
Qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının çıxışını belə dəyərləndirdi: “Futbolçularımı təbrik edirəm. Qələbə qazanmaq istəyirdik. Futbolçularım bu il çox böyüdülər. Konfrans Liqasında bir oyunumuz qalıb. Bu istəklə həmin matça da hazırlaşacağıq. Futbolçulara heç bir iradım yoxdur. Bütün matçlarda döyüşçü kimi oynadılar. Maraqlı qollar alındı. Son vaxtlar qapıçı daha çox öndə oynayır. Burada Şahruddinin səhvindən çox rəqib oyunçunun ustalığı ön plana çıxdı. Çox yaxşı zərbə vurdu. Əlbəttə ki, daha diqqətli olsaydı, yaxşı olardı. Bu, hakim üçün böyük təcrübə oldu. Gəncdir, avrokubokların qrupunda ilk oyunu idi. Həyəcanlı olduğu hiss olunurdu. Amma biz tərəfə yox, əks tərəfə qarşı hər şey qaydasında idi. Epizodlara baxdıq. Təmiz qol vurduq, təmiz penaltini də vermədi. Az qala iki əllə topla oynadı. Rəqibə qırmızı vərəqə də verilmişdi. Sanki bunu sığortalamaq istəyi var idi”.
Qrupun digər matçında isə İsveçrə “Bazel”i səfərdə “Kayrat”a (Qazaxıstan) 3:2 hesabı ilə qalib gəldi.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Cəbrayıl rayonu coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli ərazidə yerləşir. Eyni zamanda, ra...
04 Oktyabr
Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb...
04 Oktyabr
Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb
04 Oktyabr
Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb
04 Oktyabr
İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib
04 Oktyabr
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir
04 Oktyabr
2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar...
04 Oktyabr
Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb
04 Oktyabr
VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub
04 Oktyabr
XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik...
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!