18 Sentyabr 2023 16:33
251
İQTİSADİYYAT
A- A+

Qara metal və ondan hazırlanan məmulatlar ixracı azalıb  

 

Bu ilin yanvar-avqust aylarında 83,8 min ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən qara metal və ondan hazırlanan məmulatların dəyəri 78,6 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 97,5 milyon dollar olmaqla 106,9 min ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edilib.

Hesabat dövründə 363,3 min ton plastmas və ondan hazırlanan məmulatların ixracı həyata keçirilib. İxrac edilən plastmas və ondan hazırlanan məmulatların dəyəri 331,2 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 241,1 milyon dollar olmaqla, 212,5 min ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edilib.

Bu ilin səkkiz ayında 51 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. İxracın dəyəri 134,9 milyon dollar təşkil edib. Keçən ilin müvafiq dövründə dəyəri 152,7 milyon dollar olan 42 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video