"Qalatasaray"dan Ulu Öndərin xatirəsinə dərin ehtiram
İstanbulda azərbaycanlı jurnalistlərlə "Cim-Bom"un əfsanəvi futbolçuları qardaşlıq matçı keçiriblər
Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilməsi və dahi şəxsiyyətin 100 illik yubileyi həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilməkdədir.
Keçdiyimiz günlərdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), Azərbaycan Minifutbol Federasiyasının (AMF), "Azfar Group"un, Beynəlxalq Futbol Federasiyasının dəstəyi ilə idman jurnalistlərindən ibarət millimizlə "Qalatasaray" əfsanələrinin İstanbulda, Florya Metin Oktay təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçirilib. Matç klubun UEFA kubokunu qazandığı gündən düz 23 il sonra reallaşıb.
Matç "Azərbaycan" qəzetinin əməkdaşı Elçin Cəfərov və AİJA-nın vitse-prezidenti Anar Şabanoğlunun təşəbbüsü ilə baş tutub. Qarşılaşmadan əvvəl "Qalatasaray"ın prezidenti Dursun Özbək, AİJA prezidenti Eldar İsmayılov və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və qəzetimizin əməkdaşı Elçin Cəfərov türk dünyasının lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsindəki xidmətlərindən danışaraq bu münasibətlərin əbədi və sarsılmaz olduğunu vurğulayıblar.
AİJA prezidenti Eldar İsmayılov, "Qalatasaray" prezidenti Dursun Özbək, "Qalatasaray"ın idarə heyətinin üzvü Emin İmanov, baş məşqçisi Okan Buruka, AMF prezidenti Taleh Nəsibov, qəzetimizin əməkdaşı Elçin Cəfərov, AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu xatirə hədiyyələrini bölüşüblər.
Sonra "Qalatasaray" əfsanələri ilə Azərbaycan idman jurnalistlərindən ibarət milli komanda üz-üzə gəlib. Komandalar meydana üzərinə Ulu Öndərin dillər əzbəri olan "Bir millət, iki dövlət" kəlamı həkk edilmiş bannerlə çıxıblar.
Qardaşlıq matçı Dursun Özbəyin və Nərminə Mustafayevanın topa rəmzi zərbələri ilə başlayıb. Qardaşlıq görüşü 3:3 hesabı ilə sona çatıb.
AİJA-nın 17 nəfərdən ibarət futbol nümayəndə heyəti İstanbulun Bosfor sahilindəki axar-baxarlı məskənlərindən birində salınmış Heydər Əliyev parkında ucalan Ulu Öndərin əzəmətli abidəsi önünə tər güllər düzərək rəhbərimizin əziz xatirəsini qürur hissi ilə yad ediblər.
Türkiyə mediası da bu dostluq qarşılaşmasına geniş yer ayırıb. Floryadakı matç barəsində dostluğu, qardaşlığı tərənnüm edən materiallar dərc olunub. Qəzetimizin əməkdaşı Elçin Cəfərovun hər gün Türkiyənin ən məşhur internet portallarında, qəzetlərində açıqlamaları dərc olunub.
Qeyd edək ki, qəzetimizin əməkdaşının aparıcı-eksperti olduğu "CBC Sport" kanalında yayımlanan "Türkiyədən futbol" verilişi qardaş ölkənin idman mediasında geniş işıqlandırılır, orada səslənən fikirlər gündəm mövzusu olur.
Növbəti gün isə E.Cəfərov "Fənərbağça" klubunun prezidenti Əli Koçun dəvəti ilə Şükrü Saraçoğlu stadionunda keçirilən "Fənərbağça" - "Trabzonspor" matçında olub. Klub rəbərliyinin də yer aldığı xüsusi lojada matçı izləyənlər sırasında "Fənərbağça" Divan Kurulunun rəhbəri, tanınmış jurnalist Uğur Dündar da olub. Türkiyə mediasının canlı əfsanəsinin Elçin Cəfərovla müzakirələri matçı izləyənlərin diqqətini cəlb edib.
N.QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq
31 May
Azərbaycanın üç taekvondoçusu dünya çempionatının səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb...
31 May
Şahdağ Milli Parkında dünyaya gələn bala maral müşahidə altında saxlanılır
31 May
Milli Məclis 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini birinci oxunuşda qə...
31 May
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini...
31 May
Prezident: Bakı Enerji Həftəsi enerji sektorunda aparıcı beynəlxalq tədbirlərdən biridir
31 May
Zemfira Meftahətdinovaya Beynəlxalq Olimpiya Komitəsinin "Woman Sport" mükafatı təqdim olunub
31 May
Heydər Əliyev mərkəzlərinə ekskursiyalar davam edir
31 May
Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb...
31 May
Taekvondoçumuz Patimat Abakarova dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib...
31 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!